/ / Əli Əhmədov: İstərdik ki, Minsk qrupunun həmsədrləri Azərbaycan cəmiyyətində onlar haqqında formalaşmış "turist" imicini dəyişsinlər
Əli Əhmədov: İstərdik ki, Minsk qrupunun həmsədrləri Azərbaycan cəmiyyətində onlar haqqında formalaşmış "turist" imicini dəyişsinlər
18.03.2011 [09:11]
Əli Əhmədov bildirib ki, həmsədrlərin üzərinə böyük vəzifələr qoyulub və onlar bu vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini artırmalıdırlar. Onun fikrincə, göstərilən səylər nəticə vermirsə, onda bu səylərə ehtiyac qalmır. “20 ilə yaxındır ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, münaqişənin danışıqlar yolu ilə həllinə nail ola bilməyib. İstərdik ki, Minsk qrupunun həmsədrləri Azərbaycan cəmiyyətində onlar haqqında formalaşmış “turist” imicini dəyişsinlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Həmsədrlər tərəfindən ATƏT-in faktaraşdırıcı missiyasının hesabatının tərəflərə təqdim edilməsinə gəlincə, Əli Əhmədov bildirib ki, bütün missiyalar real faktları əks etdirməlidir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunub, bir milyon insan öz doğma yurdlarından didərgin salınıb, Ermənistan öz təcavüzkarlığından əl çəkməyib. “Bu məsələlərin araşdırılması, faktların ortaya çıxarılması münaqişənin nizamlanması prosesinin sürətlənməsinə, torpaqların işğaldan azad edilməsinə gətirib çıxarmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir ki, belə missiyalar vacib olsa da, nəticə etibarilə münaqişəyə tezliklə son qoyulmalıdır”, - deyə Əli Əhmədov qeyd edib.
YAP Sədrinin müavini vurğulayıb ki, bu yaxınlarda azyaşlı uşağın erməni hərbçiləri tərəfindən qətlə yetirilməsi Ermənistanın təcavüzkar mövqeyinin bariz nümunəsidir. Onun sözlərinə görə, Sarkisyan hakimiyyəti bu faktı beynəlxalq aləmdən yayındırmağa çalışsa da, məqsədinə çata bilməyəcək: “Azərbaycanın apardığı işlər nəticəsində dünya ictimaiyyəti ermənilərin günahsız uşağı öldürməsi barədə məlumatlıdır. Eyni zamanda, həmsədrlər bu barədə təkzibolunmaz faktlara malikdir. Ona görə də, Sarkisyan da bunu etiraf etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

