İsa Qəmbərin siyasi kimliyi onun bütün məqsədlərini aşkara çıxarır
19.03.2011 [11:58]
Azərbaycanın son illərdə tutduğu inkişaf yolu bir sıra maraqlı xarici qüvvvələrin, o cümlədən, həmin xarici qüvvələrin əlində oyuncağa çevrilən, ölkə daxilində isə özünü “siyasi lider” qismində təqdir etməyə cəhd göstərənlərin yuxusuna haram qatıb. Ona görə də bu şəxslər Azərbaycanın bugünkü inkişafının əsas bazası rolunu oynayan sabitlik amilinə qarşı təxribatçı əməllərə yol verirlər. Hakimiyyət hərisliyi belə insanları, hətta öz millətinə də düşmən edib. Bunun nəticəsidir ki, belələri-özünü lider sayan, dövlətinin marağının tapdanması uğrunda isə dayanmadan “mübarizə aparan”lar bütün xarici qüvvələrlə işbirliyinə getməyə hazırdırlar. Ən azından siyasi arenadakı mövcudluqlarını qorumaq, maddi və mənəvi dəstək almaq üçün xaricdəki anti-Azərbaycan dairələri ilə işbirliyini gücləndirən bu partiya sədrləri son zamanlar təxribatçı fəaliyyətlərini daha açıq kontekstdə keçirməkdən belə çəkinmirlər. Bəli, bu gün xaricdən aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycanda heç bir əsas olmadan mitinq, piket keçirmək istəyən, vətəndaşların təhlükəsizliyini, sabitliyi pozmağa cəhd edən qüvvələr yalnız bir məqsəd güdür: ölkəmizdə xaos yaratmaq, cəmiyyətin normal ritmini pozmaq və bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq.
Qeyd etdiyimiz kimi, hətta bu yolda onlar torpaqlarımızı işğal edən ermənilərlə də işbirliyinə gedirlər. özünü bu qədər gülünc vəziyyətə qoyan birisi sabah nə üzlə xalqın qarşısına çıxacaq?
Məsələn, bir müddət öncə erməni partiyası ilə “əməkdaşlıq, qardaşlıq, sirdaşlıq” bəyannaməsi imzalayıb. Ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsini alver predmetinə çevirən İsa Qəmbər xalqın Xocalı soyqırımı, Şuşa faciəsi və digər dərdlərini öz şəxsi maraqlarına satır, bu qırğınları törədən cinayətkarlar ilə dostlaşır, qardaşlaşır.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ümumiyyətlə şəxsi korporativ maraqlar İsa Qəmbərin siyasi fəaliyyətində hər zaman ön sırada dayanıb. Xalq 1992-ci ildə hakimiyyət başında olarkən İsa Qəmbərin nələr etdiyini (və ya nələr etmədiyini) yaxşı görüb. Həmin dövr xalqımızın yaddaşından silinməyib. “Siyasi ustalıqları” sayəsində ölkəni min bir yerə parçalayan İ.Qəmbər və başındakı komanda son anda uçurumun kənarına gətirdikləri Azərbaycanı başsız qoyub hərəsi bir tərəfə dağılmışdı.
Bu gün özünü cəmiyyətə müxalifət kimi təqdim etməyə çalışan İsa Qəmbərin kimliyi Azərbaycan ictimaiyyəti üçün bəllidir. SSRİ Mərkəzi Komitəsinin üzvü Yevgeni Primakovun onun haqqında dediyi “on xoroşiy paren” ifadəsi İ.Qəmbərin kimliyinin üstünə işıq salmağa kifayət edir. Müstəqillik dövrünün ilk illərində ölkəmizin suverenliyinin əldən çıxması üçün İsa Qəmbər nələr etmədi? özünü Rusiyaya qarşı kimi göstərərək əslində imperiya güclərinin, konkret olaraq KQB-nin bir nömrəli adamı qismində çıxış etməsi İ.Qəmbərin hələ o zamanlar siyasətdən gedişini şərtləndirmişdi. Sadəcə, İ.Qəmbərdə o iradə və müstəqillik yox idi ki, özü üzüsulu siyasi arenanı tərk etsin və xalqının, dövlətinin gələcəyinə zərbələr vurmasın.
İ.Qəmbərin kimliyi haqda keçmiş düş
ərgədaşları da zaman-zaman mətbuata açıqlamalarında fikir bildiriblər. Hətta bəziləri, ən “böyük” çekist adına iddialı olan İsa Qəmbərin Sovet KQB-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə “at oynadan” “Molotov” kliçkalı agenti ifşa etməsini “rica” ediblər. Azərbaycan müxalifətində isə kimin keçmiş SSRİ-nin xarici işlər naziri Molotova oxşadığı hər kəsə bəllidir. Təsadüfi deyildi ki, hələ o zamanlar öz sirlərini ört-basdır etmək üçün əlinə düşən fürsətdən istifadə edən İ.Qəmbər özü haqda olan bəzi bilgilərin axırına çıxmışdı.
İsa Qəmbər öz siyasi kimliyini lideri Əbülfəz Elçibəyə xəyanət etməklə, başına dəstə yığaraq onu təhdid etməklə açıqlayıb. 1992-ci ildə AXC-ni parçalayan İsa Qəmbər bununla Azərbaycanı satmağın əsasını qoymuşdu. Onun planlarının qarşısını isə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması aldı. Əks halda bugünkü Azərbaycan İ.Qəmbərin “səyi” ilə min bir yerə parçalanmışdı.
Və ya o zamanlar müharibə şəraitində olan ölkənin vətəndaşlarından yığılan ianələr və “ləl-cəvahirat fondu” adı altında fəaliyyət göstərən fonda yığılan pullar, qızıllar hara qeyb oldu? Onun İsa Qəmbər tərəfindən Türkiyəyə keçirilməsi ilə bağlı zaman-zaman mətbuat orqanlarında yazılar dərc edilib və bu fakt müxalifət düşərgəsində təmsil olunan şəxslər tərəfindən də təsdiq olunub.
Beləliklə, səslənən faktlar İsa Qəmbərin siyasi kimliyinin aşkara çıxması üçün kifayət qədərdir. Məhz bu siyasi kimlik onun ölkəsinə, xalqına, millətinə, dövlətinə düşmən kəsilməsinin səbəblərini də ortaya çıxarır. Xəyanət özünü “siyasi lider” sayan bu şəxsin xarakterinə çevrilib...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

