Arqumentsiz kampaniya...
01.12.2022 [10:40]
İranın “İRNA” qərəzi
İranın son zamanlar ölkəmizə qarşı apardığı düşmənçilik mövqeyi qeyri-müəyyən olduğu qədər qərəzli və arqumentsizdir. Bu işdə siyasi dairələrdən, “ziyalılardan” və KİV-dən istifadə edən molla rejimi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu həzz edə bilmir. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni siyasi reallıqlarla barışa bilməyən İran hakimiyyəti min bir yalanla Azərbaycanı gözdən salmağa çalışır.
Yeri gəlmişkən, artıq bu “fəaliyyət”ə İranın rəsmi xəbər agentliyi - İRNA da qoşulub. Noyabrın 27-də İRNA ingilis dilində yaydığı “Bakının Tel-Əvivdə səfirliyi açılıb” adlı məqaləsində ölkəmizin adına olmazın yalanlar qeyd edilib. Məqalədə İsrail-Azərbaycan münasibətlərinə toxunaraq bunu yanlış adlandırıblar. Qeyd edilib ki, İslam ölkəsinin işğal olunmuş torpaqlarında Azərbaycan səfirliyinin açılması Fələstin məsələsinə bir növ rüsvayçılıq və xəyanətdir.
İranın ölkəmizi öz düşüncəsi ilə ittiham etməyə heç bir mənəvi haqqı yoxdur
Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasət kursu birmənalı şəkildə milli maraqlara və qarşılıqlı münasibətlərə söykənir. Bu mənada, Azərbaycanın kiminlə dost və ya düşmən olmasını, hətta ola biləcəyini İran müəyyənləşdirə bilməz. Necə ki, Azərbaycan heç kimin daxili işlərinə qarışmır, hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışması yumşaq şəkildə desək, siyasi etikadan kənardır. Digər tərəfdən, İran 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qucaq açır, ona dost deyir, hətta silahlandırır. İran 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasətinə göz yummuşdu. 44 günlük Vətən müharibəsi dövründə İranın Ermənistana etdiyi yardımlar, göndərməyə çalışdığı silahlar da bu siyahıya daxildir. Özünü İslam dövləti elan edən rejim Qarabağda, işğal altındakı digər ərazilərdə məscidləri yandıran, təhqir edən, hətta bu məscidlərdə donuz saxlayan erməniləri özünə “qardaş”, “tərəfdaş” sayır. Demək ki, İran İslam ölkəsi olduğunu elan etməklə dindən siyasi məqsədləri üçün istifadə edir və səmimi deyil. Bu da azmış kimi, İran dövlətinin XİN başçısı Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi qiymətləndirir. İran Ermənistanın Qafan şəhərində - qədim Azərbaycan torpağında konsulluq açır. Eyni zamanda, yenə də qədim Azərbaycan yurdu olan Təbrizdə Ermənistanın baş konsulluğunu açmağa hazırlaşır. Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, İranın ölkəmizi öz düşüncəsi ilə ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.
Azərbaycan İslam həmrəyliyinə hər zaman töhfələri ilə seçilib
İrandan fərqli olaraq Azərbaycan heç zaman dindən nə alət kimi istifadə edib, nə də hər hansı bir oyunlara qoşulub. Azərbaycan İsraillə eyni gündə Fələstində də diplomatik nümayəndəliyin açılmasını bəyan etdi. Bunun özü Azərbaycanın İslam həmrəyliyi prinsiplərinə və dəyərlərinə sadiqliyinin göstəricisidir. Dünyaya tolerantlıq nümunəsi olaraq göstərilən Azərbaycan dövləti hər zaman dinlərarası və millətlərarası münasibətlərin yüksək səviyyəli inkişafına xüsusi önəm verir. Bununla yanaşı, Azərbaycan dünyada İslam həmrəyliyinin gücləndirilməsinə də öz töhfələrini verməkdədir. İstər ölkə daxilində dini rituallara hörmətlə yanaşılması faktı, istərsə də İslam ölkələri ilə əməkdaşlığın inkişafı yönündə atılan addımlar bunu deməyə əsas verir. Bunun nəticəsidir ki, Azərbaycan Ərəb Dövlətləri Liqasının Sammitinə ən yüksək səviyyəli qonaq qismində dəvət alır. Eyni zamanda, ölkəmizlə İslam Əməkdaşlıq Təşkilatı arasındakı əməkdaşlıq münasibətləri xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Qurumla ölkəmiz arasındakı münasibətlər strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçmiş sovet respublikası kimi birinci olaraq İƏT-ə üzv olmaq barədə müraciət edib. Bundan başqa, İslam dövlətləri hər zaman Qarabağ məsələsində Azərbaycana ən yüksək səviyyədə dəstək nümayiş etdiriblər. İƏT-ə daxil olan dövlətlər XX əsrin ən böyükmiqyaslı cinayətlərindən sayılan, erməni vandalizminin qurbanına çevrilmiş Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılmasında qəti mövqe nümayiş etdirməklə Azərbaycana dəstəklərini ortaya qoyublar. Azərbaycan tarixdə ən yüksəksəviyyəli İslam Olimpiadasına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələrdən irəli gəlir. Bu baxımdan, İranın irəli sürdüyü fikirlər heç bir arqumentə söykənmir. Onların yalanları elə ilk addımdaca ifşa olunur.
Azərbaycan İrandan fərqli olaraq İslamın bütövlüyünə, birliyinə xidmət edir
Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenofobiyanın artdığı bir dövrdə Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə-multikulturalizm və tolerantlıqla səciyyələnir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, mədəniyyətlərin, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan əsrlərdir ki, fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınmaqdadır. Azərbaycan bu gün də öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Eləcə də, bütün vətəndaşlar dinindən və dilindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Təsadüfi deyil ki, Azərbaycanda yaşayan insanların mühüm əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq digər dinlərə də eyni hörmətlə yanaşılır və dini bayramların keçirilməsində, dini ayinlərin yerinə yetirilməsində heç bir problem yaşanmır. Dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunan, multikultural dəyərlərə hörməti ilə seçilən Azərbaycan dövləti mədəniyyətlərarası dialoqun inkişafında hər zaman əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan İrandan fərqli olaraq İslamın bütövlüyünə, birliyinə töhfələri ilə seçilib. Ölkəmizdə keçirilən vəhdət ibadətləri bunun bariz sübutudur. Bu gün Azərbaycanda yaşayan insanlar dinindən, dilindən, etnik mənşəyindən asılı olmayaraq milli maraqlarımızın ətrafında sıx birləşib. Bu baxımdan, İranın Azərbaycanı nədəsə “ittiham” etməyə çalışması gülünc və qərəzlidir.
SADİQ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 Fevral 15:17

Xəbər lenti
01 Fevral 15:16

Xəbər lenti
01 Fevral 14:52

Xəbər lenti
01 Fevral 14:51

Dünya
01 Fevral 14:12

Xəbər lenti
01 Fevral 14:03

Gündəm
01 Fevral 13:58

Dünya
01 Fevral 13:26

Xəbər lenti
01 Fevral 13:13

Xəbər lenti
01 Fevral 12:44

Xəbər lenti
01 Fevral 12:42

Xəbər lenti
01 Fevral 12:41

Xəbər lenti
01 Fevral 12:40

Xəbər lenti
01 Fevral 12:19

Xəbər lenti
01 Fevral 12:11

Xəbər lenti
01 Fevral 12:06

Xəbər lenti
01 Fevral 12:01

Xəbər lenti
01 Fevral 11:25

Xəbər lenti
01 Fevral 11:24

Xəbər lenti
01 Fevral 11:08

Maraqlı
01 Fevral 11:01

Xarici siyasət
01 Fevral 10:57

Analitik
01 Fevral 10:53

Gündəm
01 Fevral 10:49

MEDİA
01 Fevral 10:48

Sosial
01 Fevral 10:47

Siyasət
01 Fevral 10:44

Müsahibə
01 Fevral 10:39

Xəbər lenti
01 Fevral 10:32

Siyasət
01 Fevral 10:30

Gündəm
01 Fevral 10:26

Xəbər lenti
01 Fevral 10:20

Siyasət
01 Fevral 10:18

Xəbər lenti
01 Fevral 10:08

Xəbər lenti
01 Fevral 09:37

Xəbər lenti
01 Fevral 09:20

Xəbər lenti
31 Yanvar 22:43

Xəbər lenti
31 Yanvar 19:38

Xəbər lenti
31 Yanvar 18:14

Xəbər lenti
31 Yanvar 18:09

Xəbər lenti
31 Yanvar 18:07

Xəbər lenti
31 Yanvar 18:02

Xəbər lenti
31 Yanvar 17:48

Xəbər lenti
31 Yanvar 16:53

Xəbər lenti
31 Yanvar 16:45

Xəbər lenti
31 Yanvar 16:31

Xəbər lenti
31 Yanvar 16:21

Mədəniyyət
31 Yanvar 16:15

Xəbər lenti
31 Yanvar 16:14

Siyasət
31 Yanvar 16:00

Xəbər lenti
31 Yanvar 15:42

Xəbər lenti
31 Yanvar 14:36

Xəbər lenti
31 Yanvar 14:26

YAP xəbərləri
31 Yanvar 14:14

Xəbər lenti
31 Yanvar 14:07

Xəbər lenti
31 Yanvar 13:49

Avropa
31 Yanvar 13:33
.jpeg&width=120)
Xəbər lenti
31 Yanvar 13:27

Xəbər lenti
31 Yanvar 12:59

Mədəniyyət
31 Yanvar 12:57

Xəbər lenti
31 Yanvar 12:52

Dünya
31 Yanvar 12:34

Xəbər lenti
31 Yanvar 12:33

Xəbər lenti
31 Yanvar 12:23

Xəbər lenti
31 Yanvar 12:21

İqtisadiyyat
31 Yanvar 12:19

Xəbər lenti
31 Yanvar 12:11

Siyasət
31 Yanvar 11:54

Xəbər lenti
31 Yanvar 11:36

Xəbər lenti
31 Yanvar 11:19

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 |