Əli Kərimlinin evindən media nümayəndələrinə və gənclərə xoruzsuz yumurta atıldı
02.04.2011 [12:10]
Bir müddət öncə Azərbaycanda xaos, qarşıdurma yaratmaq, o cümlədən, vətəndaşlar arasına çaxnaşma salmaq üçün xarici maraqlı dairələrdən əmr alan və bu səbəbdən də bir sıra radikal qüvvələrlə işbirliyinə girən AXCP sədri Əli Kərimlinin evinin qarşısında gənclər növbəti dəfə etiraz aksiyası keçiriblər. Əllərində “Əli Kərimli gəncləri öz uçurumuna sürükləmə”, “Əli Kərimliyə ar olsun”, “Millətini satanlara ar olsun”, “Terrorçu Əli Kərimli sənə ar olsun”, “Əli Kərimliyə yox deyirik”, “Xaricdən tulapayı alanlara ar olsun” və başqa şüarlar tutan gənclər ölkəmizin son illərdə əldə etdiyi iqtisadi-siyasi uğurları həzm edə bilməyən və xalq tərəfindən seçkilərdə dəstəklənməyən radikal müxalifətin apardığı çirkin oyunları pisləyiblər. ölkədə xaos və qarışıqlıq yaratmaq üçün radikal qruplaşmaların nümayəndələri ilə əlaqəyə girənlərin maraqlı xarici qüvvələrin əlində alətə çevrildiyini bildirən gənclər Əli Kərimlinin xalqına, millətinə qarşı xəyanətkar mövqe tutduğunu söyləyiblər. Qeyd olunub ki, Əli Kərimlinin ölkədə qarışıqlıq yaratmaq üçün hətta terror təşkilatları ilə əməkdaşlıq etməsi onun kimliyini aşkara çıxarır.
Daha sonra mitinqdə çıxış edən gənclər 1992-ci ildə ölkədə iqtidara yiyələndikləri zamanda da Əli Kərimlinin və müttəfiqi İsa Qəmbərin öz xalqına xəyanət etdiklərini bildiriblər. Qeyd olunub ki, məhz bu insanların arasında gedən hakimiyyət savaşı, qruplaşmalar Azərbaycan torpaqlarının işğalına rəvac verib. Bildirilib ki, onların özlərinə “siyasətçi” deməyə mənəvi haqları yoxdur: “Məhz, Əli Kərimlinin və İsa Qəmbərin apardıqları siyasi oyunlar Azərbaycan torpaqlarının işğalına yol açdı. Bu gün onlar hansı üzlə Azərbaycan gəncliyinə xitab etməyə cəhd göstərirlər? Onların şəxsi maraqlarına hesablanmış və korporativ müstəvidə apardıqları mübarizə Azərbaycanda aclığa, iqtisadiyyatın dağılmasına, ölkədə vətəndaş qarşıdurmasının yaranmasına, xarici şəbəkələrin ölkəmizə ayaq açmasına gətirib çıxarmışdı. Məhz belə bir çətin vəziyyətdə İsa Qəmbərlər, Əli Kərimlilər ölkəni, xalqı yiyəsiz qoyaraq qaçdılar, ermənilərin millətimizin başına faciələr gətirməsinə səbəb oldular. Məhz belə bir zamanda Azərbaycanda vətəndaş müharibəsi başlaması təhlükəsi yarandı. Əli Kərimli bu gün də də eyni oyunları oynamağa çalışır. Amma bu baş tutmayacaq. Azərbaycan gəncliyi ölkəmizdə qarışıqlıq yaratamağa cəhd göstərənlərə yox deyir”.
Daha sonra aksiyada Əli Kərimlinin xalqına və millətinə xəyanət etmiş birisi olduğu səsləndirilib. Qeyd edilib ki, Əli Kərimli min bir yolla Azərbaycan dövlətinin siyasi imicinə zərbə vurmağa çalışır, bu yolda dövlətimizin, xalqımızın mənafeyinə qarşı olan bütün qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğunu əməli ilə sübuta yetirir. Onun dəfələrlə ermənilərlə işbirliyində olması ilə bağlı faktların üstünün açıldığını söyləyən gənclər bu xəyanətinə görə Əli Kərimlinin xalq qarşısında cavab verməli olduğunu deyiblər: “Azərbaycanın iqtisadi-sosial inkişafının qarşısını almaq üçün xarici dairələrə qulluq etmək dövlətə və xalqa xəyanətdir. Biz Azərbaycan gəncliyi ölkəmizdə bərqərar olan siyasi sabitliyə, iqtisadi inkişafa qarşı olan Əli Kərimli və o xislətli insanlara yox deyirik. Azərbaycanı xarici maraqların təminatı ünvanına çevirmək istəyən Əli Kərimliyə bildiririk ki, Azərbaycan gəncliyi heç zaman buna imkan verməyəcək. Biz müstəqil Azərbaycanın inkişafının tərəfdarıyıq”.
Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycan gəncliyi birmənalı şəkildə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu dəstəkləyir: “Bu gün Azərbaycanda bütün təbəqələr üçün lazımi sosial imkanlar yaradılıb. Biz bunun üçün Prezident İlham Əliyevə minnətdarıq. Bu inkişafın qarşısını almaq istəyənlər Azərbaycan xalqına qarşı olan qüvvələrdir. Xarici güclərlə, radikal təşkilatlarla əməkdaşlıq edən Əli Kərimli kimi vətən xainlərinə ar olsun!”...
Əli Kərimlinin yumurtaçıları və xoruzsuz yumurtalar, yaxud “yumurta müxalifəti”...
Aksiya keçirilən zaman Əli Kərimlinin evindən aksiya iştirakçılarına və aksiyanı işıqlandıran media nümayəndələrinə yumurta atılıb. Həmin yumurtalar aksiyanı işıqlandıran media nümayəndələrinə dəyib. Qeyd edək ki, həmin yumurtalar Əli Kərimlinin evindən atıldığı üçün onun evində bu cür yumurta bolluğu olduğu aşkara çıxıb. Maraqlıdır, bəs görəsən dünənə qədər yumurtanın baha olması ilə əlaqədar haray-həşir salan Əli Kərimli necə rəva bilir ki, bu qədər yumurtanı çölə atdırır. Yəqin ki, xaricdən müxalifətə verilən satqınpulu-40 milyonun sənədləşdirilməsini məhz bu yumurta ilə ört-basdır etməyə çalışacaq. Bununla yanaşı, Əli Kərimli həmin yumurtaların arxasında gizlənməklə “yumurta müxalifəti”nə çevrildiyini etiraf etdi... Budur, “Sem dayı”nın pulları və yerli inkubatorların səyi nəticəsində yeni müxalifət meydana gəldi-yumurta müxalifəti...
Amma həmin yumurtalar ekspertizadan keçdikdən sonra onların gələcəyinin qaranlıq olduğu meydana çıxıb. Bəlli olub ki, bu yumurtalar xoruzsuz yumurtalardır. Həmin xoruzsuz yumurtalardan isə cücə çıxmadığı üçün heç nəyə yaramır. Məlum olub ki, “yumurta müxalifəti”nin nümayəndələri məhz bu üzdən xoruzsuz yumurtaları çölə atıblar...
“Demokratiya fədai”lərindən xalqa göstərilən dirsək...
Əli Kərimlinin evindən media nümayəndələrinə və aksiya iştirakçılarına yumurta atan qadın bununla kifayətlənməyib. Qadına, xüsusən də, Azərbaycan qadınına yaraşmayan jestlər etməklə, media nümayəndələrinə və aksiya keçirən gənclərə qarşı qeyri-etik hərəkətlər göstərməklə, özünü gülünc günə qoymaqla yanaşı, öz mahiyyətlərini də nümayiş etdirmiş olub. Əgər Əli Kərimli xalqı satmaqla məşğuldursa, onun evindən yumurta atanlar xalqa dirsək göstərməklə tarixə düşmək istəyirlər. Axır ki, onlar Azərbaycan xalqına qarşı münasibətlərini açıq-aşkar şəkildə nümayiş etdirdilər. Bəli, özünü zorən siyasi hakimiyyətdə görmək istəyən (elə öz dirsəyini görər), xaricilərin maraqları ilə oturub-duran Əli Kərimli və onun yumurtaçıları Azərbaycan xalqına dirsək göstərməklə öz mövqelərinin üstünə “importnı” lampa salmağa nail olub...
Siyasət Şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

