Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa İttifaqının yeni monitorinq missiyası...

Avropa İttifaqının yeni monitorinq missiyası...

28.12.2022 [10:31]

Ermənipərəst qüvvələrin yeni siyasi oyunu

Nardar BAYRAMLI

Avropa İttifaqının yeni monitorinq missiyası artıq Ermənistandadır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya məlumat verib. Xatırladaq ki, oktyabrda keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı dekabrın 19-da başa çatıb. Həmin gün Avropa İttifaqı Şurasının yaydığı məlumatda qeyd olunurdu ki, Avropa İttifaqı Şurası Ermənistan hakimiyyəti ilə razılaşaraq qərara gəlib ki, Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) ittifaqın təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq, eyni zamanda ölkədə mümkün mülki “Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti” missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin: “Keçid planlaşdırılma yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.

Ümumiyyətlə, Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi heç bir razılıq verməyib. Belə bir şəraitdə yeni missiyanın göndərilməsində məqsəd nədir və necə fəaliyyət göstərəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Müharibənin bitdiyi iki il ərzində bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılandı. Brüssel formatı çərçivəsində indiyədək liderlərin bir neçə görüşü keçirilib və həmin görüşlərdə müvafiq bəyanatlar qəbul olunub. Son olaraq Praqada keçirilmiş görüşdə isə Aİ-nin yerdə vəziyyətin qiymətləndirilməsi üçün regiona qısamüddətli missiya göndərilməsinə dair razılaşma əldə olunmuşdu. Əslində, Fransa bunu regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi görürdü. Buna görə də Azərbaycan öz ərazisinə missiyanın gəlməsinə imkan vermədi. Bundan bir neçə gün sonra isə Fransa prezidenti ölkəmizə qarşı əsassız çıxışlar etdi və dövlətimizin başçısı E.Makronun vasitəçiliyinin bundan sonra mümkün olmadığını bəyan etdi. Missiya isə Ermənistanda “sərhəd missiyası” kimi fəaliyyət göstərdi və dekabrın 19-da öz fəaliyyətini başa vurdu. Lakin bir neçə gün öncə Aİ Lüksemburqda yeni missiya formalaşdırmaq və ona əlavə mandatlar vermək qərarı verdi ki, bu da daha öncə əldə olunmuş razılaşmaya ziddir. Yeni missiyanın yaradılması etimad mühitini sarsıdır və buna görə də Azərbaycan onunla hər hansı əməkdaşlıq nəzərdə tutmur.

Həmsöhbətimizin fikrincə, yeni missiyanın yaradılması Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur: “Bu, Azərbaycanla Ermənistan arasında olan problemlər kontekstində forma dəyişikliyidir və heç bir yeni məzmun kəsb etmir. Aİ-nin açıqlamasından isə görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Məsələnin belə qoyuluşu da əlavə suallar doğurur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin iqtisadiyyatı böyük dərəcədə bu ölkədən asılıdır. Amma indi Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regiona gətirməyə cəhd edir. Aİ daxilində bəzi ölkələr də Fransanın bu cəhdlərinin Cənubi Qafqazda sülhün və barışın təmin olunmasına deyil, rəsmi Parisin geosiyasi maraqlarına xidmət etdiyini aydın gördükləri üçün yeni missiyanın yaradılmasının əleyhinə olublar. Çünki Fransa mövcud olduğu regionda sülh üçün deyil, öz imperialist maraqlarını həyata keçirməyə çalışıb. Tarixdən Fransanın milyonlarla insanı soyqırımına məruz qoyduğu da yaxşı məlumdur. Əlbəttə ki, belə olan halda geosiyasi qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistanın gələcəyi yoxdur”.

Millət vəkili qeyd edib ki, ermənilər hazırda Laçın yolunda təbii sərvətlərimizin talanmasına etiraz edən QHT nümayəndələrinin aksiyası barədə də beynəlxalq birliyi, o cümlədən Avropa İttifaqını aldatmağa çalışır. Amma Laçın yolunda ardıcıl şəkildə humanitar keçidin fəaliyyətdə olması bu yolun bağlanmadığını aydın şəkildə göstərir. Əslində, Qarabağ separatçıları, xüsusilə Vardanyan mülki ermənilərin yaşadığı və sülhməramlıların məsuliyyət zonasında əhaliyə total təzyiqlər edir. Ermənistanın və onun havadarlarının iddiasının əksinə olaraq QHT təmsilçilərimiz dinc aksiya keçirməklə sivil mədəniyyət nümayiş etdirir. Bu fakt həm də onu göstərir ki, ümummilli məsələlərdə vətəndaş cəmiyyəti vahid mövqedən çıxış edərək həmrəylik nümayiş etdirirlər. R.Məmmədov hesab edir ki, Avropa İttifaqı lüzumsuz növbəti missiya yaratmaq əvəzinə Ermənistanın təbii sərvətlərimizin talanmasına və ekologiyamıza vurduğu ziyana görə öz etiraz səsini ucaltmalıdır.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

İtirən Fransadır...

07 Fevral 10:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28