Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrəvana iddiamız əsaslı və haqlıdır

İrəvana iddiamız əsaslı və haqlıdır

14.01.2023 [10:36]

Batum müqaviləsi ləğv oluna bilər?

Ötən ilin sonunda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşü mühüm və strateji hədəfləri müəyyənləşdirməklə yanaşı, tariximizdə buraxılan səhvlərdən də nümunə götürməyimizin gərəkdiyini ortaya qoydu. 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsi kimi tarixi səhvlər unudulmamalı və ondan ibrət götürülməlidir. Bu kimi hallar sonradan ermənilərin daha çox Azərbaycan torpağını istəməsi və əldə etməsinə yol açdı. Təbii ki, bu yolverilməz idi. İrəvan heç bir halda ermənilərə güzəştə gedilməməli idi.

Tarixi faktlara nəzər salsaq, 1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər idi. Ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), Erivan quberniyasının 3/5 hissəsi, Üçmiədzin və İsgəndərunun bir hissəsini əhatə etməklə, Ermənistan əhalisinin 230 minini ermənilər, 80 minini müsəlmanlar, 5 minini yezidi kürdlər, 11 minini isə digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi. Beləliklə, Batum müqaviləsi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaranması ilə nəticələnmişdi.  4 iyun 1918-ci ildə öz müstəqilliyini elan edən Qafqaz dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda sülh müqavilələri  imzalandı. Həmin gün Azərbaycanla Osmanlı hökuməti arasında da saziş bağlandı. Bu sazişə görə, Osmanlı ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. Ermənistan-Türkiyə danışıqlarında (may 1918-ci il, Batum) Türkiyə tərəfinin bəyanatında əksini tapmış mühüm maddələr aşağıdakılardır:

Maddə 5. Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq;

Maddə 6. Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı, eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.

Maddə 11. Ermənistan Respublikasının hökuməti bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.

Göründüyü kimi, ermənilər Batum müqaviləsinin şərtlərini vəhşicəsinə pozdular. Ermənistan dövlətinin ərazisi Azərbaycanın torpaqları hesabına 20 min kvadrat kilometr artaraq, 29,7 min kvadrat kilometrə çatdı. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina etməli olduqları halda, əksinə, yeni-yeni ərazilərə iddia etməyə başladılar.

Hazırkı məqamda isə mühüm tarixi fürsət yaranıb - Azərbaycan Batum razılaşmasından imtina edə və Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarının ləğv olunmasıyla bağlı məsələ qaldıra bilər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918 -ci il tarixli Batum müqaviləsi, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmiş sayıla bilər. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqında qərarına yenidən baxılması, həmin qərarın qüvvədən salınması ilə bağlı hüquqi prosedur başlatmaq mümkündür.

İrəvan Ermənistana niyə verildi?

Qeyd edək ki, bu məsələ bir neçə dəfə aktuallıq qazanıb. Məsələn, akademik Yaqub Mahmudov bu məsələ ilə bağlı 2018-ci ildə dövrü mətbuatda geniş məqalə ilə çıxış edib. Eyni zamanda, 2020-ci ildə bu məsələ ilə bağlı televiziyalara müsahibəsində Y.Mahmudov bildirib ki, Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Çar Rusiyası, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Osmanlı blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Çar Rusiyası, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı imperiyası ərazisində - Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Osmanlı imperiyasının bəzi siyasi dairələri isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin imperiya sərhədləri xaricində - Azərbaycan torpaqlarında yaradılmasına çalışırdılar: “Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə hərbi müqavimət göstərmək gücü yox idi”.

Y.Mahmudov vurğulayıb ki, yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdilər. Güman olunurdu ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaq. Bildirilib ki, Azərbaycan tərəfi də “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Onlar belə bir təkliflə çıxış edərkən inanırdılar ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən, Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaq və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq. Tarixçi alimin sözlərinə görə, belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və Xəlil bəy Xasməmmədov da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl - 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu da müraciət etmişdilər.

Vurğulanıb ki, danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda, erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə bir sıra digər Azərbaycan torpaqları da verilmişdi.

“Ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər”, - deyə akademik diqqətə çatdırıb.

Varislik hüququ bərpa olunmalıdır

Y.Mahmudov bildirib ki, Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları verilmişdi. 1918-ci il mayın 29-da 9 min kvadratkilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı.

O, əlavə edib ki, bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min kvadratkilometrlik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi. 

Tarixçi alim qeyd edib ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: “Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdırBütün məsuliyyət ermənilərin üzərində olacaq  

Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri, hüquqşünas  Çingiz Qənizadə də Prezident İlham Əliyevin irəli sürdüyü məsələlərin dövlət maraqlarından irəli gəldiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan torpaqları zaman-zaman ermənilərə güzəştə gedilib: “Bu güzəştlər isə fərqli yollarla edilib. Bəzi məqamlarda Moskvanın vasitəsilə, bəzi məqamlarda digər dövlətlərin iştirakı və təzyiqi ilə, bəzən isə öz xoşumuzla. Biz tariximizi unutmamalıyıq. Ötən əsrdə ermənilər azərbaycanlılara qarşı bir neçə dəfə etnik təmizləmə siyasəti həyata keçiriblər və bunun nəticəsində soydaşlarımız öz dədə-baba yurdlarından deportasiya olunublar. Söhbət İrəvanın Ermənistana verilməsindən, Batum müqaviləsindən gedirsə, biz bilirik ki, Ermənistan heç bir zaman müqavilələrə, üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bu, son tariximizdə - 10 noyabr razılaşmasında da özünü büruzə verdi”.

Ç.Qənizadə bildirib ki, Batum müqaviləsinin öhdəlikləri ermənilər tərəfindən pozulubsa, demək ki, bu məsələ müzakirə predmeti ola bilər. Bu müqavilədən doğan öhdəliklərin pozulması bizim həmin ərazilərə, İrəvana iddiamızın nə qədər əsaslı və haqlı olduğunun bariz nümunəsidir: “Beynəlxalq hüquqda bağlanan müqaviləni imzalayan tərəflərdən hansısa üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikdə digər tərəfin müqaviləyə xitam verməsinə hüququ var. Bu baxımdan da, Ermənistan Batum müqaviləsinin şərtlərinə əməl etməyibsə, Azərbaycan artıq bu müqaviləni tanımadığını bəyan edə bilər. Belə olan halda bütün məsuliyyət ermənilərin üzərinə düşəcək”.

SADİQ

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31