Əzəli, toxunulmaz, mütləq!
28.01.2023 [10:30]
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas prinsipləri
Nardar BAYRAMLI
Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906,
1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.
Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində “şöhrətləndirilir”. Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb və onları Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın Ermənistanın işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.
Qərbi azərbaycanlıların öz yurdlarında yaşaması onların fundamental hüququdur
Artıq Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasını qəbul edib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Bunlardan biri də hazırkı Ermənistan Respublikasının hüquqi çərçivəsinə münasibətdir. Bununla bağlı Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsən qəzetimizə açıqlamasında bildirib ki, konsepsiyada əks olunduğu kimi Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.
Onun sözlərinə görə, Ermənistan Respublikası özünün hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. “İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur”, - deyə R.Həsən vurğulayıb.
Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmasına çalışacaq. Mövzu ilə əlaqədar Qərbi Azərbaycan İcmasının üzvü, millət vəkili Ramin Məmmədov deyib ki, qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan hökuməti, Ermənistan hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq. “İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb”, - deyə həmsöhbətimiz bildirib.
Beynəlxalq hüquq qayıdışımıza tam əsas verir
Onun fikrincə, ilk növbədə tarixi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ardıcıl və sistemli iş aparılmalıdır. Kütləvi informasiya vasitələri, tarixçilər, araşdırma mərkəzləri, siyasi dairələrin məlumatlandırılması istiqamətində tədbirlər görülməlidir. Beynəlxalq hüquq müstəvisində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində addımlar atılmalıdır. Burada iki mühüm vəzifə meydana çıxır: birincisi, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbuluna, müzakirələrin təşkilinə nail olunmalıdır. İkincisi isə mövzuya nüfuzlu insan hüquqları təşkilatlarının cəlb edilməsi, həmin təşkilatların hesabatlarında məsələnin əksini tapması üçün müvafiq iş aparılmalıdır.
Konsepsiyada Qərbi azərbaycanlıların qayıdışının təhlükəsizlik məsələsi də əksini tapır. R.Məmmədov hesab edir ki, konsepsiyada çox düzgün olaraq azərbaycanlı əhali öz qaydışında təhlükəsizlik məsələsini Ermənistana etibar etmir: “Ona görə də müvafiq mandatla və Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir. Beynəlxalq missiyanın səlahiyyəti və imkanları təhlükəsizlik vəziyyətindən asılı olacaq. Təhdidlərin qiymətləndirilməsinin, bu yöndə müvafiq informasiya toplama və təhlil imkanları ilə bağlı Azərbaycan hökumətinin yardımına ümid edirik. İcma bu məsələdə Azərbaycan hökumətinin təqdim edə biləcəyi təhdidlərin qiymətləndirilməsini əsas götürəcək. Missiya qayıdışdan əvvəl yerləşdirilməli, müvafiq əraziləri nəzarətə götürməli, mülki-hərbi əlaqə, polis və mülki idarəetmə səlahiyyətinə malik olmalı, İcmanın zəruri hesab etdiyi müddətdə fəaliyyət göstərməlidir”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31
