İran casusları ifşa olunur
02.02.2023 [10:24]
Molla rejiminin kartları açılır
Xəbər verildiyi kimi, Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən “SalamNews” informasiya agentliyi və “İnteraz” kanalında keçirilən əməliyyatda bir neçə şəxs saxlanılıb. Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.
“İnterAz”, “SalamNews” molla rejiminin əsas təbliğatçısı rolunda...
KİV-də yayılan məlumata görə, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov alıb.
Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub. Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.
“SalamNews” İA-nın isə 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır.
39 nəfər həbs edildi - “din pərdəsi” altında təxribat və pozuculuq əməlləri...
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən daha 39 nəfər müəyyən edilərək saxlanılıb. “Report” xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə, cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.
KİV-in məlumatına görə, bu istiqamətdə bir başqa əməliyyat isə Neftçala rayonunda keçirilib. Polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıblar. Məlumata görə, Rəhman bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.
Azərbaycan baş vermiş sızmanı aşkarlayıb
Azərbaycanda möhkəm dayaqlar üzərində bərqərar olan siyasi sabitlik, dini tolerantlıq mühiti bir sıra xarici dairələrin - ən əsası isə qonşu İran dövlətinin zaman-zaman yuxusuna haram qatıb. Ölkəmizdə formalaşan siyasi sabitliyin fonunda ölkəmizin əldə etdiyi iqtisadi inkişaf dinamikasının, Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməsi, ölkədə dini ayrı-seçkiliyin olmaması, bütün dini konfessiyaların qardaşlıq zəminində yaşaması İrana narahatlıq verir və molla rejimi bu narahatlığı ölkəmizdə casus şəbəkəsi yaratmaq cəhdi ilə ortaya qoyur. Din faktorundan siyasi rupor kimi istifadə etməyə çalışan İranın zaman-zaman bu kimi şəbəkələri ifşa edilib və hətta onların “əmmaməli rəhbərləri” ölkəmizdən qovulublar.
Qeyd edildiyi kimi, İran kəşfiyyatının ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi sahələrdə Tehrana xidmət etmək üçün öz kəşfiyyatçılarını Azərbaycanda yerləşdirməsi ilə bağlı davamlı olaraq məlumatlar verilirdi. Hətta bəzi xarici mətbuat orqanlarının yazdığına görə, Azərbaycan kəşfiyyatı 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində baş vermiş sızmanı aşkarlayıb və dindirilən İran agentləri cinayətlərini etiraf ediblər. İranın sızma əməliyyatı və casuslarının deşifrə edilməsi ilə 700 informatorun Azərbaycandan qaçdığı üzə çıxıb.
“Şazimani İttilaat” və SEPAH əməkdaşlarından 4000 kəşfiyyatçı Azərbaycana qarşı istifadə olunub
İran kəşfiyyatının informatorları həm də azərbaycanlı qadınlarla evlənərək Bakıya sızıblar. Türkiyə KİV-nin bununla bağlı araşdırmasında bildirilir ki, “layihəyə” 1996-cı ildə Tehranda “Azərbaycan Masası” adlı xüsusi bölmənin yaradılması ilə start verilib. İlk iş olaraq İranın kəşfiyyat xidməti “Şazimani İttilaat” və SEPAH əməkdaşlarından 4000 kəşfiyyatçı seçilib və bu şəxslər Azərbaycanın coğrafiyası, dili, mədəniyyəti ilə bağlı xüsusi təlimlərdən keçiblər. İranın Azərbaycandakı səfirliyindən Tehran rejiminə yaxın ailələrlə bağlı genişmiqyaslı araşdırma tələb edilib. Bundan sonra müəyyən edilən isimlərlə əlaqə saxlanılaraq evlilik mərhələsinə başlanılıb.
Azərbaycanın təhlükəsizlik mənbələri bildirirlər ki, tarixdə bu “layihənin” başqa nümunəsi yoxdur. Yaxalanan iranlı informatorlar həyat yoldaşlarını kataloqdan seçdiklərini deyiblər. İran agentlərinin ilk işi azərbaycanlı arvadlarının “Rəhbər” adlandırdıqları Xameneyiyə beyət etmələrini, namazlarını və digər ibadətlərini şiələrə uyğun olaraq yerinə yetirmələrini təmin etmək olub. Müxtəlif kamuflyaj üsullarından istifadə edən agentlər Azərbaycanda məskunlaşdıqdan sonra onlara göstərilmiş istiqamətlər üzrə kəşfiyyat məlumatları toplamağa və bu informasiyaları Tehrana göndərməyə başlayıblar.
Azərbaycan qanunlarına əsasən evləndikdən 5 il sonra əldə etdiyi vətəndaşlıq hüquqları ilə daha geniş imkanlar qazanan İran agentlərinin missiyaları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönəldilib. Bəzi informatorlar ciddi kapitalla kommersiya sahəsinə cəlb olunarkən, digərləri mülki və hərbi, diplomatiya, siyasət, QHT, mədəniyyət, incəsənət və ilahiyyat kimi sektorlara sızıblar”.
“Mehdinin Xidmətçiləri”nin London təxribatı...
Bu kimi təxribatlar, terror isə İranın Azərbaycana qarşı ilk addımı da deyil. Xatırladaq ki, ötən ilin avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndirmişdilər. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almasa da, böyük təhlükə yaşanmışdı. Hücuma görə məsuliyyəti isə Yasir əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatı öz üzərinə götürmüşdü. Sözügedən “Mehdinin Xidmətçiləri” təşkilatının Küveyt əsilli rəhbəri Yasir əl-Həbib (tam adı Yasir Yəhya Abdullah əl-Həbib) öz dini təhsilini İranın Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi kimi almışdı. Şirazi ailəsi ilə qohum olan əl-Həbib Müctəba əl-Şirazinin kürəkənidir. 2008-ci ildən böyük Britaniyaya köçən əl-Həbib burada keçmiş kilsə binasını alaraq məscidə çevirib və radikal çıxışlarını burada edib.
Əl-Həbibin dini “söykənəcəyi” olan məşhur “Şirazilər” isə “Mehdinin Xidmətçiləri” təşkilatının ideoloji lokomotivi kimi tanınmaqdadır. Qeyd edək ki, bu ailə İraqda və İranda (Qumda) yaşayıb fəaliyyət göstəriblər. Ailənin əsas siması Ayətullah Şirazi ötən əsrin 70-ci illərində İraqda Səddam Hüseynin təzyiqlərindən qaçaraq bir müddət Livanda yaşayıb, daha sonra Suriyaya köçüb və prezident Hafiz Əsədlə dostluq əlaqələri qurub.
Davamlı addımlar atılır...
Xatırladaq ki, ötən ilin sonunda da Azərbaycanın təhlükəsizlik orqanları İran agenturası şəbəkəsinin ifşası ilə bağlı mühüm addımlar atmışdılar. Belə ki, ötən ilin noyabr ayında Dövlət Təhlükəsizlik Xidməti ard-arda İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə əməliyyatlar həyata keçirmişdi və bu fəaliyyətlə məşğul olan qruplar müəyyənləşdirilmişdi, zərərsizləşdirilmişdi. Yeri gəlmişkən, ötən ilin noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransda da bu məsələyə toxunulmuşdu və DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirmişdi ki, İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir.
Bəli, göründüyü kimi, ölkəmizdə yaradılan dini tolerantlığa, regionda siyasi sabitliyin yaranmasına, ölkəmizin uğurlarına və Qarabağ Zəfərinə qarşı olan bu kimi qüvvələrin uğursuz cəhdləri, İslamın siyasiləşdirilməsi ilə bağlı spekulyativ addımları cinayət məsuliyyəti yaratmaqla yanaşı, cəmiyyət tərəfindən də birmənalı şəkildə pislənir. Cinayətdə ittiham olunan şəxslərin arxasında “dayanan” İran molla rejiminin “narahatlıqları” isə bütün həqiqətləri ortaya qoyur - Azərbaycanın yaratdığı siyasi reallıqlar regionun inkişafında yeni mərhələ yaradıb. Ölkəmizdə dinin siyasiləşdirilməsinə, dinin adından istifadə edərək xarici qüvvələrə xidmət göstərməyə cəhd göstərənlərə qarşı görülən tədbirlər isə Azərbaycanda dövlətçiliyin möhkəmliyini, xalq-hakimiyyət birliyini, cümlədən dünyəvi inkişaf yolundakı dönməzliyimizi bir daha ortaya qoymuş olur.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37
