Yanındayıq, Türkiyə!
07.02.2023 [10:13]
Nardar BAYRAMLI
Türkiyənin cənub əyalətlərində fevralın 6-da səhər saatlarında baş vermis güclü zəlzələ çoxsaylı insan itkisinə və dağıntılara səbəb olub. Belə ki, Kahramanmaraş şəhərində zəlzələnin gücü 7.4 baldır. Qaziantep şəhərində isə ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Yeraltı təkanlar daha sonra müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Ötən gün günorta saatlarında Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkan olub. Təkan Türkiyənin bir çox bölgəsində hiss edilib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ötən gün saat 13:24-də Kahramanmaraş vilayətinin Elbistan rayonunda 7,6 bal gücündə zəlzələ baş verməsi barədə məlumat yayıb.
AFAD Koordinasiya Mərkəzindən ötən gün verilən məlumatda bildirilib ki, zəlzələ nəticəsində həlak olanların sayı 1121 nəfəri, xəsarət alanların sayı isə 7 min 634 nəfəri ötüb. Dağıntılar altından indiyədək 2 min 470 nəfər sağ olaraq çıxarılıb, 2 818 bina dağılıb. NATO və Avropa İttifaqının 45 ölkəsindən yardım üçün təkliflər alınıb. Bu hadisənin son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ olduğu bildirilib. Türkiyə Böyük Millət Məclisi isə zəlzələ ilə əlaqədar öz işini bir həftəlik dayandırıb.
Qardaşlıq nümunəsi
Azərbaycan Türkiyədə baş verən zəlzələ ilə bağlı dərhal reaksiya verib. Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Dövlətimizin başçısı deyib ki, onun tapşırığına əsasən xilasedici heyət artıq qardaş ölkəyə göndərilib.
Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb. Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Mövlud Çavuşoğlu isə bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlıq edib.
İlk dəstək qrupları Türkiyədədir
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Qüvvələrin tərkibinə
FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri təyyarə vasitəsilə Türkiyəyə göndərilib.
Türkiyədəki səfirlik və konsulluqlarda operativ qərargahlar yaradılıb
Bundan başqa, Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905355776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.
Eləcə də, ölkəmizin İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında operativ qərargahlar yaradılıb. Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi araşdırılır. Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında azərbaycanlı tələbələr də var. Onlar Hümam İsmayıllı, Samir Quliyev, Şahin Verdiyev və Gündüz Nəzərzadədir. Təhsil Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı ölkəmizin Türkiyədəki səfirliyi ilə müntəzəm əlaqə saxlanılır.
Ümumiyyətlə, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.
İki qardaş ölkə çətin günlərdə də birlikdədir
30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları, bütün toplumu Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyənin siyasi dəstəyi sayəsində bir çox dövlətlər qarışa bilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Birliyimiz düşmənlərimizə göz dağı verdi. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir.
İki qardaş ölkə çətin günlərdə də daim bir-birinin yanında olub. 2021-ci ilin yay aylarında Türkiyədə baş vermiş güclü meşə yanğınları zamanı da Azərbaycan qardaş ölkəyə böyük dəstək verdi. Bu dəfə də güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyənin yanında olan ilk dövlət Azərbaycandır. Bu fakt dostluu və qardaşlığın nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

