Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Humanitar yardım, yoxsa siyasi riyakarlıq?

Humanitar yardım, yoxsa siyasi riyakarlıq?

17.02.2023 [10:54]

Mübariz ABDULLAYEV

Ermənistan rəsmilərinin humanitar yardım şousu kontekstində onların sərhədlərin açılması və münasibətlərin normallaşması manipulyasiyaları xüsusi diqqət çəkir. Türkiyədə səfərdə olan A. Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib. “Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm. Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır”, - deyə A. Mirzoyan əlavə edib.

Ermənistanın digər yüksəksəviyyəli rəsmiləri də sərhədlərin açılması mövzusunda danışıblar. Ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan istənilən an Türkiyə ilə sərhədləri açmağa və münasibətləri normallaşdırmağa hazırdır.

Ermənistan rəsmiləri iki ölkə arasında sərhədlərin açılmasından danışanda səmimilikdən çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirirlər. Onlar bununla bağı “xoş niyyətlərini” ifadə edərkən ilk növbədə “sərhədlər niyə bağlıdır” sualına cavab verməlidirlər. Xatırladaq ki, iki ölkə arasındakı sərhədlər I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsiylə əlaqədar 1993-cü ildə bağlanıb. Ötən dövrdə Ermənistan sərhədlərin açılması mövzusunu dəfələrlə gündəmə gətirsə də, Türkiyə Ermənistanın Qardaş Türkiyənin 10 vilayətində fevralın 6-da baş verən zəlzələ çox doğru olaraq əsrin faciəsi kimi dəyərləndirilir. Təbii fəlakətin baş verdiyi bölgələrdən alınan məlumatlar ürək ağrıdır. Zəlzələ nəticəsində həlak olanların sayı 35 mini ötüb, yaralananların sayı isə 106 minə yaxındır. Təbii fəlakətdən zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub. Belə dəhşətli faciə fonunda təsəlliverici məqam isə bütün dünyanın Türkiyəyə həmrəylik jesti etməsidir. Türkiyə ilə siyasi-iqtisadi münasibətlərinin hansı səviyyədə olmasına baxmayaraq, əksər ölkələr zəlzələ bölgələrinə xilasedici dəstələr və humanitar yardımlar göndəriblər. Təbii ki, Türkiyə ilə canbir, qanbir qardaş olan Azərbaycan bu sırada öndə gəlir.

Ermənistanın “canıyananlığı”, Türkiyənin minnətdarlığı

Ancaq təəssüf doğuran haldır ki, Türkiyəyə humanitar yardımlar göndərən ölkələr arasında bundan siyasi dvidendlər qazanmağa çalışanlar da var. Ermənistanın davranışlarını başqa cür dəyərləndirmək sadəcə, mümkün deyil. Bəli, Ermənistandan da zəlzələ bölgələrinə yardımlar göndərilib. Eləcə də baş nazir Nikol Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək başsağlığını çatdırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə şəxsən Türkiyəyə səfər edib.

Türkiyə ilə Ermənistan arasında siyasi gərginlik yaşandığı hər kəsə bəllidir. Bunun məsuliyyəti isə bilavasitə Ermənistanın üzərinə düşür. Bu ölkə Türkiyəyə qarşı soyqırım və ərazi iddiaları sərgiləyir, 30 il ərzində Azərbaycanın ərazilərini işğal altında saxlayıb, postmüharibə mərhələsində sülhyaratma prosesinə əngəllər yaradır. Türkiyə isə daim Ermənistana əsassız iddialarından və regionda sabitliyə təhdidlər yaradan davranışlarından əl çəkməyə çağırış edir.

Bu kimi reallıqlar fonunda Ermənistanın baş verən güclü zəlzələ ilə əlaqədar Türkiyəyə humanitar yardım göndərməsi, N.Paşinyanın telefon zəngi, A.Mirzoyanın səfəri təqdir olunası haldır. Düşünmək olardı ki, Ermənistan rəsmiləri aradakı incikliyi, düşmənçiliyi bir kənara qoyub insanlıq nümunəsi göstərirlər. Elə qardaş Türkiyə də məhz bu prizmadan yanaşaraq Ermənistandan gələn humanitar yardımı minnətdarlıqla qəbul edib. Telefon zənginə və səfərə görə həm N.Paşinyana, həm də A.Mirzoyana uyğun səviyyələrdə “sağ ol, var ol” ifadə edilib.

Türkiyənin Ermənistanın humanitar yardımını minnətdarıqla qəbul etməsi bu ölkənin humanizm dəyərlərinə necə böyük önəm verdiyini göstərir. Zəlzələ və digər belə təbii fəlakətlər bir insanlıq faciəsidir. Belə kədərli anlarda bütün bəşəriyyət həmrəylik nümunəsi ortaya qoymalıdır ki, bunu da qardaş ölkə edir, yardıma uzanan heç bir əli geri qaytarmır.

Ermənistan səmasında Azərbaycan təyyarəsi xaincəsinə vuruldu

Bu yerdə 7 dekabr 1988-ci il tarixində  Ermənistanın şimalında 7 bal gücündə baş verən dağıdıcı zəlzələ yada düşür.  Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Həmin zəlzələ zamanı da dünyanın dörd bir tərəfindən Ermənistana yardımlar göndərilirdi. Həmin dövrdə Azərbaycan da Ermənistana yardım əli uzatdı. Ancaq Ermənistan öz xislətinə uyğun davrandı. Dekabrın 11-də Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci xilasedicilər dəstəsi yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan səmasında xaincəsinə vuruldu. 69 sərnişin və 10 heyət üzvü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı. Vurulan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər.

“Humanitar yardıma zəhər qatılsın” çağırışı

Spitak zəlzələsi zamanı göyərtəsində xilasediciləri daşıyan təyyarənin Ermənistan səmasında  məqsədli şəkildə vurulmasını təsadüfən xatırlamadıq. Həmin tarixdə faciə ilə üzləşən ermənilər aradakı ədavəti unutmadılar və təyyarəmizi vurmağı özlərinə fürsət kimi dəyərləndirdilər. Türkiyədə baş verən zəlzələ fonunda da ermənilər öz xəbis niyyətlərini həm dövlət, həm də cəmiyyət səviyyəsində nümayiş etdirirlər. Bu günlərdə Ermənistanda “Türkiyəyə humanitar yardım göndərilməli idimi” sualı ilə sorğu aparılıb. Respondentlərin böyük əksəriyyətinin cavabı aşağıdakı məzmunda olub: “Bəli, göndərilməli idi, ancaq humanitar yardıma zəhər qatılaraq göndərilməli idi”. Bax bu erməni xislətidir. Onlar necə ki, Spitak zəlzələsi zamanı türklərə və azərbaycanlılara qarşı ədavətlərini yaddan çıxartmamışdılar, indi də eyni cür düşünürlər və davranırlar.

Dövlət səviyyəsində isə Ermənistanın humanitar yardımdan siyasi dvidentlər qazanmaq cəhdləri aydın şəkildə özünü büruzə verir. Bu günlərdə bu ölkənin KİV-ində Ermənistandan bir qəhrəman obrazı düzəldilir, elə bir təbliğat aparılır ki, guya İrəvanın yardımı olmasaydı, Türkiyə zəlzələ yükünü çəkə bilməyəcəkdi.

Sərhədlərin açılması manipulyasiyası

Ermənistan rəsmilərinin humanitar yardım şousu kontekstində onların sərhədlərin açıması və münasibətlərin normallaşması manipulyasiyaları xüsusi diqqət çəkir. Türkiyədə səfərdə olan A. Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib. “Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm. Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır”, - deyə A. Mirzoyan əlavə edib.

Ermənistanın digər yüksəksəviyyəli rəsmiləri də sərhədlərin açılması mövzusunda danışıblar. Ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan istənilən an Türkiyə ilə sərhədləri açmağa və münasibətləri normallaşdırmağa hazırdır.

Ermənistan rəsmiləri iki ölkə arasında sərhədlərin açılmasından danışanda səmimilikdən çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirirlər. Onlar bununla bağı “xoş niyyətlərini” ifadə edərkən ilk növbədə “sərhədlər niyə bağlıdır” sualına cavab verməlidirlər. Xatırladaq ki, iki ölkə arasındakı sərhədlər I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsiylə əlaqədar 1993-cü ildə bağlanıb. Ötən dövrdə Ermənistan sərhədlərin açılması mövzusunu dəfələrlə gündəmə gətirsə də, Türkiyə Ermənistanın işğalçılıq siyasətinə son qoymasını şərt kimi irəli sürüb. Prezident R.T.Ərdoğan dəfələrlə Ermənistana tarixi fürsəti dəyərləndirməyə çağırış edib. “Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyi şübhəsizdir”. Bu fikirləri də qardaş ölkənin dövlət başçısı ifadə edib. Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu fevralın 15-də erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında daha bir xatırlatma edib. Türkiyəli nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşmasında irəliləyişə ümid edir. Çavuşoğlunun sözlərinə görə, əgər Ermənistan, Türkiyə və Azərbaycan səmimi addımlar atarsa, Cənubi Qafqazda uzunmüddətli sülh qurula bilər.

Bəli, Türkiyənin istəyi səmimiyyətdir. Azərbaycan postmüharibə mərhələsində regionda uzunmüddətli sülhə nail olunması üçün əlindən gələn hər şeyi edir. Eyni zamanda, Türkiyə də sülhyaratma prosesinə töhfələr verməyə hər an hazırdır. Nizamlama prosesi məhz Ermənistanın qeyri-səmimiliyi ucbatından ləngiyir.

Türkiyənin faciəsi üzərində xəyallar quran Ermənistan cəmiyyəti

Həcmi kiçik olan humanitar yardım fonunda Türkiyə ilə sərhədlərin açılacağına və münasibətlərin normallaşacağına Ermənistan cəmiyyətində inam yoxdur. Türkoloq Ruben Safrastyan “humanitar yardım” diplomatiyasının iki ölkə arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxardacağına skeptik yanaşma ortaya qoyub.  Türkoloq yenə də erməni nağıllarını təkrarlayaraq Türkiyənin ünvanına hədyanlar səsləndirib, bu ölkənin  strateji xəttinin dəyişəcəyinə inamsızlıq ifadə edib. “Hər hansı bir humanitar addımı Türkiyənin Ermənistana yönəlik strateji kursunu dəyişə bilməz. Sərhədlərin bağlanması bu strateji kursun tərkib hissəsidir”, - deyə R. Safrastyan bildirib.    

Türkoloq ermənilərin Türkiyəyə ənənəvi nifrətini ifadə etməyi də unutmayıb: “Son vaxtlarda Türkiyənin ambisiyaları çox artmışdı. Ancaq bu ambisiyalar ölkənin imkanlarına və resurslarına adekvat deyildi. İndi Türkiyə sakitləşəcək, çox-çox artan daxili problemləri ilə məşğul olmaq məcburiyyətində qalacaq”.

Türkoloqun ifadə etdiyi bu sözlərdə bütün Ermənistan cəmiyyətinin Türkiyəyə aqressiv münasibəti ifadə olunub. Başqalarının kədərinə sevinməyi ancaq ermənilər bacararlar.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31