Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ən böyük dissidentlərdən biri mən olmuşam...

Ən böyük dissidentlərdən biri mən olmuşam...

01.03.2023 [10:08]

Azərbaycanda bunu etməyə adi adamların cəsarəti çatmadı. Amma mən böyük çətinliklər içərisində və böyük təhlükə altında kommunist partiyasını tərk etdim. Mən adicə tərk etmədim, mənim bu barədə bəyanatım qəzetlərdə dərc olunub, oxumusunuz. Mən ittiham verdim, bildirdim ki, niyə görə kommunist partiyasını tərk edirəm. Ümumiyyətlə, mən nə etmişəmsə, hamısını şüurlu etmişəm. Heç bir şeyi şüursuz etməmişəm. Bütün keçmişimə, həyatıma görə, bütün gördüyüm işlərə görə də heyifsilənmirəm. Hesab edirəm ki, hamısını xalqın naminə, millətin naminə və doğma Azərbaycanın naminə etmişəm...

1969-cu ildən - Azərbaycanın rəhbəri olduğum zamandan indiyə qədər bir şairin, bir yazıçının əsəri qadağan edilməyibdir, bir şairin, bir yazıçının əsərinin qarşısı alınmayıbdır. Həqiqətdir, elədirmi? Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi bu, pantürkistdir, biri deyirdi bu, paniranistdir, biri deyirdi, nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökumətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və nə qədər çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyinəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər. Amma siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə də gəlib mənə deyəndə ki, Anar “ Şəhərin yay günləri” pyesi yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan edir, dedim - yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, mükafat da verdim. Yaxud da ki, bir film vardı - “Bir cənub şəhərində” - 70-ci ildə qadağan eləmişdilər. Onu Rüstəm İbrahimbəyovla Eldar Quliyev çəkmişdilər. Mən onda hələ respublikanın rəhbəri deyildim, KQB-nin başçısı idim. Gedib baxıb gördüm ki, çox yaxşı filmdir, əsl həqiqətləri göstərir. Sonra o filmə yol açdıq, film də çox böyük uğurla yaşadı. Yaxud Rüstəm İbrahimbəyov “İstintaq” filmini çəkmişdi. Onun əleyhinə nə qədər çıxışlar etdilər. Amma o filmin mövzusunu mən özüm vermişdim. Yəni mən bu mövzunu birbaşa verməmişdim. Mənim gördüyüm işləri, apardığım mübarizəni, ifşa etdiyim mafiozları, korrupsiyaçıları, rüşvətxorları Rüstəm İbrahimbəyov filmə çəkmişdi. Çox gözəl, yaxşı bir film yaratmışdı. Bəli, həmin filmə o vaxtlar SSRİ-nin dövlət mükafatını verdilər. Bu, həm də bizim hörmətimizi, nüfuzumuzu yüksəltdi. Amma gəlib mənə onun əleyhinə nə qədər sözlər dedilər. Mən iki dəfə o filmə baxdım. Bütün büro üzvlərini yığdım, gəldilər baxdılar. Qurtarandan sonra hərə bir fikir söylədi. Dedim, gedin. Filmi isə ekranlara buraxdıq. Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxlarınız dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, siz dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir.

A n a r: Heydər müəllim, bağışlayın, sözünüzü kəsirəm. Bir dəfə Siz özünüz dediniz ki, o vaxt elə ən böyük dissident mən özüm olmuşam.

H e y d ə r  Ə l i y e v: O da doğrudur. Düzdür, mən nə şeir yazanam, nə roman yazanam, nə hekayə yazanam. Mən ömrüm boyu siyasətlə məşğul olmuşam. Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ildə istefaya getdiyim zamanadək kommunist partiyasında ən böyük dissidentlərdən biri mən olmuşam. Heç də təsadüfi deyil ki, kommunist partiyasına o qədər xidmət edən bir adam - yəni mən, həqiqətən kommunist partiyasına xidmət etmişəm - 1990-cı ilin yanvar hadisələrindən sonra kommunist partiyasını tərk etmişəm. Azərbaycanda bunu etməyə adi adamların cəsarəti çatmadı. Amma mən böyük çətinliklər içərisində və böyük təhlükə altında kommunst partiyasını tərk etdim. Mən adicə tərk etmədim, mənim bu barədə bəyanatım qəzetlərdə dərc olunub, oxumusunuz. Mən ittiham verdim, bildirdim ki, niyə görə kommunist partiyasını tərk edirəm. Ümumiyyətlə, mən nə etmişəmsə, hamısını şüurlu etmişəm. Heç bir şeyi şüursuz etməmişəm. Bütün keçmişimə, həyatıma görə, bütün gördüyüm işlərə görə də heiyfsilənmirəm. Hesab edirəm ki, hamısını xalqın naminə, millətin naminə və doğma Azərbaycanın naminə etmişəm. Mənim bu gün sizə müraciətim ondan ibarətdir ki, çox sağ olun ki, indiyədək xalqımızı vətənpərvər etmisiniz, millətini sevən etmisiniz, millətinin qayğısına qalan etmisiniz. Xalqımızın əksəriyyəti belədir. Ancaq bu proses davam etməlidir. Xalqımızı daha da vətənpərvər etmək lazımdır.

Heydər Əliyevin Azərbaycan Yazıçılarının X qurultayındakı nitqindən

30 oktyabr 1997-ci il

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31