Son zəng...
15.03.2023 [10:40]
Prezident Putin Paşinyana xəbərdarlıq etdi
Bütün xəyanətlərinin fonunda Rusiya Ermənistanı müdafiədən niyə imtina etmir?
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi “Telegram kanalı” məlumat yayıb. Məlumatda bildirilib ki, telefon danışığı zamanı Moskva, İrəvan və Bakı arasında 2020-ci ildən 2022-ci ilə qədər əldə edilmiş üçtərəfli sazişlər müzakirə edilib. Müzakirə predmetləri arasında Ermənistan ilə Azərbaycan arasında təhlükəsizliyin və sabitliyin təmin olunması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləri də yer alıb.
Bu telefon danışığı bəzi siyasi mütəxəsisslər tərəfindən Rusiyanın Ermənistana növbəti ciddi xəbərdarlığı kimi dəyərləndirilir. Göründüyü kimi, telefon danışığı heç də rəsmi İrəvanın “hesablarına” uyğun gəlmir. Kreml növbəti dəfə Paşinyana konstruktiv davranış təklifini etməklə indiyədək yerinə yetirilməyən üçtərəfli razılaşmaların praktiki aspektlərinə işarə vurub ki, bu da özlüyündə bir sıra məqamları birləşdirir:
- Rusiya Ermənistanın danışıqlar prosesində “Qərb ağzı” ilə danışmasını qəbul etmir;
- Paşinyana “xatırlatmalar” edir;
- Mövcud situasiyanı Ermənistanın qarşısına təqdim edir.
İrəvanın Rusiyaya “ənənəvi” xəyanəti - Kreml nəyi, necə, nə vaxta qədər düşünəcək?
Ermənistan ilə Rusiya arasında son dövrlərdə daha qabarıq şəkildə üzə çıxan ziddiyyətlər isə göründüyü kimi get-gedə dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə “üz çevirməsi”, Aİ-nin uzunmüddətli missiyasının Ermənistana “yerləşdirilməsi”, eyni zamanda bu missiyanın tərkibində hətta “mülki geyimli jandarmların” da olması keçmiş müttəfiqləri fürsət düşdükcə qarşı-qarşıya gətirir. Proseslərin inkişafı açıq şəkildə onu göstərir ki, Rusiya Ermənistanın davranışlarını həzm edə bilmir. Avropaya “sığındığını” düşünən Nikol Paşinyan isə sanki Moskvadan əvəz çıxmaq istəyir. Bu mənada Ermənistanın Avropa ilə yaxınlaşmasının hər bir ştrixində Kremlin hədəfə alınması görüntüsü yaranır. Bu fakt rusiyalı siyasi mütəxəssislərin fikirlərində də yer alır. Analitik Andrey Petrov bildirib ki, Putinin telefon zəngi Ermənistanın Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla münasibətlərin tənzimlənməsini pozmaq cəhdlərinə Moskvanın ümumiləşdirilmiş reaksiyasıdır: “Rusiya Ermənistandan bir neçə səbəbə görə narazıdır. İrəvan hakimiyyəti Azərbaycana qarşı təxribat törədir. Moskvanın vasitəçiliyi ilə iki respublika arasında sülhün təmin olunmasının bütün mərhələlərini ədalətli və aydın şəkildə müəyyən edən dörd sənəd imzalandı, lakin İrəvan bu sənədlər üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir”.
Maraqlıdır ki, Rusiya tərəfi illərdir ki, Ermənistanın “xəyanəti” ilə üzləşir:
- Moskvanın iştirakı ilə imzalanan müqavilələrin məhz Ermənistan tərəfindən yerinə yetirilmədiyini görür;
- İrəvanın qərb yolu seçməklə Rusiyanın Cənubi Qafqazdakı maraqlarının reallaşmasına mane olduğunu açıq dillə səsləndirir;
- İndiki çətin dövrdə Rusiyanın ixrac və idxalında mühüm həlqəyə çevrilmə potensialı olan Zəngəzur dəhlizinin reallaşmasına mane olur.
Bütün bunların fonunda isə Rusiya yenə də Ermənistanı müdafiə etməkdən imtina etmir - ən azından bitərəf kimi də görünmür. Bu qədər xəyanətin qarşılığında Kreml yenə də İrəvanla bağlı “ümidlərindən” əl çəkmir...
Nəticə nə olacaq? - Paşinyanın gözləntiləri...
Rusiyanın “son xəbərdarlığı”nın bir səbəbi isə təbii ki, Avropa İttifaqı faktorudur. Aİ missiyasının Ermənistanda yerləşdirilməsi Moskvanı məsələyə tam şəkildə köklənməyə vadar edir. Çünki Aİ, başqa sözlə, Qərb bu yolla Rusiyanın cənubunda oturmuş sayılır. Bu isə Moskvanın “qırmızı xətti”dir. Xatırladaq ki, Ukraynada başlanan müharibənin səbəblərindən birini məhz bu amil təşkil edirdi. İndiki halda Rusiya Aİ-nin Ermənistanda olması fonunda mümkün qədər təmkinli görünməyə çalışsa da, “əsəbi reaksiyası”nı gizlədə bilmir. Yeri gəlmişkən, Rusiyanın bu məsələyə münasibəti hətta rəsmi dillə səsləndirilib - xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ermənistan ərazisinə vətəndaş missiyası göndərməklə Azərbaycan və Ermənistan ilə münasibətlərdən sui-istifadə etdiyi qənaətindədir. Prezident Putinin Paşinyana 2020-2022-ci illər arasında bağlanan “müqavilə və razılaşmaları” xatırlatmasının da bir məqamı məhz bununla bağlıdır - Putin Paşinyana artıq ikibaşlı oyunlardan əl çəkməyi “tövsiyyə” edir. Əks halda... Prosesin İrəvan üçün hansı nəticə ilə bitəcəyini demək çətin olsa da, Paşinyan üçün müsbət perspektiv vəd etmir...
Ermənistanın Rusiyaya KTMT “hədəsi”- 102-ci hərbi baza şantaj edilir
Bəli, Ermənistan Rusiyadan uzaqlaşma kursunu gücləndirib. Bunu İrəvanın KTMT “siyasəti” də ortaya qoyur. KTMT-də təklif olunan sonuncu “vəzifə”dən imtina etməklə Ermənistan öz niyyətini ortaya qoydu. Bundan öncə isə Paşinyan KTMT-nin İrəvan sammitinin sənədlərini imzalamaqdan imtina etmişdi, təşkilatın öz ərazisindəki təlimlərinin ləğvinə qərar vermişdi. Bütün bunlar, ümumilikdə, Ermənistanın KTMT müstəvisində Rusiyaya qarşı rəsmi “bunt”u kimi dəyərləndirilməlidir. Qeyd olunduğu kimi, bəzi rusiyalı analitiklər Qərblə Rusiya arasında genişmiqyaslı geosiyasi qarşıdurmaların fonunda Ermənistanın Qərbin təhlükəsizlik rəsmilərini, hətta onların tərkibini genişləndirmək perspektivi ilə sərhədləri daxilinə buraxmasını xəyanət kimi qiymətləndirirlər. Bu mənada da, Putinin “son zəngi” Ermənistan hakimiyyəti üçün ciddi xəbərdarlıqdır.
Ümumiyyətlə, son dövrlərdə siyasi bəyanatların ardından Rusiya ilə Ermənistanın hərbi müttəfiqliyi məsələsi də hədəfə düşüb. Artıq Ermənistan rəhbərliyi Gümrüdə yerləşən 102-ci Rusiya Hərbi Bazasından narahatlıq keçirdiyini bildirir, hətta bunu təhdid adlandırırlar. Bu ilin yanvarında 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçirilmişdi. Erməni radikallar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi şüarlar səsləndirmiş, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar etmişdilər. Bu kimi faktlar isə rəsmi İrəvanın birmənalı şəkildə Rusiyadan imtina etməsinin görüntüsünü yaradır. Başqa sözlə, bu kimi davranışlarla Ermənistan Rusiyaya bundan sonra Qərbin maraqları çərçivəsində hərəkət edəcəyi ilə bağlı “ultimatum”lar verirdi.
Paşinyanın incikliyi - “KTMT mövcuddur, ya yox?”
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında da Ermənistanın KTMT-dəki vəziyyəti ilə bağlı məsələyə toxunub. O bildirib ki, istənilən mexanizm, o cümlədən kvotanın mövcudluğu Ermənistanın təhlükəsizlik sistemində əlavə rol oynamalıdır. Amma bu kvota təhlükəsizliyə töhfə vermirsə, Ermənistan bu məsələni mənasız hesab edir. Paşinyan bildirib ki, onun üçün bu vəziyyətdə ən başlıca məsələ əhalinin gözləntilərini yanıltmamaqdır. O, 2022-ci ildə təşkilatın o vaxtkı baş katibi Stanislav Zas ilə söhbətinin xülasəsini də mətbuat işçiləri ilə bölüşüb. Belə ki, Zas Ermənistana səfəri zamanı baş nazirlə söhbətində Ermənistanın KTMT-dən çıxma ehtimalından narahat olduğunu bildirib. “Mən baş katibə dedim ki, narahatçılıq yersizdir. Burada başqa cür ifadə daha uyğundur - KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlı narahatlıq. Mənim fikrimcə, KTMT istəsə də, istəməsə də Ermənistanı tərk edir və bu, narahatedicidir. Biz heç nə gizlətməmişik. Narahatlığımızı açıq şəkildə bildirmişik. KTMT-nin baş katibinin müavini vəzifəsini daşımağa şad olarıq, amma bu addım xalqımıza yanlış mesaj vermək kimi anlaşılacaq”, - deyə Paşinyan bildirib. O deyib ki, hər kəs Ermənistanın tərəfdaşlarla nə qədər ardıcıl işlədiyini və işləməkdə davam etdiyini görür: “Biz öz prinsiplərimizi təklif etmişik, yeri gəlmişkən, bu, Ermənistana aid də deyil. Bu, KTMT-nin Ermənistanda fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı prinsipdir. KTMT mövcuddur, ya yox? Biz bu məsələni qaldırmaq istəyirik”.
Paşinyanın “prisip” deyə irəli sürdüyü məsələnin məğzində isə Ermənistanın KTMT-ni anti-Azərbaycan ruhuna kökləyə bilməməsi dayanır. Artıq bir ilə yaxındır ki, KTMT-ni tərk etmək hədəsi ilə şantaj edən Paşinyan bununla Rusiyaya və ya digər quruma üzv ölkələrə “təzyiq” göstərə biləcəyini düşünür. Amma nəticə ortadadır - KTMT üzvü olan Ermənistan heç nəyə nail ola bilmir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
