İranın “Süleymani” havası...
30.03.2023 [10:55]
Keçmiş diplomatın “müvəqqəti cəsarəti” və ya üçsaatlıq məqalə...
İran hakimiyyəti görüntü yaratmaq istəyir
Molla rejiminin tolerantlığı yalnız Əfşar Süleymaniyə şamil olunurmu?
Azərbaycanın 2020-ci ildə regionda yaratdığı yeni siyasi reallıqlar 30 ilə yaxın “gizli” saxlanılmış bir sıra məsələləri ortaya çıxardı. Burada ən diqqət çəkən məqam isə İranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi idi. İranın son bir neçə ayda sərgilədiyi davranışlar molla rejiminin əsl simasını nümayiş etdirməklə yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. Bu kimi davranışlar isə ortaya bir sıra suallar çıxarır. İran Ermənistanla hansı gizli işbirliyindədir ki, bu maraq hətta “din marağını” da üstələyib. Təbii ki, yada düşən ilk səbəb İranın maddi maraqlarıdır. Erməni işğalının davam etdiyi 30 il ərzində İran Azərbaycanın işğal altındakı torpaqlarından keçən yolu özü üçün “qaçaq yolu” elan etmişdi. İranın Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləməsinin də arxasında məhz bu məqamlar dayanır - təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini “Turan yolu” adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Azərbaycan, anti-Türk dairələrinin maraqlarına xidmət göstərir.
Süleymaninin anti-İran məqaləsinin ikili taleyi - məqalə saytdan çıxarıldı...
Bu mövqe isə İran və onun danışan “dilləri” üçün tək tezisdir - yəni, İranda heç bir kimsə cəsarət edərək əsl reallıqları demək iqtidarında deyil. Ən azından son küçə etirazları zamanı bunun bir daha şahidi olduq. Adi insan haqqları ilə bağlı həqiqətləri nəinki dinləməyə, hətta eşitməyə belə dözməyən İran hakimiyyətinin xofu və qorxusu altında kim İranın mərkəzində otura-otura “Zəngəzur həqiqətlərini” dilə gətirə bilər? Bu baş versə...
Son günlər İranın apardığı anti-Azərbaycan siyasəti bütün kontekstlərdə ifşa edilir - İranın kartları tam açıqdır. Belə bir vaxtda ortaya vaxtilə İranın Azərbaycandakı səfiri olmuş Əfşar Süleymaninin “https://yazeco.ir/?p=99” linkli məqaləsi çıxır. İlk baxışdan qeyri-adi heç bir şey yoxdur. Amma...
Yazının mahiyyətinə çox varmadan bildirmək istərdik ki, məqalə İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqenin səhv olmasına həsr edilib. Təbii ki, ilk baxışdan bu, cəlbedici görünə bilər. İranın keçmiş diplomatının sərgilədiyi “cəsarət” hətta təqdir belə oluna bilər. Amma ki, yazı qoyulduğu saytın linkindən üç saatdan sonra silinib. Demək ki, Əfşar Süleymaninin “qoçaqlığı”, “qoxmazlığı”nın da “sirri” varmış...
Niyə məhz Əfşar Süleymani...
İranda hər kəs Əfşar Süleymaninin Azərbaycanda səfir olduğu dövrləri xatırlayır və onun əsasən mətbuat ilə arasını hər zaman yüksək səviyyədə tutmaq arzusunda olmasını bilir. Əfşar Süleymani səfir olduğu zaman və sonrakı müddətdə də rəngli kimliyi və bəzi addımları ilə mətbuatın diqqətini cəlb etmişdi. Yəni, o, Azərbaycan mətbuatında digər İran səfirlərinə nisbətdə “daha populyar” idi. Bu baxımdan, məhz Süleymaninin imzası ilə belə bir yazının yazılması və tirajlanması diqqəti cəlb edə bilərdi. Ortadakı məqsədə gəlməmişdən öncə, vurğulamaq yerinə düşər ki, Süleymaninin birdən-birə Zəngəzur məsələsinə müraciət etməsi də qaranlıq mətləbdir - çünki keçmiş səfir son illərdə daha çox sosial şəbəkə qruplarında Azərbaycanla bağlı dediyi əsassız fikirləri ilə yadda qalmışdı. Bu baxımdan, onun birdən-birə Azərbaycan, Türkiyə maraqlarından çıxış etməsi ortaya mühüm suallar çıxarmışdı. Ta ki...
İran “dözümlülük dərəcəsi”ni nümayiş etdirir...
Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hadisəsi ilə bağlı cəmiyyət arasında müzakirə obyekti olan versiyalardan biri də məhz İran versiyasıdır və bu gizli deyil. Sosial şəbəkələrin fərqli seqmetlərində bununla bağlı fikirlər səsləndirilir. Hətta onun İranın əleyhinə irəli sürdüyü əsaslı arqumentlərin də bu terrorda rolunun ola bilmə ehtimalları dəyərləndirilir...
Əfşar Süleymaninin “anti-İran mövqeyinin” səbəbi də məhz bu məqamda zühur edib ortaya çıxır. İranın tən ortasında oturub molla rejiminin apardığı dövlət siyasətini hədəfə almaq, açıq dillə tənqid etmək, hətta yararsız olduğunu “sübut etmək” Süleymaninin cəsarətindən çox qurulan plandan xəbər verir. Bir daha xüsusi olaraq vurğulayaq ki, seçimin məhz Əfşar Süleymani olması da diqqəti cəlb etmək üçün idi. Başqa sözlə, İran hakimiyyəti sübut etməyə çalışır ki, hətta öz dövlətinin diplomatı belə aparılan siyasətə əks fikir “səsləndirə bilər”. Elədirsə, aylardır insanları zindanlarda çürüdən, asan, kəsən, təqib edən İran rejimi niyə onlara qarşı bu qədər “tolerant” davranmadı. Və ya molla rejiminin tolerantlığı yalnız Əfşar Süleymaniyə şamil olunurmu? Təbii ki, yox. Ortada olan əsas mahiyyət fərqlidir. Qeyd edildiyi kimi, İran hakimiyyəti Əfşar Süleymaninin əli ilə özünün “dözümlülük” dərəcəsini nümayiş etdirir. Amma buna nə qədər nail oldu, bu hələ bəlli deyil...
MƏNSUR
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
