Yenidən doğulmaq...
28.04.2023 [09:50]
Zərifə Əliyeva - 100
Günel ABBASOVA
Həyatın normal qanunlarından biri insan övladının doğulub, müəyyən bir həyat yaşayıb sonra bu dünyadan köçməsidir. Yəni, əvvəlcə doğulub, sonra ölürsən. Doğum və ölüm tarixləri də buna uyğun olaraq ardıcıl gəlir. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın həyat yolu qədər doğum və ölüm tarixləri arasında möcüzəvi bir əlaqə var - doğulduğu və həyatdan köçdüyü tarixlər eyni aya təsadüf edir. Ona görə möcüzəvi adlandırıram ki, burada sanki dünyanın bütün nizamı pozulub. Necə? Biz bu ay əvvəlcə Zərifə xanımın anım gününü qeyd etdik. İndi - təxminən bir həftə sonra onun doğum gününü qeyd edirik. Bu o deməkdir ki, bəzi insanlar həyatdan köçsə də, “yenidən doğula bilirlər”. Bəziləri işıldayan gözlərdə, bəziləri şeirlərdə, bəziləri nəğmələrdə doğularaq insanların həyatına işıq saçır...
Ümumiyyətlə, zaman keçdikcə olduqca vacib və əhəmiyyətli bir şeyi xatırlayanda, çox vaxt sondan başlamalı olursan. Bu yazını hazırlayanda xatirələri çox araşdırmalı oldum. Qərara gəldim ki, Zərifə xanım haqqında xatirələr o qədər canlıdır ki, ölümü belə yaxına buraxmır. Yəqin ki, bu hissləri başqaları da yaşayıb...
Mən həmişə belə hesab etmişəm ki, (bəlkə də çoxları mənimlə razı deyil), faydalı ictimai fəaliyyət üçün də istedad lazımdır. Necə ki, cərraha, riyaziyyatçıya, dövlət xadiminə istedad gərəkdir. Zərifə xanımda belə bir istedad var idi. Odur ki, ona üz tutan insanlarla asanlıqla dil tapa bilərdi. Bu xüsusiyyət yalnız istedadı və güclü hissiyyatı olan adamlara məxsusdur.
O, tibb elmi sahəsində elə bir tədqiqatlar aparırdı ki, burada vəziyyət bir qədər təzadlı şəkil almışdı. Əmək heç də mücərrəd şey deyil, hər şeydən əvvəl fabriklərdə, zavodlarda, tarlalarda, laboratoriyalarda, dəzgah arxasında iş deməkdir. Əmək insanı yaratmaqla yanaşı, istehsalçı üçün xüsusi həyat şəraiti də yaradıb. Odur ki, insanın sağlamlığı ilə hesablaşmamaq olmaz. Və ən nəhayət, insan öz iş yerində şüurlu həyatının üçdə birini keçirir. Bizim zəmanədə işçinin bütün gücü ilə fəaliyyət göstərməsi üçün görmə qabiliyyətinin vəziyyətindən çox şey asılıdır və müasir cəmiyyətdə görmə qabiliyyətinin yaxşılaşdırılmasına tələbat günü-gündən artır. Bununla yanaşı, həmin mövzuya həsr olunmuş fundamental elmi əsərlər yox idi, yalnız ayrı-ayrı elmi fraqmentlər mövcud idi. Üstəlik onlar da vahid elmi sistem halında toplanmamışdı. Zərifə xanım kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını, bilik və bacarığını olduqca çətin, mürəkkəb və xeyirxah, eyni zamanda, heç də həmişə layiqincə qiymətini almayan bir sahənin xidmətlərinə sərf edəsən.
Sonda bir tarixi haşiyə çıxmaq istərdim. Ölkələrin birində dövlət başçısı seçmək lazım gəlir. Bir çox mübahisələrdən və müzakirələrdən sonra üç namizəd qalır. Uzun müddət onların heç biri səslərin çoxunu toplaya bilmir. Bu zaman el ağsaqqalı üzünü toplaşanlara tutub deyir: “Bunlardan biri Ağıllıdır, biri Qüdrətlidir, biri də Xeyirxah! İndi özünüz seçin! “ Hamı Xeyirxaha səs verir. Bu mənada Zərifə xanım Əliyeva haqqında fikirlərimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: o həm Xeyirxah , həm Ağıllı , həm də Qüdrətli idi!
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

