Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Danışıqlarda yeni mərhələ...

Danışıqlarda yeni mərhələ...

03.05.2023 [10:00]

Vaşinqton görüşü Cənubi Qafqaza davamlı sülhü gətirə biləcəkmi?

Xəbər verildiyi kimi, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. Görüşdə məqsəd sülh gündəliyi ilə bağlı müzakirələrin aparılmasıdır. Bununla bağlı ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. “Bu həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yeni Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində sülh danışıqlarına ev sahibliyi edirik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, - deyə o qeyd edib.

ABŞ mühüm perspektivlər yaratmağa çalışır...

ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxlaması, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlar təqdirəlayiqdir. Bu hal, eyni zamanda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda da diqqət mərkəzində olduğunu deməyə əsas verir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, qeyd olunduğu kimi, sülh gündəliyi Qərbin, əsasən da ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları və addımları da təsdiqləyir.

Azərbaycanın yaratdığı reallıqlar göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın  tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın formalaşdırmağa çalışdığı əməkdaşlıq platformalarının mühüm nəticələrini indidən görür desək, yanılmarıq. Bunun nəticəsidir ki,  Ağ ev iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaratmağa çalışır.

ABŞ inanır...

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib ki, ABŞ Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə nail olmaq istəyir: “Buna görə bu həftə danışıqları asanlaşdırmaq məqsədilə Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməkdən məmnunuq”.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır: “Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu, onun dərindən məşğul olduğu şeydir. Burada ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da fəal iştirak edir. Biz buna diqqət yetirməyə davam edəcəyik. Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq. Nəticədə, bunun necə olacağı iki ölkənin verəcəyi qərardan asılıdır. Son nəticədə biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Biz Cənubi Qafqaz regionunda iki ölkə arasında sülh və sabitliyin əldə olunması yollarını axtarırıq”.

Azərbaycanın mövqeyi ədalətə və beynəlxalq hüquqa əsaslanır

Rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, yəni, sülh prosesinin Brüssel gündəliyi üzərindən inkişaf etdirilməsində maraqlı olduğunu hər zaman bəyan edib. Ümumiyyətlə, davam edən danışıqlar prosesində Brüssel xətti xüsusi olaraq diqqəti cəlb edir - 2021-ci ilin dekabrından başlayan bu sülh gündəliyi bir neçə istiqamətdə mühüm nüansları özündə əks etdirmişdi. Məsələn, Brüssel danışıqlarında müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Xatırladaq ki, bu 5 təməl prinsip imzalanacaq sülhün əsas istinadgahıdır - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktlorlar daxildir. Bundan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır.

Ermənistan sülhü qəbul etməlidir...

Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Azərbaycanın nümayiş etdirdiyi humanist mövqe məhz bu tezisə əsaslanır. Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviter səhifəsində paylaşımında bildirib ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb.

Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Beləliklə, Paşinyan sülh prosesinin dördüncü mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Ermənistanın yeni manipulyasiyaları, bəzi revanşist qruplaşmaların müharibə “anonsları” isə onlara baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. 

Aparılan danışıqların vasitəçiləri sülh gündəliyini Azərbaycanın mövqeyi ilə uzlaşdırır. Ermənistana isə sonda bu qərara imza atmaq düşəcək. Rəsmi İrəvan nə qədər çalışsa da, başqa yolu yoxdur - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Bu amil həm də onu deməyə əsas verir ki, regionla bağlı veriləcək qərarlarda, atılacaq addımlarda Azərbaycanın rəyi əsas götürülür - Ermənistan da bunu qəbul edir və etməlidir də. Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində də bildirmişdi ki,  Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib: “Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31