ABŞ-dan sülh prosesinə növbəti dəstək
01.06.2023 [10:00]
“Cənubi Qafqazda sülhə nail olmaq mümkündür”
Nardar BAYRAMLI
Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması beynəlxalq birliyin xüsusi diqqət mərkəzindədir. May ayı ərazində bu istiqamətdə diplomatik fəallıq xeyli dərəcədə gücləndi. 1-4 may tarixlərində ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin sülh sazişi üzrə danışıqları baş tutdu. Nazirlər mayın 19-da Rusiyanın paytaxtı Moskvada da görüşdülər. Azərbaycan və Ermənistanın liderləri isə mayın 14-də Brüsseldə, mayın 25-də Moskvada görüş keçirdilər. Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ prosesdə öz vasitəçiliyi ilə yanaşı, bu yöndə digər beynəlxalq təşəbbüsləri də təqdir edir. Rəsmi Vaşinqton liderlərin sonuncu Brüssel və Moskva görüşündə də bunu bəyan etmişdi.
Eləcə də liderlərin Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsindəki görüşü ərəfəsində də ABŞ həmin mövqeyini bir daha təsdiqləyib. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yaydığı bəyanatda Ermənistan və Azərbaycan liderlərinin Kişineu avropalı tərəfdaşları ilə birgə görüşünə dəstək ifadə olunur: “Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq. ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Ümumiyyətlə, ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb. Aprelin 17-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri, həmin gün XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı, aprelin 20-də Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun, mayın 24-də isə Lui Bonun yenidən ölkəmizə səfəri də bunu təsdiqləyir. Son vaxtlar ərzində ABŞ Dövlət Departamentinin yüksək rəsmi şəxslərinin regionumuzla təmasları, eləcə də dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngləri və apardıqları danışıqlar Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduğunu göstərir.
Məhz ABŞ-ın fəallığının nəticəsidir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri 1-4 may tarixlərində Vaşinqtonda görüşüblər. Həmin görüşdə sülh sazişi ilə bağlı müəyyən razılaşmalar olsa da, tərəflər arasında fikir ayrılıqlarına səbəb olan bəzi məqamlar hələ də qalmaqdadır. Xatırladaq ki, bununla da sülh sazişi ilə bağlı danışıqların üç raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqi oldu.
İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin mətbuat katibi Millerin yaydığı son bəyanat da Birləşmiş Ştatların Cənubi Qafqazda tezliklə sülhün təmin olunmasında maraqlı olduğunu bir daha təsdiqləyir. Sülhün əldə olunmasına ən böyük əngəl isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ona görə də, ABŞ və tərəfdaşları bölgədə sülhün təmin olunması üçün rəsmi İrəvana təzyiqlər etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

