Region yeni ekoloji təhlükə qarşısında
08.06.2023 [10:20]
Bu günlərdə Ermənistan mətbuatı Arazdəyəndə xarici sərmayə ilə böyük metallurgiya zavodunun inşası ilə bağlı məlumat yayıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan danışıb. Onun məlumatına əsasən, müəssisənin qurulmasına 70 milyon dollar invesstisiya yönəldiləcək. Zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. Burada ildə 180 min ton məhsul istehsalı nəzərdə tutulur.
Xoş niyyətə əsaslanmayan qonşuluq siyasəti
Azərbaycanlılar hamıdan yaxşı bilirlər ki, ermənilərin qonşuluğu heç də xoş niyyətə əsaslanmır. Regiona ayrı-ayrı imperiya mərkəzlərinin maraqlarının təmin olunması məqsədilə köçürülən ermənilər sonradan burada sözün əsl mənasında “özümə yer edim, gör sənə nə edirəm” prinsipindən çıxış etməklə bu yerlərin aboregen sakinləri olan azərbaycanlılarla düşmənçilik etməyə, onları indiki Ermənistan ərazisindən sıxışdırıb çıxarmağa başlayıblar. Ötən yüzillikdə azərbaycanlılar Ermənistanda bir neçə dəfə deportasiyaya məruz qalaraq İrəvandan, Qərbi Zəngəzurdan və digər tarixi torpaqlarımızdan çıxarılıblar. Sonuncu belə deportasiya ötən əsrin səksəninci illərinin sonlarında baş verib. Hazırda bu ölkə dünyanın monoetnik tərkibə malik azsaylı dövlətlərindən biridir.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində isə Ermənistan havadarlarının dəstəyi ilə müstəqil Azərbaycanın ərazilərinin 20 faizini işğal altına aldı. Bu ərazilərin 1 milyondan artıq sakini məcburi köçkün vəziyyətinə düşdü. Ermənilər işğal illərində öz nəzarətlərində saxladıqları ərazilərimizdə miqyası ölçüyəgəlməz dərəcədə böyük olan vandalizm əməlləri törədiblər, tarixi mədəni-dini irsimizi dağıdıblar.
Azərbaycan Ermənistanın pis qonşuluq siyasətindən əziyyət çəkən yeganə ölkə deyil. Pis qonşu olan Ermənistan Türkiyəyə də ərazi iddiaları sərgiləyir. Eyni zamanda, bu ölkədə Gürcüstanın Cavaxetiya adlanan bölgəsi ilə bağlı sərsəm iddialar da çox tez-tez gündəmə gəlir.
Ermənistanın öz ərazisində metallurgiya zavodunun tikintisinə qərar verməsi bu ölkənin xoş olmayan niyyətə əsaslanan xəbis qonşuluq siyasəti aparmasının daha bir təzahürüdür. Söhbət ondan gedir ki, son 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan, bütövlükdə, regionu müharibə riskləri ilə üz-üzə qoyan Ermənistan iri metallurgiya zavodunu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Yerasx adlandırılan bölgədə inşa edilməsinə qərar verib. İlk növbədə onu xatırladaq ki, bu yerlərin tarixi adı Arazdəyən olub. Arazdəyən İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda bir kənd idi. Adından da göründüyü kimi, Araz çayının sahilində yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib və Yerasx adlandırılıb. Erməni əhali buraya 1897-ci ildə köçürülüb.
Əlbəttə, hər bir ölkənin öz ərazisində hansısa bir təyinatlı müəssisə qurmaq hüququ var. Ancaq həmin müəssisənin fəaliyyətinin digər ölkənin ərazisinə təsir ehtimalları varsa, burada mütləq qaydada ortaq məxrəc tapılmalı və qarşılıqlı razılaşma əldə olunmalıdır. Yeri gəlmişkən, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etmək istəyinə münasibət bildirib. R.Səttarzadə KİV-ə açıqlamasında belə fəaliyyətlər zamanı əməl edilməsi zəruri olan beynəlxalq prinsiplərə diqqət çəkib. O qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə də yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.
Həyəcan təbili: Ermənistan dayandırılmalıdır
Ermənistanın xarici sərmayə cəlb etməklə Azərbaycan və Türkiyə sərhədlərinin yaxınlığında iri metallurgiya zavodunun inşasına qərar verməsi ekoloji nöqteyi-nəzərdən də həyəcan təbili çalmağa əsas verir. Narahatlığa əsas yaradan səbəblər çoxdur. Metallurgiya müəssisələri bir qayda olaraq zərərli istehsalatlar sırasına daxil edilir. Mütəxəssislər bildirirlər ki, bu qəbildən olan istehsalatların fəaliyyətinin nəticəsi olaraq bir sıra toksik tullantlar yaranır. İstehsal prosesində zəruri qaydada işlədilən çirkab sularında sulfidlər, cürbəcür nitratlar, siyanidlər olur. Əgər Ermənistan əlvan metallar istehsal edəcəksə, məsələn, arsen, civə kimi tullantılar meydana gələcək. İstehsalatdan çıxan və tərkibi zərərli maddələrlə yüklənmiş çirkab sularının axıdılacağı yeganə ünvan isə heç şübhəsiz ki, Araz çayı olacaq.
Ermənistan tərəfindən uzun illər ərzində Qafan, Qacaran, Dastakert kimi mədən ərazilərində qızıl, mis və digər əlvan metalların istehsalı zamanı Arazın qollarını təşkil edən ayrı-ayrı çaylara çoxlu miqdarda toksik maddələr axıdılıb. İşğal illərində Oxçuçayın hansı səviyyədə çirkləndirildiyini xatırlayaq. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Azərbaycan ərazisinə yönləndirilir. Oxçuçayın suyu Araz çayına tökülür. Beləliklə, Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan 2021-ci ildə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.
Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır. Mənfur düşmən torpaqlarımızı işğal altına aldıqdan sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb.
Ermənistanın fiziki və mənəvi cəhətdən köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının ömrünü uzatmaq planları da bu ölkənin beynəlxalq hüquqa, o cümlədən də ekoloji hüquq normalarına məhəl qoymamasını açıq şəkildə təzahür etdirir. Azərbaycan məsələ ilə bağlı Espo Konvensiyasının İcraiyyə Komitəsi qarşısında Ermənistana qarşı iddia irəli sürüb. Həmin komitə tərəfindən Ermənistanda yeni nüvə reaktorunun inşası planları ilə əlaqədar Ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində Azərbaycanın iştirakının təmin edilməməsi səbəbindən bu ölkənin Espo Konversiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılıb.
Belə çıxır ki, Metsamorun ömrünün uzadılması və burada yeni nüvə reaktorunun inşası ilə bağlı planlarına beynəlxalq qurumlar tərəfində “yox” deyilməsi Ermənistanı düz yola çəkə bilməyib. Metsamorla bağlı arzuları daşa dəyən ermənilər indi də qonşu dövlətlərin sərhədləri yaxınlığında ekoloji nöqteyi-nəzərdən zərərli istehsalat yaratmaq həvəsinə düşüb. Qonşu dövlətlər, beynəlxalq təşkilalar buna imkan verəcəklərmi? Regionda ekoloji terror mənbəyinə çevrilən ölkəyə birdəfəlik “dur” demək vaxtı çatıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

