Söyüdlü insidentinin "şifrəsi"
23.06.2023 [13:18]
Başqa dövlətin zavodu...
Son günlər Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlər ictimaiyyətin diqqətindədir. Mövzu ilə bağlı dövlət səviyyəsində Komissiya yaradılıb və araşdırmalara başlanılıb. Amma baş verənlərə diqqət yetirdikdə bunun "səmimi etiraz" olmadığı ilk baxışdan ortaya çıxır. Birincisi, məsələyə ilk dəqiqlərdəncə radikal müxalifətin nəzarətində olan internet kanallarının olduqca yüksək səviyyədə maraq göstərməsi, bu internet televiziyalarının kameralarının Söyüdlüdə peyda olması müəyyən şübhələrə yol açır. Hətta "etiraz" vaxtı bir neçə rakursdan çəkilişlər aparılması, onun təşkili də situasiyanın fors-major olmadığını müəyyən mənada sübuta yetirir. Eyni zamanda, "iki daşın arasında" rəngli "etiraz plakatlarının" hazırlanaraq Söyüdlüyə "çatdırılması" da xüsusi maraq kəsb edən amillərdəndir...
Amma "Söyüdlü insidentinin şifrəsi" elə radikal müxalifətin nəzarətində olan Meydan TV-nin yaydığı videoda "gizlənir". "Gədəbəydə süni göl etirazı" başlığı ilə yayımlanan videoda "çıxış edən" yaşlı qadın - Ələkbərova Zərqələm Həsən qızı məhz altdan-altdan Meydan TV-nin kamerasına baxa-baxa bildirir ki, "Söyüdlü kəndi blokadadır. Prezident İlham Əliyev deyir ki, başqa dövlətlərin zavodunun iysi gələr, Azərbaycanı qırar. Öz zavodumuzun iysi bizi qırmazmı?".
Bu frazada çox şey yatır – birincisi, bu "blokada" sözü son dövrlərdə məhz Ermənistanın Laçın yolu ilə bağlı işlətdiyi "ən sevimli kəlmədir". Ən əsas məsələ isə, Z. Ələkbərovanın dediyi "başqa dövlətin zavodu" məsələsidir. Məlumat üçün bildirək ki, son günlər Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşası ilə bağlı layihəsinə qarşı ölkəmizdə ciddi və haqlı etirazlar səsləndirilir. Yaradılacaq bu müəssisə ekoloji terrora yol açır. Müəssisə həm Azərbaycanın, həm də Ermənistanın imzaladığı Espo Konvensiyasına zidd sayılır. Konvensiyanın müddəalarında sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə ikitərəfli razılığın əldə olunması üzrə müvafiq bənd var. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ölkəmizin ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb. Nazirliklə yanaşı, ekoloji yönümlü QHT-lər də məsələ ilə bağlı etiraz səslərini ucaldıblar – bəyanat qəbul ediblər. Bəyanatda QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisinə, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıblar.
Bəli... Gədəbəyin Söyüdlü kəndində baş verənlərin əsas şifrəsi üzə çıxır – dağ kəndində yaşayan və özünün dediyi kimi 72 yaşı olan bu qadının "vurğuladığı» nüansın "hazırlıq prosesi" məhsulu olduğu bariz şəkildə ortadadır. Demək ki... Bu, heç də iddia edildiyi qədər "səmimi etiraz" deyilmiş...
Mənsur
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

