/ / Türkiyənin "EkoAvrasiya" internet saytında Prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqqında məqalə dərc olunub
Türkiyənin "EkoAvrasiya" internet saytında Prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqqında məqalə dərc olunub
16.09.2011 [10:30]
“İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasəti” başlıqlı məqalədə bildirilir ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi geostrateji baxımdan yeni dünya xəritəsində böyük önəm daşıyır. Zəngin karbohidrogen ehtiyatları, əlverilşli coğrafi mövqe bütün dünyanın diqqətini bu regiona cəlb edib. Belə bir şəraitdə, habelə Ermənistanın işğalçı siyasəti fonunda düşünülmüş xarici siyasət Azərbaycan üçün çox mühümdür. Müstəqilliyinin ilk illərində burulğana düşmüş xarici siyasət kursu 1993-cü ilin yayından başlayaraq balanslaşdırılmış bir istiqamətə yönəlib. Bu, təcrübəli siyasət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət xəttini uğurla davam etdirib, mövcud beynəlxalq vəziyyətə uyğun olaraq ona yeni nüanslar əlavə edib.
Balanslaşdırılmış xarici siyasətin əsas meyarlarının Azərbaycan dövlətinin bütün ölkələrlə sülh şəraitində yaşaması, problemlərin dinc yolla həlli, başqa dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və beynəlxalq təşkilatlarda təmsil olunması olduğu vurğulanan məqalədə qeyd edilir ki, rəsmi Bakı regional və beynəlxalq əlaqələrdə aşağıdakı prinsiplər üzrə hərəkət edəcəyini müəyyənləşdirib. Bunlar, dövlətlərin qarşılıqlı surətdə bir-birinin müstəqilliyinə, siyasi, sosial və iqtisadi inkişaf strategiyasına hörmətlə yanaşılması; dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsinə, müstəqilliklərinin təhlükə altında olmasına izn verilməməsi, bununla bağlı meydana çıxan problemlərin sülh yolu ilə həll olunması; ikitərəfli sazişlərdə nəzərdə tutulan beynəlxalq hüquq normalarına əməl olunması; terror və dövlətlərin təhlükəsizliyini təhdid edən digər amillərə qarşı birgə mübarizə aparılması; qlobal problemlərin həllində birgə səylər göstərilməsidir.
Müəllif qeyd edib ki, dövlət başçısı İlham Əliyev istər seçkilər zamanı və andiçmə mərasimində, istərsə də vəzifəsinin icrasına başladıqdan sonrakı dövrdə bütün bəyanatlarında Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini söyləyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, ölkə beynəlxalq arenada layiq olduğu mövqeyə çatıb, nüfuzunu artırıb, regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə və onun milli maraqlarına uyğun şəkildə reallaşdırılıb. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri qlobal və regional formatda əməkdaşlığın genişləndirilməsi və dövlətlərin daxili işlərinə qətiyyən müdaxilə edilməməsi olub.
2007-ci il mayın 23-də qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan Şərq və Qərbin birləşdiyi coğrafiyada yerləşən, Avropanın təməl dəyərlərini bölüşən və Avratlantik təhlükəsizlik strategiyasının ayrılmaz hissəsi, eyni zamanda, islam dünyasının bir parçası olan ölkə kimi dəyərləndirilib.
Məqalədə İlham Əliyevin xarici siyasətinin çoxşaxəliliyini göstərən mühüm amillərdən birinin də onun səfər etdiyi ölkələr olduğu bildirilir. Yalnız iqtidara gəldiyi ilk iki il müddətində Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrə səfər etmiş, bütün danışıqlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və bu problemin həllini ön planda tutub. Prezident İlham Əliyev dəfələlərlə müxtəlif kürsülərdən vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, lakin bu bir nəticə verməzsə, digər yollar da istisna olunmur.
Məqalədə İlham Əliyevin prezidentliyi dövründə Türkiyə-Azərbaycan əlaqələrinin də xarici siyasətin prioritet istiqamətlərindən olduğu qeyd edilir. İki qardaş ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılmış, müxtəlis sahələrdə əməkdaşlıq daha da möhkəmlənib, nəhəng beynəlxalq layihələrə yeniləri əlavə olunub. Bununla yanaşı, türk dünyasının birliyi və diaspor təşkilatları arasında əməkdaşlıq da güclənib.
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

