Zəngəzur dəhlizi hansı planları pozdu?
10.08.2023 [11:15]
Ekoterrora yol açan zavodun tikintisi dayandırıldı
Ermənistan geri çəkildi
Xəbər verildiyi kimi, Ermənistanın Azərbaycanla sərhəddə tikintisini apardığı metallurgiya zavodu tezliklə başqa əraziyə köçürülə bilər. Bu barədə “Sputnik Armeniya” məlumatlı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, hökumət
Azərbaycanın narazılığına səbəb olan zavodu Ararat şəhəri ilə bitişik əraziyə köçürmək istəyir. Zavod rəhbərliyi məlumatı təkzib və ya təsdiq etməkdən imtina edib.
Azərbaycanın qəti mövqeyi...
Qeyd edək ki, Ermənistanın regional ekoloji tarazlığı pozamağa yönəlik addımı sayılan bu zavod 16500 kvadratmetr sahədə tikilirdi. İllik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz isə fauna və floraya ciddi təsir göstərəcəkdi. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayacağı təqdirdə, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə yol açacaqdı.
Bu zavodun tikilməsi həm də beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edirdi. Azərbaycan dövləti bütün bunları əsas gətirərək Ermənistandan zavodun tikintisini dayandırmağı tələb etmişdi. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın ətraf mühit nazirinə məktub ünvanlanmışdı. Məktubda bildirilirdi ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb. Vurğulanırdı ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır.
Vətəndaş cəmiyyətinin haqlı etirazı...
Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin, təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almayıb. Qeyd edilirdi ki, bütün bunları nəzərə alaraq, Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir.
Bundan başqa, Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanıb, bu bəyanat bir çox beynəlxalq QHT-lər tərəfindən də dəstəklənib.
Göründüyü kimi, Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı etirazı, qətiyyətli mövqeyi Ermənistanın beynəlxalq konvensiyalara əməl etməsinə yol açır. Beynəlxalq ictimaiyyət növbəti dəfə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üz-üzədir. Rəsmi İrəvan regionda terror təhdidi yaratdığı kimi ekoloji terror aparmaqda da davam edirdi - zavodun köçürülməsi ilə bağlı qərar beynəlxalq təzyiqin ortaya çıxardığı nəticədir.
Zəngəzur dəhlizinin açılması...
Bununla yanaşı, Ermənistanın zavod tikintisini dayandırmaq məcburiyyətində qalması bir həqiqəti də ortaya çıxarır - Zəngəzur dəhlizinin açılması bu məsələdə əsas rol oynaya bilər. Belə ki, adıçəkilən ərazi Zəngəzur dəhlizinin keçəcəyi trayektoriyaya yaxındır. Bu mənada qlobal bir layihəyə çevrilmək ehtimalı böyük olan dəhlizin yaxınlığında bu kimi ekologiyaya mənfi təsir edən zavodun tikilişi düz olmazdı. Həm də, bu zavodun tikilməsi üçün maliyyənin ABŞ şirkətlərindən birinin ödəməsi də məsələdə mühüm rola malik ola bilər. Belə ki, ABŞ hər zaman Azərbaycanın yeni iqtisadi münasibətlər sistemindəki yerini yüksək dəyərləndirir. Ölkəmizin Orta Dəhlizin inkişafına verdiyi töhfələri qiymətləndirir. Bir müddət öncə, ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman bildirmişdi ki, ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq: “ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”.
ABŞ rəsmisinin bu fikirlərini Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonun rəyi kimi də dəyərləndirmək mümkündür. Belə ki, Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm stansiyalarından sayılır. Vurğulanmalıdır ki, Orta Dəhliz marşrutunun məhz Zəngəzur dəhlizi boyunca davam etməsi, Avropaya uzanması ən rentabelli və gəlirli marşrut sayılır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Beləliklə, ABŞ-ın bu məsələdəki mövqeyi qarşıdakı perspektiv üçün mühüm imkanlar yaradır. Çünki Orta dəhliz layihəsi qarşıdakı zaman kəsiyində dünyanın ən işlək iqtisadi damarı rolunu oynayacaq.
Bu mənada, beynəlxalq güclərin, o cümlədən ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərdiyi səylər göz önündədir. Təbii ki, sülhün imzalanması nəinki regiona yeni iqtisadi-siyasi mənzərə bəxş edəcək. O cümlədən dünyanın yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına yeni nəfəs gətirəcək.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

