Qondarma rejimin “maliyyə qutusu”...
26.08.2023 [11:05]
Ərazi bütövlüyümüzü tanıdığını bəyan edən İrəvan separatçılara niyə yardım edir?
Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda sülhün bərqərar olmasına maneçilik törətməsi ilə yanaşı, təhlükəsizliyə də təhdid yaradır. İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması, bəzi hallarda isə pozulması da məhz rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyi, daha doğrusu, bu ölkənin ikiüzlü siyasət yürütməyə çalışması ilə əlaqədardır. Onlar bu kimi məkrli addımlarla nələrəsə nail ola biləcəklərini düşünürlər. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən, Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıyan Ermənistan digər tərəfdən təxribatlarını davam etdirir. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan İrəvan nəticədə nəinki üzərinə götürdüyü öhdəliklərə riayət etmir, hətta verdiyi sözü belə danır. Məsələn, Laçın dövlət sərhəd-buraxılış məntəqəsi ilə bağlı BMT TŞ-da müzakirələrin başladılması bəhanəsi də məhz Ermənistanın ikiüzlü siyasətinin bariz sübutlarından idi. Əldə edilən razılaşmaya əsasən Azərbaycan torpaqlarından çıxmalı olan erməni silahlı birləşmələrini geri çəkmək yerinə silahlı təxribatlara əl atan, ərazi bütövlüyümüzü tanıdığını bəyan etməyin fonunda qondarma rejimə “kömək etməyə çalışan” Ermənistan bununla danışıqlar prosesində də qeyri-müəyyənlik yaradır. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.
İrəvanın yeni “oyunu”...
Yeri gəlmişkən, rəsmi İrəvan yeni təxribatı ilə gündəmə gəlib. Belə ki, Ermənistan hökuməti Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq rejimə “müharibədən sonrakı dövrdə yaranmış sosial gərginliyin azaldılmasına yönəlmiş əlavə maliyyələşmə üçün” dövlət büdcəsindən 4 milyard dram məbləğində dövlətlərarası kredit verməyi planlaşdırır. Erməni mediasının xəbərinə görə, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.
Göründüyü kimi, bu qərar bütövlükdə prosesə vurulan böyük bir zərbədir. BMT TŞ məğlubiyyətini “həzm edə bilməyən” ermənilər bu kimi sərsəm addımları ilə özlərini çətin vəziyyətə sürükləyirlər. Son 4 ayda bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan edən, Qarabağı suveren Azərbaycan torpağı kimi qəbul edən Ermənistanın bu addımı sözünə dönük çıxmaqdır. Bunun nəticəsi isə ağır ola bilər...
Təxribatlar dayandırılmalıdır...
Bəli, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən, qarşılığında qondarma rejimə “kömək əli uzatmaqla” yenidən prosesləri dalana aparan Ermənistan hələ də müəyyən “qaranlıq məsələlərə” ümid edir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döymək”lə yanaşı, Azərbaycana qarşı çirkin oyunlar oynamağa niyyətlənir. Təbii ki, İrəvan bu kimi addımlarında bəzi regionda marağı olan ölkələrin dəstəyinə “ümid” bağlayır. Amma unudur ki, Azərbaycan bütün platformalarda İrəvanın qondarma iddialarının ifşası ilə bağlı situasiya formalaşdırıb - bunun ən real görüntüsü isə BMT TŞ müzakirələri idi. Təbii ki, hər zaman olduğu kimi onların bu cəhdləri də fiasko ilə nəticələnəcək - artıq Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycana qarşı təxribatlarını dayandırmalıdır.
Ermənistan qaranlıq fikirləri ilə...
Ermənistanın bu kimi qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodlarla regionda qarışıqlığın davam etməsinə şərait yaratmaqla Ermənistan özünə daha böyük pisliyi etmiş olur. Çünki Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir - Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir iddia mümkünsüzdür. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bunu həm Ermənistan, həm onun havadarları, həm də qondarma rejim nümayəndələri birmənalı şəkildə dərk etməlidir. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı quruma “yardımları” da fiaskoya məhkumdur - Azərbaycanın daxili işi olan Qarabağa hər hansı bir dövlətin müdaxiləsi yolverilməz və qəbulolunmazdır.
Beynəlxalq sənədlərdə tanınan hüquq...
Əks halda, sülh tərəfdarı kimi çıxış edən Azərbaycan beynəlxalq sənədlərlə nizamlanan hüquqlarından istifadə edə bilər. Sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

