Azərbaycan-Türkiyə-İsrail üçtərəfli platforması reallığa çevrilməkdədir
16.09.2023 [11:23]
Nardar BAYRAMLI
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycan ikitərəfli münasibətlərlə yanaşı, üçtərəfli platformaların yaradılmasına da önəm verir. Artıq belə bir təcrübə mövcuddur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Özbəkistan platformaları buna nümunədir.
Azərbaycan yeni format təklif edir
Hazırda isə Azərbaycan - Türkiyə - İsrail üçtərəfli platformasının yaradılması gündəmə gəlib. Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib ki, Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir. “Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də, Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir”, - deyə Hikmət Hacıyev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da bu məsələdə öz rolunu oynamağa davam edəcək: “Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər”.
BMT Baş Assambleyasının sessiyasında...
Yeri gəlmişkən, Baş nazir Binyamin Netanyahu gələn həftə BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək və səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. Bu görüşdə Azərbaycan-Türkiyə-İsrail üçtərəfli platformasının müzakirə olunacağı da istisna deyil.
Azərbaycanın hər iki ölkə ilə geniş əlaqələri mövcuddur
Qeyd edək ki, Azərbaycan hər iki ölkə ilə geniş münasibətlərə malikdir. Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Qürurverici haldır ki, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Şuşa Bəyannaməsi isə münasibətlərimizin strateji müttəfiqlik zirvəsini özündə ehtiva edir. Başqa sözlə, dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.
Eləcə də, Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İki dövlətin dostluq və əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu il İsrail Prezidenti İshaq Hersoqun və digər rəsmi şəxslərin ölkəmizə səfərləri də bunu təsdiq edir.
Azərbaycanın vasitəçiliyi uğurla yekunlaşdı
Həm Türkiyə, həm də İsraillə yüksəksəviyyəli münasibətlər quran Azərbaycan, hər iki ölkənin bir-birinə yaxınlaşmasına da böyük səy göstərir. Bir neçə il bundan əvvəl İsraillə Türkiyə arasında yaşanan gərginliyi yada salaq. Bəzi güc mərkəzləri bu gərginliyi artırmağa çalışır və məqsədli şəkildə yanan odun üstünə yağ tökürdülər. Azərbaycan əsl dost kimi davrandı və böyük səylər ortaya qoymaqla Türkiyə ilə İsrail arasında münasibətlərin normal istiqamətə yönəlməsinə vəsilə oldu. Bu amil Azərbaycan Prezidenti İlham Əliyevin dünyada yüksək nüfuza sahib olduğunu bir daha təsdiqlədi. Bütün bunların fonunda BMT Baş Assambleyası çərçivəsində Netanyahu-Ərdoğan görüşü Azərbaycan-Türkiyə-İsrail üçtərəfli platformasının reallığa çevrilməsi ehtimalını xeyli gücləndirir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

