Çin ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
19.09.2023 [18:45]
Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çindao Şəhər Komitəsinin Daimi üzvü, Şəhər Komitəsinin Təşkilat Departamentinin rəisi Yuy Yuy ilə görüş keçirilib. Görüşdə Çindao şəhəri və onun sosial-iqtisadi inkişafı barədə məlumat verilib, şəhərin tranzit, nəqliyyat-logistika və turizm imkanları diqqətə çatdırılıb. Eyni zamanda, partiya quruculuğu, partiya üzvlərinin fəaliyyəti və gənc kadrların yetişdirilməsi məsələlərindən ətraflı bəhs olunub.
Çin ilə Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər münasibətlərin inkişafına təkan verir. Fəal siyasi dialoq şəraitində iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin önəmi diqqətə çatdırılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.
Sonra nümayəndə heyəti tərəfindən Çindao şəhərinin Çyanşan mikrorayonunun Şinan rayonunda Çin Kommunist Partiyasının üzvlərinə və əhaliyə xidmət mərkəzi ziyarət edilib, eyniadlı ərazi partiya təşkilatının fəaliyyəti ilə tanış olunub. Bildirilib ki, mərkəz partiya üzvlərinin və rayon əhalisinin sosial məsələlərinin həllinə dəstək olur, yaşlı insanların asudə vaxtının səmərəliliyini təmin etmək üçün müvafiq işlər görür, onlara sosial xidmətlər göstərir.
Nümayəndə heyətinin üzvləri “Hisense” dövlət şirkətini də ziyarət edib, onun istehsal və ixrac potensialı ilə tanış olublar.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çindao Limanına səfəri də təşkil edilib. Bildirilib ki, Şandun yarımadasınının cənub-şərqində yerləşən Çindao şəhəri bölgənin sənaye mərkəzidir və burada tekstil, yeyinti, maşınqayırma, texniki və elektroenergetika sahələri yüksək inkişaf edib. Diqqətə çatdırılıb ki, Çindao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bu liman qrupları Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahibdir.
Çin – Şanxay Əməkdaşlıq Təşkilatı regional ticarət-iqtisadi əməkdaşlıq pilot zonasını ziyarət edən YAP nümayəndə heyəti burada yerləşən Azərbaycan pavilyonunda olub. Pilot zona barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.
Bununla yanaşı, partiyanın nümayəndə heyəti Yelkənli İdman növü üzrə Çindao Olimpiya Mərkəzinə baxış keçirib.
Sentyabrın 19-da YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

