Sülh üçün yaranan yeni imkanlar
27.09.2023 [10:30]
Ermənistan bu şansdan istifadə etməlidir
M.ABDULLAYEV
Respublikamızın Qarabağ bölgəsində sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərindən sonra Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində iştirak edən vasitəçilərin fəallıqlarını artırdıqları müşahidə olunur. Bu ilin mayında Azərbaycan və Ermənistanın XİN rəhbərləri səviyyəsində görüş təşkil edən ABŞ yenidən danışıqların aktivləşməsinin tərəfdarı kimi çıxış edir. Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün bütün dəstəyini verməyə davam edir. “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük”, - deyə o qeyd edib.
ABŞ-ın proseslərdə fəal yer almaq istəyi
Qeyd edək ki, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində aktiv iştirak edən dövlətlərdən biri məhz ABŞ-dır. Bütövlükdə Azərbaycanla ABŞ arasında mühüm siyasi dialoq mühiti mövcuddur. Hər iki ölkənin rəhbərliyi arasında Cənubi Qafqazda sülhyaratma prosesi ilə bağlı mütəmadi müzakirələr aparılır. Deyə bilərik ki, bu mövzuda dövlətimizin başçısı ilə ABŞ rəhbərliyi arasında səmərəli diplomatik dialoq formalaşıb. Məsələn, ABŞ dövlət katibi Azərbaycan Prezidentinə sentyabrın 19-da zəng edib. Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı antiterror tədbirlərini keçirməkdə ölkəmizin məqsədinin nədən ibarət olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Müzakirələrdə bir sıra digər məsələlərlə yanaşı, Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyi bildirilib.
Azərbaycan sülh gündəliyinə sadiqdir
Azərbaycan bütövlükdə sülh çağırışlarını birmənalı şəkildə dəstəkləyir. Qalib ölkəmiz postmüharibə dövründə dəyişməz sülh gündəliyinə malikdir. Əslində, ölkəmizin müharibə başa çatandan sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün nümayiş etdirdiyi davranışların dünya tarixində analoqu yoxdur - o baxımdan ki, döyüş meydanında düşmən kapitulyasiya sənədini imzalamağa məcbur edən respublikamız qarşısına bundan hansısa imtiyazlar qazanmaq məqsədi qoymayıb. Təxminən 10 min kvadratkilometrdən çox ərazilərimizin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana yenə də sülh təklifləri göndəririk. Postmüharibə dövründə respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu paket hansısa subyektiv istəklər nəzərə alınmaqla hazırlanmayıb, əksinə orada sırf beynəlxalq normalara istinad olunub. Sənəddə beynəlxalq hüququn beş əsas prinsipi, xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması müddəaları öz əksini tapıb. Bunlar iki ölkə arasında sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi üçün baza prinsipləri kimi əsas götürülə bilər.
Biz təklif edirik ki...
Ötən üç ildə Azərbaycanın davamlı sülh təşəbbüslərinə məğlub Ermənistandan adekvat cavab gəlməyib. Əksinə, məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini dalana çəkməyə çalışıb. O cümlədən də Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Separatçı xunta rejiminin sərəncamında olan həmin qeyri-qanuni hərbi birləşmələr təxminən 10 minlik bir kontingenti əhatə edirdi. Ermənistana məxsus qeyri-qanuni silahlı birləşmələrin Qarabağ bölgəsində qalması sülh prosesinin irəliləməsinə mane olan əsas amillərdən biri idi.
Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi olaraq əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, artıq regionda yeni reallıqlar yaranıb. Respublikamızın şərtlərinə uyğun olaraq qəbul edilən razılaşmaya əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Beləliklə də, sülh prosesinin irəliləməsi üçün yeni imkanlar yaranıb və bu imkanlardan maksimum dərəcədə faydalanmaq lazımdır. Prezident İlham Əliyev 20 sentyabr 2023-cü il tarixində xalq etdiyi müraciətində ölkəmizin sülh istəyini bir daha qətiyyətlə ifadə edərək vurğulayıb: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

