Cənubi Qafqazda sülhün əldə edilməsi...
12.10.2023 [11:10]
Beynəlxalq aləm prosesi diqqətdə saxlayır
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsas da ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması prosesin diqqətlə izlənildiyini deməyə əsas verir.
Eyni zamanda, prosesdə maraqlı bir məqam da diqqətdən yayınmır - vasitəçi tərəflər hər bir kiçik nüansdan yararlanaraq bu marafonda önə çıxmağa çalışırlar. Təbii ki, Azərbaycan hər zaman səmimi və tərəfsiz vasitəçiliyi yüksək qiymətləndirib. Bununla belə, hazırkı qlobal şərtlər vasitəçi qismində iştirak edən tərəflərin - əsasən də Rusiya ilə ABŞ-ın qarşılıqlı “siyasi atmacalar”dan da istifadəsinə də zəmin yaradır. Bir sıra məqamlarda hətta rəqib və qarşı cəbhə kimi dəyərləndirilən tərəflər Cənubi Qafqazda sülhün və sabitliyin formalaşması üçün özünəməxsus töhfələr verməyə hazır olduqlarını bildirirlər. Bununla belə fürsət düşdükcə, qarşı tərəfə də mesaj göndərməkdən “qalmırlar”.
ABŞ-dan cavab...
Məsələn, bir neçə gün öncə, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində bildirmişdi ki, Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır. Lavrov qeyd etmişdi ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik səpməyə davam edir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır. Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur. “Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırıyır”, - deyə Lavrov qeyd etmişdir.
ABŞ tərəfi Rusiya rəsmisinin bu fikirlərinə münasibət bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib ki, Vaşinqtonun İrəvan-Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etməkdir. Miller vurğulayıb ki, ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsidir.
Miller onu da əlavə edib ki, ABŞ, həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.
Sülh üçün şərtlər...
Əslində, həm Rusiya, həm də ABŞ rəsmilərinin ifadə etdiyi məsələlər, başqa sözlə tənzimləmə prosesinin nəticələndirilməsi üçün detallar ortadadır. Müzakirə predmeti kimi seçilən və dayanıqlı sülhün söykənəcəyi baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın təklif etdiyi ədalət mənzərəsi bir daha aydın olur. Xatırladaq ki, bu prinsiplərə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktlorlar daxildir. Bundan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Nəzərə alsaq ki, tərəflər Alma-Ata bəyənnaməsi ilə artıq bir-birinin ərazi bütövlüyünü də tanıyıb, demək ki, bu istiqamətdə mühüm mərhələlər qət olunub.
Ermənistanın və himayədarlarının davranışları...
O da nəzərə alınmalıdır ki, iki ilə yaxındır davam edən normallaşma prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyi, bəzi hallarda isə Fransa kimi korporativ maraqların kənar müdaxilələridir. İrəvanın yürütdüyü siyasət, məsələlərə münasibəti, sığındığı “himayədarların mövqeləri” regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistanın fərqli fikirlərə düşməsində isə günahkarlar bəllidir. Bu kimi şərtlər və mənzərə isə isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Bunun da altında maraqlı məqamlar yatır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

