Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 1 şillə, 3 yumurta...

1 şillə, 3 yumurta...

27.10.2023 [11:05]

Makronun kəlləsinə “dördüncü dəfə” zərbə dəyib

Bu dəfə Misirdə...

Fransa prezidenti Emmanuel Makron yenidən “yumurta atəşi”nə tuş gəlib. Bu dəfə o, səfər etdiyi Misirdə naməlum şəxsin hücumuna məruz qalıb. Bu barədə görüntülər bir neçə gündür ki, sosial şəbəkələrdə yayılıb. İsrail səfərindən sonra Misirə “dönən” Makrona qarşı belə bir davranış sərgilənib. Fransa dövlət başçısına naməlum şəxs tərəfindən yumurta atılıb. Mühafizəçilər Makronu növbəti zərbədən qorumaq üçün tutublar. Digər yumurtalar həm Makronu, həm də mühafizəçiləri “bəzəyib”.

Montreydə yaşanan “ilk”...

Qeyd edək ki, bu “yumurta yağışı” Makronun ilk “hədiyyəsi” deyil. Hazırki Fransa prezidenti özünün siyasi həyatında bir neçə dəfə bu “hörmətə” layiq görülüb. Mətbuata ilk bəlli olan bu tip hadisə 2016-cı ilin iyununda baş vermişdi. Həmin vaxt prezident Ollandın iqtisadiyyat naziri vəzifəsini yerinə yetirən Emmanuel Makrona nümayişçilər yumurta atmışdılar. Bu insident Montrey şəhərində, nazirin Xalq cəbhəsi siyasi koalisiyasının 80 illiyinin şərəfinə buraxılan yeni poçt markasının təqdimatına gəldiyi zamanda baş vermişdi. Makron avtomobildən çıxanda həmkarların nümayəndələri “get” qışqıraraq nazirə tərəf yumurta atmışdılar. Həmin yumurtalardan da ən azından biri Makronun başına tuş gəlmişdi. Nümayişçilərin etirazının səbəbi isə həmin dövrdə hökumətin əmək qanunvericiliyinə planlaşdırdığı islahatla bağlı idi.

Drom “şilləsi”...

Makron prezidentliyinin 4-cü ilində daha dramatik anlar yaşamalı olmuşdu. Belə ki, 2021-ci ilin iyununda Drom rayonuna səfəri zamanı növbəti insident baş vermişdi. Makron sevincək meydanda “onu gözləyən” insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayan zaman... Bir qadın E.Makronun üzünə şillə “ilişdirmişdi”. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə etmişdilər və E.Makronu hadisə yerindən uzaqlaşdırmışdılar. O, yenidən olay yerinə qayıtmaq istəsə də, təhlükəsizlik xidməti buna icazə verməmişdi. Beləliklə, Makron siyasi karyerasının ilk “şilləsini” almışdı. Hadisəyə görə iki nəfər saxlanılmışdı. Düzdür, özünü “sındırmayan” Makron bu məsələ ilə bağlı yerli “Le Dauphine” saytına bildirmişdi ki, insidenti çox da şişirtmək lazım deyil: “Gəlin, hadisəni böyütməyək. Mən bunu fərdi fakt olaraq dəyərləndirirəm”.

Makron bunu “fərdi fakt” saysa da, prezidentə dəyən şillənin səsi cəmisi bir neçə ay sonra “daha gur gəldi”...

Liondakı “çiy yumurta” qonaqlığı...

Bəli, Dromda vurulan şillənin izi və qızartısı getməmiş, Fransa prezidenti yenidən “yumurta atəşinə” məruz qaldı. Bu dəfə 2021-ci ilin sentyabrında Lion şəhərində Makron “çiy yumurtaya” qonaq edildi. Belə ki, restoran ticarəti ilə bağlı sərgidə naməlum şəxs Fransa prezidentinə yumurta ataraq “Yaşasın inqilab!” şüarını səsləndirdi. Düzdür, həmin şəxs dərhal saxlanılsa da, hədəfdən yayınmamışdı - bu dəfə də yumurta Makronun başına tuş gəlmişdi...

SADİQ

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Onun əsas amalı

11 Dekabr 12:28

Xəbər lenti

Sevincin COP29 kədəri...

11 Dekabr 11:14  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

İnsan hüquqları!

09 Dekabr 12:24

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31