Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dostluq və qardaşlığın zirvəsində...

Dostluq və qardaşlığın zirvəsində...

28.10.2023 [10:16]

Türkiyə Cümhuriyyəti - 100!

Günel ABBASOVA

Bu gün Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümüdür. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən qocaman imperatorluqdan, yeddi əsrlik Osmanlıdan sonra yeni dövlətin qurulması ümumtürk tarixində yeni səhifənin yazılması idi.

Ondan öncə cəmi 23 aylıq ömrü olmuş Azərbaycan Cümhuriyyətinin dövranın ağır yellərinə tab gətirə bilməməsi, eləcə də Orta Asiyadakı türk xalqlarının milli dövlət qurmaq niyyətlərinin şimal küləyi ilə puça çıxarılmasından sonra Ankarada Atatürkün öndərliyi ilə bəyan edilən Türkiyə Cümhuriyyəti, əslində, bütün Türk dünyası üçün fəxarət və nicat ünvanı idi...

Azərbaycan-Türkiyə strateji əməkdaşlığı Cənubi Qafqazda stabilləşdirici amil kimi

 Əslində, bu gün də dəyişən bir məqam yoxdur. Türkiyə bu gün türk dünyasının ən böyük ölkəsi və dünyada tanınan, öz sözünü deyən dövlətlərdən biridir. Türkiyə Cümhuriyyətinin 100 illiyi təkcə Türkiyənin deyil, Azərbaycanın, ümumilikdə bütün türk xalqlarının bayramıdır.

Azərbaycan-Türkiyə münasibətləri hazırda dostluq və qardaşlığın zirvə nöqtəsində dayanır. Dünyada elə iki ölkə yoxdur ki, onlar Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsunlar. Bu gün dünyada Azərbaycan və Türkiyə dostluğuna xələl gətirəcək bir qüvvə yoxdur. Azərbaycan-Türkiyə münasibətləri dahi şəxsiyyətlərin - Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamlarında öz əksini tapıb. Təməli sağlam olan bu münasibətlərin daxilində heç bir ölkəyə qarşı nifaq siyasəti yoxdur. Hər iki ölkə regional inkişafa və sabitliyə töhfələr verməyə çalışır.

Bu gün dünyada yeni düzən formalaşıb. Formalaşmaqda olan dünya Azərbaycan-Türkiyə strateji əməkdaşlığını birmənalı şəkildə qəbul edib. Dünya bilir ki, Türkiyə harada yoxdursa, orada Azərbaycan var, harada Azərbaycan yoxdursa, orada Türkiyə var. Bunun təsdiqi olaraq 25 aprel 2014-cü il tarixində “Şərq tərəfdaşlığı” proqramının Praqada keçirilən sammitindən misal gətirə bilərik.  Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin həmin sammitdə iştirak etməməsini bir fürsət bilərək qardaş ölkənin ünvanına hədyanlar söyləmişdi. Sammitdə iştirak edən Prezident İlham Əliyev bu çıxışa biganə qalmamış və bildirmişdi ki, Türkiyə burada yoxdursa, Azərbaycan buradadır, buna görə də Ermənistan prezidentinin cavabını da mən verəcəyəm.

Hazırda Cənubi Qafqaz özünün geosiyasi mövqeyinə və coğrafi yerləşməsinə görə dünya güclərinin maraq dairəsində olan bir bölgədir. Burada müxtəlif imperialist güc mərkəzlərinin maraqları kəsişir. Buna görə də bəzi qüvvələr Cənubi Qafqazda uzunmüddətli sabitliyin, təhlükəsizliyin bərqərar olmasında maraqlı deyil. Onlar sabitliyə xələl gətirmək üçün müxtəlif ssenariləri işləyib, hazırlayırlar. Biz bu hadisələrin tez-tez şahidi olmuşuq. Zamanında həmin qüvvələr Qərbi Zəngəzurun Azərbaycan qoparılıb Ermənistana verilməsini təmin etmişdilər. Bununla da böyük türk coğrafiyası parçalanmışdı.

Həmin imperialist qüvvələrinin maşası rolunda əsasən Ermənistan çıxış edir. Son 30 ildə Cənubi Qafqaz məhz Ermənistanın maşa rolunda çıxış etməsi səbəbindən təhlükəsizlik təhdidləri ilə üz-üzə qalmışdı. Yalnız Azərbaycan və Türkiyənin birgə müttəfiqliyi ilə bu təhdidlərin qarşısı alındı. 44 günlük Vətən müharibəsində Azərbaycan öz gücünü nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə son qoydu, öz ərazi bütövlüyünü təmin etdi. Burada Türkiyənin qardaşlıq və siyasi dəstəyi ən təsirli məqamlardan biri oldu. Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmiləri bəyan etdilər ki, Azərbaycanın haqq mübarizəsində ölkəmizin yanındadırlar. Qardaş dəstəyi Azərbaycana güc verdi, özünə inam hissini artırdı. Həm də dünya gördü ki, Azərbaycan bu savaşda tək deyil. Bu həmçinin, Ermənistana və onun havadarlarına da bir mesaj idi.

Beynəlxalq təşkilatlarla koordinasiyalı fəaliyyət

Məlumdur ki, Ermənistanın 30 illik işğalçılıq siyasəti regionda sabitliyə, inkişafa, təhlükəsizliyə təhdidlər yaradırdı. Bu məsələnin həllində də Azərbaycanla Türkiyə bütün beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyət ortaya qoyurdu. Həm Türkiyə, həm də Azərbaycan bu müddət ərzində əlaqələndirilmiş fəaliyyət nəticəsində öz iqtisadiyyatının gücləndirilməsini və güclü ordu quruculuğunu gündəliyinin mərkəzində saxladı. Eyni zamanda, Türkiyə Azərbaycanla münasibətlərinin ruhuna uyğun olaraq Ermənistanla diplomatik münasibətlər qurmadı, forpost dövlətlə sərhədlərini bağladı.

Müharibədə qələbə çalan Azərbaycan Prezidentinin diqtəsi ilə üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin qurulması bir şərt kimi əks olunmuşdu. Postmüharibə mərhələsində də Azərbaycan bu istiqamətdə fəaliyyət göstərir. Şübhəsiz, bu dəhlizin açılması ilk növbədə Azərbaycanın strateji maraqları ilə biləvasitə bağlıdır. Ancaq bu məsələ təkcə Azərbaycanın mənafeyinə uyğun deyil, həm də regionda - Cənubi Qafqazda sabitliyə, inkişafa səbəb olacaq. Eləcə də Zəngəzur dəhlizinin açılması ilə zamanında məqsədli şəkildə parçalanmış türk coğrafiyası yenidən birləşəcəkdir.

Paylaş:
Baxılıb: 248 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30