Qərbin makiyajı - Demokratiya
15.11.2023 [10:46]
Qəlp tamaşa Yaxın Orta Şərq səhnəsində...
Vaşinqton-Paris “yarışı” Qəzza “marafonunda”
VI yazı
Hərfi tərcümədə “Böyük Orta Şərq” anlamı verən “ Greater Middle East” layihəsi yeni “dünya şəkilləndirməsi”nin ana xətti sayılırdı. Bu, 21-ci əsrin ilk onilliyində ABŞ-da Corc Buş administrasiyası tərəfindən ortaya atılmış, nəinki Orta Şərqi, hətta İran, Türkiyə, Əfqanıstan və Pakistanı, eləcə də müxtəlif yaxın regionların ölkələrini və xüsusən də müsəlman dünyasını əhatə edən “siyasi proses”ə çevrilməli idi. Müəyyən mənada çevrildi də... Qısa ekskurs etsək, XXI əsrin ikinci onilliyinin başlanğıcında Afrikanın şimalında və tarixi Mesopotomiya ərazisində gedən siyasi, hətta hərbi “axını” əsas kimi ortaya qoya bilərik. “11 sentyabr” hadisələri ilə “pöhrələnən” “Böyük Orta Şərq” planı Yaxın Şərqin nəinki bu gününü, həm də sabahını müəyyən edən edəcəkdi. Layihənin hazırlanmasından əvvəl diqqət çəkən mühüm məqam ABŞ və CIA-ya strateji Ar-Ge (mədəniyyət, insanlar və cəmiyyət haqqında biliklərin artırılması və ondan yeni proseslərin, sistemlərin və proqramların, o cümlədən proqram təminatının layihələndirilməsində istifadə edilməsi üçün sistemli əsasda aparılan yaradıcı tədqiqatlardır) xidmətləri göstərən “RAND Corporation” adlı beyin mərkəzinin “Sivil Demokratik İslam: Tərəfdaşlar, Resurslar və Strategiyalar” adlı hesabatın hazırlanması idi. 2004-cü ildə və Buş administrasiyasına təqdim edilən hesabatda İslam dünyası kateqoriyalara bölünür və ABŞ-ın İslama nəzarət etmək üçün nə etməli olduğu başlıqlar altında sıralanırdı. Yəni, bu layihə yeni nizam qaydalarını oturuşdurmaqla yanaşıı, qarşıdakı dövr üçün idarəetmənin yeni formasını təyin edəcəkdi. Hətta “sivil” yolla müdaxilə edilməsi mümkün olmayan toplumlara, dövlətlərə fərqli “sivil dini örgütlər” vasitəsilə təsirlər ediləcəkdi - mümkün olmadıqda isə, hətta dövlət çevrilişləri də nəzərdə tutulurdu.
ABŞ-da baş tutan 2009-cu il prezident seçkiləri bu planı müəyyən mənada arxa plana atsa da, sonradan baş verənlər göstərdi ki, Ağ Evin “Şərq proqramı” bitməyibmiş - sadəcə fasiləyə çıxıbmış. Hər halda “Ərəb baharı”, “FETÖ” və bu kimi “layihələr” bunu deməyə əsas verirdi...
Liviya ziddiyyəti... Fransanın ABŞ-ni üstləmək istəyi
Bəlkə də çoxları artıq tarixə çevrilmiş bu “tarixin” səhiflərinin vərəqlənməsini mənasız sayar. Amma bu gün baş verənlərin prizmasından baxdıqda “xatırlatmaların” nə qədər faydalı ola biləcəyini görməmək mümkün deyil...
Liviyada baş verən “17 fevral inqilabı” 2011-ci ilin sentyabrında Qəddafinin ölümü ilə özünün “missiyasını” başa vurdu - amma bu günə kimi davam edən lokal qarşıdurmalar, vətəndaş müharibəsi, siyasi böhran, qaranlıq iqtisadiyyat “Benqazi qəhrəmanlarını” Liviya vətəndaşları üçün söyüş - lənət ünvanına çevirib. Çünki ötən 10 ildən artıq müddətdə baş verənlər tam şəkildə ortadadır:
- Yaxın Şərqdə vətəndaş müharibəsi “vəkalət müharibəsi” anlamına transfarmasiya edilib;
- İqtisadi nüfuz təmsilçiliyi hərbi dəstəyin nüvəsini təşkil edir;
- Qərb patronajlığının fərqli “üzləri” peyda olub:
- “Demokratikləşmə” müasir siyasi yoxsa “tarixi-ənənəvi” prosedur qaydaları əsasında yürüdülməlidir - bu hələ də anlaşılmayıb;
- Nəhayət, dünyanın “yenidən bölüşdürülməsindən” pay umanlar öz iddialarını daha bərk səslə “qışqırmağa” başlayıb.
“Demokratikləşmə” müasir siyasi yoxsa “tarixi-ənənəvi” prosedur qaydaları əsasında yürütmə məsələsi fikir haçalanmasında daha çox yer tutur. Belə ki, Yaxın Orta Şərqin ənənəvi “iddiaçılarından” sayılan Fransa ABŞ-nin timsalında bütün nöqtələrin eyni anda tutulmasını həzm edə bilmir. Məsələn, Liviyada ABŞ-??n “siyasi dəstək” verdiyi qüvvələrə Fransa silah da verir, pul da verir. Qarşılığında isə bir şey umur - yeni düzəndə Orta Şərq Proqramının “icraçılarından” biri olmaq. Bu isə...
Bəzi mətbuat orqanları Buş adminstrasiyasına təqdim olunan “planın” bir nüsxəsinin də Fransanın əlinə keçdiyini idida edirdi. Bəlkə də Fransanın Haftarın və ya bir digər qrupun əli ilə ABŞ-ni üstələməyə çalışması, Liviya üzərindəki müstəmləkə “hüquqlarını” bərpa etmək istəməsi də buradan qaynaqlanırmış...
Qəzzada iki mövqe... Makronun çoxüzlülük sindromu
Açıq savaşın ikinci fazası Qəzza problemi ilə birgə “doğulub”. Fransanın ABŞ-ı qabaqlama istəyi bütün sferalarda özünü biruzə verir. Məsələn, oktyabrın 7-də başlanan qarşıdurmanın 5-ci günündə İsrailə səfər edən Blinkeni cəmisi 10 gün sonra Makron “izlədi”. Fransa prezidenti nədənsə HƏMAS qruplaşması tərəfindən girov saxlanılan israilli vətəndaşlarının ailə üzvləri ilə də görüşdü. Hətta İŞİD-ə qarşı yaradılan koalisiyanın bir “kopyasının” da HƏMAS-a qarşı yaradılmasının vacibliyini önə sürdü - bununla Makron yeni koalisiyanın rəhbərliyinə belə iddiasını biruzə verdi.
Amma prosesin inkişafı deyəsən Parisin ürəyincə deyil - belə olmasaydı, ikinci fazada Makron dediklərini danaraq bu dəfə İsrailin üzərinə getməzdi. Fransa dövlət başçısı bu dəfə üzünü “Şərqə çevirir” - İsraili Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa çağırır, hətta atəşkəsin İsrailin xeyrinə olacağını deyir. Makron çıxışında ABŞ və Böyük Britaniya kimi bəzi ölkələrin münaqişələrdə humanitar fasilənin tərəfdarı olduqlarını söyləyir - əsas məqam məhz buradır - amma atəşkəs çağırışlarına qoşulmadıqlarını bildirir. Yəni, Fransa ABŞ ilə yanaşı Böyük Britaniyanı da özünün “rəqibi sayır”. Yenə də köhnə təfəkkürlə Mərkəzi Avropanın “yiyəsi” statusunda çıxış etmək arzusu Makronu güclü dalğalarda “sörf sürməyə” sövq edir.
Sitat: “Bir tərəfdaş və dost olaraq deyirəm: terror hadisəsindən bir ay sonra bu şəkildə öhdəsindən gəlməyə çalışsanız, günahkar və qınanılan siz olacaqsınız. Bu gün dinc sakinlər bombalanır, körpələr, qadınlar, qocalar bombalanır, öldürülür. Bunun heç bir əsası və legitimliyi yoxdur”.
Cənab Makron, bəs Qarabağda öldürülən insanları qayğısına niyə bu qədər qalmırsınız? Qəzzada müharibəni dayandırmağa çağırışınızla Ermənistanı silahlandıraraq müharibəyə təhrik etməyiniz qeyri-səmimi bir görüntü yaradır axı. Bu kimi təzadlar isə Qəzza çağırışının imperializm marağından, Ermənistanı silahlandırmaq həvəsinin neokolonializmdən qaynaqlandığını deməyə əsas verir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 Dekabr 10:30

Gündəm
02 Dekabr 10:29

Siyasət
02 Dekabr 10:20

Siyasət
02 Dekabr 10:10

Gündəm
02 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 20:59

İdman
01 Dekabr 19:40

Dünya
01 Dekabr 18:42

Xəbər lenti
01 Dekabr 18:01

Xəbər lenti
01 Dekabr 17:46

Xəbər lenti
01 Dekabr 17:09

Xəbər lenti
01 Dekabr 16:30

Xəbər lenti
01 Dekabr 16:10

Xəbər lenti
01 Dekabr 15:49

Xəbər lenti
01 Dekabr 15:33

Xəbər lenti
01 Dekabr 15:24

Dünya
01 Dekabr 15:21

Xəbər lenti
01 Dekabr 15:06

Xəbər lenti
01 Dekabr 14:53

Xəbər lenti
01 Dekabr 14:23

Xəbər lenti
01 Dekabr 14:09

Xəbər lenti
01 Dekabr 13:40

Xəbər lenti
01 Dekabr 13:26

Xəbər lenti
01 Dekabr 13:07

YAP xəbərləri
01 Dekabr 12:58

Xəbər lenti
01 Dekabr 12:50

Xəbər lenti
01 Dekabr 12:48

Xəbər lenti
01 Dekabr 12:23

Xəbər lenti
01 Dekabr 12:22

Xəbər lenti
01 Dekabr 12:20

Xəbər lenti
01 Dekabr 12:07

Xəbər lenti
01 Dekabr 12:03

Xəbər lenti
01 Dekabr 11:44

Xəbər lenti
01 Dekabr 11:39

Ədəbiyyat
01 Dekabr 11:30

Xəbər lenti
01 Dekabr 11:26

Xəbər lenti
01 Dekabr 11:20

Xəbər lenti
01 Dekabr 11:04

Analitik
01 Dekabr 11:00

Siyasət
01 Dekabr 10:55

Xəbər lenti
01 Dekabr 10:52

MEDİA
01 Dekabr 10:50

Gündəm
01 Dekabr 10:47

Siyasət
01 Dekabr 10:45

Siyasət
01 Dekabr 10:40

Siyasət
01 Dekabr 10:35

Sosial
01 Dekabr 10:30

Xəbər lenti
01 Dekabr 10:25

İqtisadiyyat
01 Dekabr 10:20

Xəbər lenti
01 Dekabr 10:15

Xarici siyasət
01 Dekabr 10:10

Xəbər lenti
01 Dekabr 10:05

Gündəm
01 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 09:57

Gündəm
01 Dekabr 09:52

Gündəm
01 Dekabr 09:46

Xəbər lenti
30 Noyabr 23:29

Xəbər lenti
30 Noyabr 22:47

Xəbər lenti
30 Noyabr 20:52

Xəbər lenti
30 Noyabr 18:49

Xəbər lenti
30 Noyabr 18:02

Xəbər lenti
30 Noyabr 17:55

Xəbər lenti
30 Noyabr 17:25

Xəbər lenti
30 Noyabr 17:20

Gündəm
30 Noyabr 17:15

Xəbər lenti
30 Noyabr 16:42

Xəbər lenti
30 Noyabr 16:28

Xəbər lenti
30 Noyabr 16:04

Xəbər lenti
30 Noyabr 16:00

İqtisadiyyat
30 Noyabr 15:43
