Korporativ maraqlar girdabında üzən
18.11.2023 [10:21]
“DÜNYA JANDARMI”...
İqtisadi “sömürgəçilik”, xaos, vətəndaş müharibəsi Ağ Evin əsas “silahı” kimi
Tarixən dünyada qarşıdurmalar və kataklizmlər olub, olur və olacaq. Amma bu qarşıdurmaların təbii yolla (iki ölkənin arasındakı anlaşmazlıq) və ya kənar təsirlər nəticəsində formalaşması məsələsi düşündürücüdür. Məsələn, 40 ildən artıqdır ki, ABŞ-ın dünyada davam edən vahid qütbə və ya şəriksiz liderə çevrilmək uğrunda mübarizəsi müasir dövrdə daha açıq kontekstdə təzahür etməkdədir Vaşinqton bu uğurda bütün təbii-süni “səddləri” aşmağı, müstəqil subyektlər olan dövlətlərdə daxili münasibətləri pozmağı, qarşıdurmalar və vətəndaş itaətsizliyi formalaşdırmağı, hətta bunu vətəndaş müharibəsi səviyyəsinə çatdırmağı belə özü üçün “problem saymır”. ABŞ uzun illərdir ki, ayrı-ayrı regionların sülh və təhlükəsizlik şəraitində yaşaması hüququnu özünün vahid qütb olmaq uğrunda mübarizəsinə qurban verib. Birmənalı şəkildə yaranan situasiya - xaos, qarşıdurma, müharibə, siyasi böhran, hakimiyyətsizlik və ya idarəedilən hakimiyyət strukturunun formalaşması Ağ Evin cızdığı planlar əsasında öz “axarını” tapır. Bu isə nəticə etibarı ilə dünyada baş verən demək olar ki, bütün qarışıqlıqlarda ABŞ-ın marağının və “əlinin” olmasını deməyə əsas verir.
Ərəb dövlətlərinə verdiyi “demokratiyanın” acı nəticələri...
Qeyd edildiyi kimi, dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu danılmazdır. İraqla başlanan “Yaxın Orta Şərq” planı neçə dövlətin siyasi-iqtisadi tənəzzülünü reallaşdırdı - ABŞ özünün “enerji resursu” axtarışı marağına milyonlarla insanın həyatını qurban etdi. Adi bir fakt - siyasi iddialara, hərbi bəhanələrə, insan hüquq və azadlıqlarına əsaslanan “Ərəb baharı” dönəmi bu günün rakursundan daha çılpıq görünür - yəni, ABŞ-ın məramları və məqsədləri daha açıq şəkildə ortaya çıxır. İraqda uzunmüddətli “nüvə axtarış”ının ardından “tapmadıq, üzrlü sayın” deyilməsi, Liviyada insan hüquq və azadlıqları tablosunun rənglərinin qarışıqlığından istifadə edərək iqtisadi xaosun, hakimiyyətsizliyin tətbiqi, Suriyada döyüşən bütün tərəflərin gizli şəkildə “stimullaşdırılması” və masa arxasında iqtisadi maraqlarını diqtə etmək fürsəti ABŞ üçün vazkeçilməz siyasi düstur rolunu oynamaqdadır. Adını “yeni nizam şərtləri” qoyaraq Vaşinqton dünyada imperializmin ən qatı formasını tətbiq etməkdədir. Müasir “demokratiya yürüşü” geoiqtisadi maraqların strateji trayektoriyası əsasında formalaşdırılır. Yeni dönəmdə siyasi liberalizm iqtisadi dayaqlar üzərindən “inkişaf etdirilir” - bunun üçün isə fonda ilk növbədə ABŞ-ın sonsuz, bitməz müharibələri “canlandırılır”.
ABŞ Liviyada “demokratik dövlət quruculuğu” tətbiq etdimi? Suriyada “vədlərini” yerinə yetirdimi? İraqda “atom bombası tapdımı? Əfqanıstan tamam başqa bir mövzudur... 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bütün bu misalların fonunda ABŞ “demokratiyası” hansı əsas inkişaf xəttini özündə “birləşdirir - hüququ, yoxsa hüquqsuzluğu və işğalı?
Qəzzada və Ukraynada baş verənlərdə ABŞ-ın “rolu”...
Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Bu gün Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Amerikadır. Qəzzaya yönəlik bəyanatlarında qızışdırıcı mövqedən çıxış edən, tələm-tələsik Qəzzanın bombalanması (niyəsə boşaldılmadan öncə) üçün maliyyə vəsati ayırmaq üçün hərəkətə keçirilir. Axı, özünü “dünya jandarmı” elan etmiş bu ölkə həm də regiondakı dinc əhalinin hüquqlarını müdafiə etməli idi. Qəzzada həyatını itirən 10 mindən artıq insan həm də ABŞ-ın siyasi oyunlarının qurbanıdır. Özünə sərf etdiyi məqamda terroru maliyyələşdirməkdən, nəzarətindəki dini-terrorçu qrupları özünün müttəfiqlərinə qarşı istifadə edən Vaşinqton bütövlükdə Avropa üzərindəki patronajlığını davam etdirmək üçün Ukraynanı güdaza verir - bu gün Ukraynanın düşdüyü vəziyyət acınacaqlıdır. Ölkə bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Niyə? ABŞ-ın maraqları ucbatından. Sülh və danışıqlar yolunu birmənalı rədd edən, Ukraynaya ağlagəlməz yalan vədlər verən, onu Aİ, NATO üzvü “edəcəyinə arxayınlaşdıran” ABŞ özünün korporativ maraqlarının arxasınca “sürünür”. Bu ölkə üçün harada neçə insanın ölməsi və ya öldürülməsi heç bir məna kəsb etmir - təki ABŞ-ın maraqları təmin olunsun...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

