Defoltla üz-üzə...
18.11.2023 [11:37]
ABŞ-ın daxili problemlərini unudan konqresmenlərə məsləhət
Amerika Birləşmiş Ştatlarının (ABŞ) davamlı olaraq dünya hegemonluğu iddialarından çıxış etdiyi hər kəsə bəllidir. Bu ölkə bir növ “beynəlxalq jandarm” rolunda çıxış etməyə çalışır. ABŞ-ın ona qonşu və uzaq ölkələrin daxili işlərinə əsassız müdaxilələri çoxistiqamətli olur - siyasi, iqtisadi xarakter daşıyır, hətta bir sıra hallarda hərbi müdaxilələrədək uzanır. Məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatlarının hegemonluq iddiaları sırf öz maraqlarının təmin olunmasını hədəfləyir və gücə əsaslanır. Burada ədalət, obyektivlik meyarlarından danışmaq mümkün deyil. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, başqalarına gen-bol “məsləhətlərini” verərkən ABŞ əksər hallarda daxili reallıqlarını unudur və özündə olmayanları digərlərindən tələb edir.
ABŞ-ın müxtəlif dairələrinin, o cümlədən də Konqresin və Senatın belə absurd, obyektivlikdən uzaq yanaşmaları həmçinin öz gücünə ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə nail olan Azərbaycana münasibətdə də qabarıq şəkildə nəzərə çarpır. ABŞ-ın bu məsələdə subyektivliyi, qərəzçiliyi, daha dəqiq desək, işğalçı Ermənistanın və separatçıların tərəfini saxlaması o qədər açıq-aydındır ki, ağ kağız üzərindəki qara ləkəyə bənzəyir. Buna son nümunələrdən birini xatırladaq: ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Sual olunur: Nə üçün Konqres ABŞ-ın reallıqlarını unudur və yaxud ölkənin daxili məsələləri ilə məşğul olmur? Axı ölkədə hüquqları pozulan çoxsaylı insanlar var, iqtisadi-maliyyə problemləri də getdikcə artır. Yaxşı olmazdımı ki, okeanı aşıb Cənubi Qafqaza əl uzadan, separatçılara qayğı göstərən konqresmenlər belə diqqətcilliyi öz ölkələrində etsinlər? Beləliklə, ABŞ-ın bütün dünyada böyük narahatlıqla izlənilən bəzi daxili problemlərini Konqres təmsilçilərinin diqqətinə çatdıraq.
Federal büdcə tam şəkildə çökə bilər
İlk növbədə onu vurğulayaq ki, imperialist maraqları naminə çirkin ssenarilərə milyardlarla vəsait yönəldən ABŞ defolt riski ilə üz-üzədir. Defolt (Default) - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə real defolt riski ilə 2021-ci ilin payızında üzləşib. Həmin dövrdə Konqresin Nümayəndələr Palatası hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-ə səs çoxluğu ilə). Bu və digər tədbirlər ABŞ-ın öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan yaradıb. Ümumiyyətlə, ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Növbəti belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və “Standard&Poors” reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-ın kredit reytinqini aşağı salıb. 2023-cü ilin iyul-sentyabr aylarında da ABŞ-da defolt riski kifayət qədər yüksək həddə çatmışdı. Bu təhlükənin qarşısı sağlamlaşdırıcı tədbirlərlə deyil, kritik qərarlarla - dövlət borcunun tavanının artırılması ilə müvəqqəti olaraq alınıb. Ekspertlər ABŞ-ın dövlət büdcəsinin kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağını proqnozlaşdırırlar. Qeyd olunur ki, kəsir 2033-cü ilə qədər 2,851 trilyon dollara və ya ÜDM-in 7,3 faizə çatacaq. Verilən məlumata görə, 2023-cü maliyyə ili üçün büdcə kəsiri 1,410 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin göstəricilərini üstələyir. Daha əvvəl “American Greatness” yazıb ki, indiyə qədər 31,5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər.
Beynəlxalq reytinq agentliklərinin hesabatları da bədbindir. Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-da regional bankların maliyyələşməsi və böyümə çətinliklərinin 2024-cü ildə də davam edəcəyini bildirib. “Fitch”in açıqlamasında ABŞ banklarının mənfi əməliyyat mühitinin gələn il də davam edəcəyi və region banklarının gəlirliliyinə qeyri-mütənasib mənfi təsir göstərəcəyi vurğulanıb.
Daha bir mühüm məqam: ABŞ vəsaitin tükənməsi səbəbindən Ukraynaya verdiyi hərbi yardımı azaldır. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. “Ukraynanı mümkün qədər uzun müddət dəstəkləmək üçün bu ölkəyə hərbi texnikanın kiçik paketlərini köçürməyə başlayırıq”, - deyə mətbuat katibi vurğulayıb.
İrqçiliyin müasir forması
Dünyaya “demokratiya”, “insan hüquqları” dərsləri keçən Amerika Birləşmiş Ştatlarında irqçilik geniş hal alıb. ABŞ-ın Missuri ştatının Ferquson şəhərində bir neçə il bundan əvvəl 18 yaşlı qaradərili Maykl Braunun polis tərəfindən amansızlıqla öldürülməsi hələ yaddaşlardan silinməyib. Xatırladaq ki, Ferquson hadisələri zamanı Maykl Braunun öldürülməsinə və polis zorakılığına etiraz olaraq nümayişlərin davam etdiyi günlərdə daha bir qaradərili - 25 yaşlı gənc Kaceme Pauelin də polis tərəfindən 9 dəfə açılan atəş nəticəsində həyatını itirib.
Belə irqi ayrı-seçkilik halları ABŞ-ın bütün ştatlarında hər il təkrarlanır. Bu günlərdə BMT-nin irqçiliyin müasir formaları üzrə xüsusi məruzəçisi Aşvini K.P. Birləşmiş Ştatlara səfərinin yekunları ilə bağlı bildirib ki, ABŞ-da sistematik irqçilik və irqi ayrı-seçkilik davam edir. Məruzəçi səfəri zamanı bir sıra ştatlarda olub və 2024-cü ilin iyununda səfəri ilə bağlı hesabat təqdim etməyi planlaşdırır.
Aşvini xüsusən irqçiliklə mübarizəyə yönəlmiş hökumət təşəbbüslərinin insanların əksəriyyəti üçün hələ də əhəmiyyətli irəliləyişlərə səbəb olmadığından və güc bərabərsizliyinin əsasında duran ağ üstünlüyü problemini həll etməməsindən narahatlığını bildirib. Bu, irqi ayrı-seçkiliyin müasir formalarını dəstəkləyir.
O, həmçinin irqi ədalətə nail olmağa yönəlmiş təşəbbüslərə qarşı koordinasiyalı müqaviməti qeyd edib. Aşvininin səfəri zamanı tanış olan insanların çoxu fundamental hüquqları uğrunda mübarizə aparmağın zəruriliyindən və nə qədər tez-tez maneələrlə qarşılaşdıqlarından danışıblar.
Mütəxəssis ABŞ-ın irqi ayrı-seçkiliyə qarşı mübarizədə kritik mərhələdə olduğunu vurğulayıb. BMT ekspertinin bəyanatında deyilir ki, irqçiliyin təzahürləri irqi cəhətdən təcrid olunmuş qruplara mənsub insanlara həyatlarının hər mərhələsində tarixən, sistemli və institusional olaraq təsir edir.
Bundan əvvəl BMT-nin İnsan Haqları Komitəsi də öz hesabatında qeyd edib ki, ABŞ-da cinayət ədaləti etnik azlıqlara qarşı ağdərililərdən daha sərtdir. Qaradərili insanlar daha çox ölüm cəzası alır və daha ağır cəzalara məruz qalırlar.
Polis şiddəti və kütləvi qətllərdə antirekord
Hər kəs internetdə “police brutality in the US” yazıb axtarış versə, görər ki, 1980-2018-ci illərdə polis zorakılığı nəticəsində ABŞ-da 30 min insan qətlə yetirilib. Yalnız 2022-ci ildə 1176 nəfər polis zorakılığının qurbanı olub, zor tətbiq edilməklə öldürülüb. Qoy konqresmenlər bu rəqəmlər üzərində düşünsünlər.
Eyni zamanda, ABŞ-da kütləvi qətillər getdikcə artır. Maine ştatının Lyuiston şəhərindəki kütləvi atışma 2023-cü ildə ABŞ-da silahlı zorakılıq hadisələri arasında ən çox ölüm sayına səbəb olub. Lyuistonda atışma nəticəsində 16 nəfərin həlak olduğu bildirilir. Analitiklərə görə bu, ABŞ-da 2023-cü ilin əvvəlindən bəri silahlı zorakılıq qurbanlarının ən yüksək sayıdır. Ümumiyyətlə, cari ilin birinci yarısında ABŞ-da kütləvi qətllərlə bağlı antirekord qeydə alınıb. Belə ki, yanvar-iyun aylarında ölkə üzrə azı 28 kütləvi qətl törədilib. “Associated Press” xəbər verir ki, bu, 2006-cı ildən bəri rekord göstəricidir. Əvvəlki antirekord 2022-ci ildə müəyyənləşmişdi - ölkədə 27 kütləvi qətl törədilmişdi. 2023-cü ildə 28 kütləvi qətldən 28-si odlu silahın istifadəsi ilə törədilib, qalan 1-i isə odvurma nəticəsində baş verib.
ABŞ prezidenti Co Bayden ölkədə odlu silahdan istifadə ilə törədilən zorakılığı “epidemiya” adlandırıb. “Gun Violence Archive” qeyri-kommersiya qrupunun məlumatına görə, 2022-ci ildə ABŞ atışma ilə bağlı insidentlər zamanı 43,6 min nəfər həyatını itirib.
ABŞ konqresmenlərinin diqqətinə başqa faktları da çatdırmaq mümkündür. Ancaq sadalanan faktlar da mənzərə barədə konkret təsəvvür yaradır. Konqresmenlərə okeanı aşıb Azərbaycana əl uzatmaqdan öncə ABŞ-ın daxili məsələləri ilə məşğul olmalarını məsləhət görərdik. Özlərinə umac ova bilməyənlər, başqaları üçün əriştəni necə kəsə bilərlər?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 Dekabr 20:59

İdman
01 Dekabr 19:40

Dünya
01 Dekabr 18:42

Xəbər lenti
01 Dekabr 18:01

Xəbər lenti
01 Dekabr 17:46

Xəbər lenti
01 Dekabr 17:09

Xəbər lenti
01 Dekabr 16:30

Xəbər lenti
01 Dekabr 16:10

Xəbər lenti
01 Dekabr 15:49

Xəbər lenti
01 Dekabr 15:33

Xəbər lenti
01 Dekabr 15:24

Dünya
01 Dekabr 15:21

Xəbər lenti
01 Dekabr 15:06

Xəbər lenti
01 Dekabr 14:53

Xəbər lenti
01 Dekabr 14:23

Xəbər lenti
01 Dekabr 14:09

Xəbər lenti
01 Dekabr 13:40

Xəbər lenti
01 Dekabr 13:26

Xəbər lenti
01 Dekabr 13:07

YAP xəbərləri
01 Dekabr 12:58

Xəbər lenti
01 Dekabr 12:50

Xəbər lenti
01 Dekabr 12:48

Xəbər lenti
01 Dekabr 12:23

Xəbər lenti
01 Dekabr 12:22

Xəbər lenti
01 Dekabr 12:20

Xəbər lenti
01 Dekabr 12:07

Xəbər lenti
01 Dekabr 12:03

Xəbər lenti
01 Dekabr 11:44

Xəbər lenti
01 Dekabr 11:39

Ədəbiyyat
01 Dekabr 11:30

Xəbər lenti
01 Dekabr 11:26

Xəbər lenti
01 Dekabr 11:20

Xəbər lenti
01 Dekabr 11:04

Analitik
01 Dekabr 11:00

Siyasət
01 Dekabr 10:55

Xəbər lenti
01 Dekabr 10:52

MEDİA
01 Dekabr 10:50

Gündəm
01 Dekabr 10:47

Siyasət
01 Dekabr 10:45

Siyasət
01 Dekabr 10:40

Siyasət
01 Dekabr 10:35

Sosial
01 Dekabr 10:30

Xəbər lenti
01 Dekabr 10:25

İqtisadiyyat
01 Dekabr 10:20

Xəbər lenti
01 Dekabr 10:15

Xarici siyasət
01 Dekabr 10:10

Xəbər lenti
01 Dekabr 10:05

Gündəm
01 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 09:57

Gündəm
01 Dekabr 09:52

Gündəm
01 Dekabr 09:46

Xəbər lenti
30 Noyabr 23:29

Xəbər lenti
30 Noyabr 22:47

Xəbər lenti
30 Noyabr 20:52

Xəbər lenti
30 Noyabr 18:49

Xəbər lenti
30 Noyabr 18:02

Xəbər lenti
30 Noyabr 17:55

Xəbər lenti
30 Noyabr 17:25

Xəbər lenti
30 Noyabr 17:20

Gündəm
30 Noyabr 17:15

Xəbər lenti
30 Noyabr 16:42

Xəbər lenti
30 Noyabr 16:28

Xəbər lenti
30 Noyabr 16:04

Xəbər lenti
30 Noyabr 16:00

İqtisadiyyat
30 Noyabr 15:43

Xəbər lenti
30 Noyabr 15:09

Xəbər lenti
30 Noyabr 15:07

Xəbər lenti
30 Noyabr 15:05

Xəbər lenti
30 Noyabr 15:02

Xəbər lenti
30 Noyabr 14:32
