ABŞ planları”nın yeni tərkib hissəsi
25.11.2023 [11:30]
Bu ölkə indi də Ermənistanın enerji sisteminə nəzarəti ələ keçirmək istəyinə düşüb
Son günlərdə Ermənistan mediasında Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkədə kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək niyyətində olduğu barədə silsilə yazılar dərc olunur. Layihənin təşəbbüskarı qismində Amerikanın “NuScale Power” şirkətinin çıxış etdiyi bildirilir. Ermənistandakı mənbələrin məlumatına görə, ABŞ şirkəti tərəfindən inşası planlaşdır?lan yeni infrastruktur obyekti buradakı heç də yaxşı mənada məşhur olmayan Metsamor atom elektrik stansiyasını əvəzləyəcək.
Bütün region üçün ölüm kabusuna çevrilən Metsamor
1976-cı ildə istismara verilən Metsamorun istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb. Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-in gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investorlar tapmaq da müşkülə çevrilib. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini yenidən uzatmaqda görür. Xatırladaq ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.
Ermənistan hökumətinin Metsamorun istismar müddətini daha 10 il uzatmaqla bağlı qərarı o anlama gəlir ki, bu ölkə regionun təhlükəsizliyini özünün iqtisadi maraqlarına qurban verir. Çünki bir sıra fundamental amillərə görə, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən Metsamorun fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür.
Əvvəla, Metsamor keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 47 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. Ehtimal olunur ki, Ermənistan hökuməti maliyyə vəsaitlərinə qənaət etmək üçün AES-də nəzərdə tutulan təmiri səthi şəkildə reallaşdırıacaq. Bu, bir növ beynəlxalq təşkilatların gözündən pərdə asmaq xarakteri daşıyacaq. Belə qənaətə gəlməyə hər cür əsas var. Əgər Ermənistanın vəsaitləri olsa idi, yeni AES-in inşası planından vaz keçilməzdi.
Digər tərəfdən, Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan hökuməti 1995-ci ildə ikinci bloku yenidən işə salıb.
AES-in idarəçiliyində hesabatlılığın və şəffaflığın olmaması da çox mühüm amildir. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir.
Metsamoru əvəzləmək istəyən ABŞ-ın məkrli planları
Sadalanan və digər faktlar Metsamorun fəaliyyətinə dərhal xitam verilməsi zərurətini ortaya qoyur. Bunu zaman-zaman müvafiq beynəlxalq təşkilatlar da gündəmə gətirirlər. Region dövlətləri, o cümlədən də Azərbaycan da qəzalı vəziyyətdə olan Metsamorun istismarının uzadılmasının əleyhinədir.
ABŞ tərəfi Ermənistanda yeni atom enerjisi infrastrukturu yaratmaq istəyini hər nə qədər köhnəlmiş Metsamoru əvəzləmək zərurəti ilə əsaslandırmağa çalışsa da, bu niyyətin arxasında xəbis niyyətlərin və maraqların gizləndiyi aşkardır. Çox doğru olaraq bəhs olunan layihə Amerika Birləşmiş Ştatlarının Ermənistanla bağlı geosiyasi planlarının tərkib hissəsi kimi dəyərləndirilir. Məlumdur ki, ABŞ-ın rəhbərliyi ilə kollektiv Qərb Rusiyanın maraqlarına zərbə vurmaq və Ermənistanda onu əvəzləmək istəyir. Qərb bu panları xüsusi layihə ilə hakimiyyətə gətirdiyi N.Paşinyan üzərindən reallaşdırmağa çalışır. Çünki Cənubi Qafqaz coğrafiyasında regionun maraqlarına zidd gedəcək başqa siyasi fiqur yoxdur. N.Paşinyan isə tipik erməni xislətinə uyğun olaraq özgə çətirləri altında özünü daha xoşbəxt sanır. Fürsətcil Ermənistanın lideri Rusiyadan qopmaq planlarını məhz indi- şimal qonşumuzun məlum səbəblərdən müəyyən çətinliklərlə üzləşəşdiyi bir vaxtda reallaşdırmağa çalışır.
Lakin ABŞ-ın mətbəxində Rusiyaya qarşı hazırlanan siyasi planların N.Paşinyan tərəfindən uğurla reallaşdıracağını söyləmək çətindir. Bu plan ölü doğulmuş uşağa bənzəyir. Çünki Ermənistan sözün bütün mənalarında Rusiyanın forpostu olan bir marionet dövlətdir. O cümlədən bu ölkənin iqtisadiyyatı və enerji təhlükəsizliyi bütünlüklə şimal qonşumuzdan asılıdır. Uzağa getməyək. Bu günlərdə N.Paşinyanın özünün iştirakı ilə keçirilən hökumətin iclasında işıqlar qəfildən kəsildi. Baş nazir bunu ölkənin enerji sisteminin nöqsanları ilə əlaqələndirməyə çalışsa da, Ermənistanın müxtəlif dairələrində bunun Rusiyaya bağlı qüvvələrin xatırlatması olduğu ehtimallarını səsləndirdilər. Belə mesajlar N.Paşinyana və Ermənistanda siyasi demarşların ardından enerji xəyalları quran ABŞ-a bir xatırlatmadır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

