Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhə daha bir addım...

Sülhə daha bir addım...

30.11.2023 [10:31]

Sərhəddəki  görüşdən nəticə gözləmək olar

2020-ci ilin noyabrından ötən dövrdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tam təmin olunmasına yeganə maneə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Bu bir həqiqətdir ki, Azərbaycan sülhün tam, dəqiq və davamlı olması üçün bütün şərtləri səsləndirib - Ermənistan isə bəzi məsələlərdə hələ də manipulyasiyalara əl atdığı üçün sülhün imzalanması ləngiyir. Məsələn, sülh prosesinin ən mühüm detallarından biri sayılan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də öz həllini tapmayıb. Düzdür, son bir ildə Ermənistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını dilə gətirib - artıq iki dövlət arasında bir sıra məsələlərlə bağlı ikitərəfli razılaşmaların olduğu bildirilir. Ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması məsələsində Alma-Atı bəyannaməsinə istinad olunur. Bununla belə, hələ də açıq qalan bəzi məsələlər özünün aktiv həllini gözləməkdədir. Bunun üçün isə...

İkitərəfli görüş üstünlüyü...

Sülh prosesi ilə bağlı arxada qoyulan müddəti bəzi məqamlarına görə, “itirilmiş zaman” kimi də xarakterizə edənlər var. Burada ilkin səbəb kimi Ermənistanın qarşılıqlı dialoqdan, danışıqlardan, müzakirələrdən yayınması, məqsədli şəkildə vaxt uzatması göstərilə bilər. Məsələn, Ermənistanın fərqli çətirlər, hətta “vasitəçilər”, bəzi məqamlarda “zəmanətçilər” axtarışı sülhün detallarının müəyyənləşməsi ilə bağlı vaxt itkisinə gətirib çıxardı. 2023-cü ilin sülh ili olmasını arzulayan Azərbaycan isə hər zaman qarşılıqlı görüşlərə hazır olduğunu dəfələrlə dilə gətirib. Məsələn, bir müddət öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməklə bağlı çağırış ünvanlamışdı. Bildirilirdi ki, Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Azərbaycan XİN iki ölkənin gələcək münasibətləri barədə qərarı birlikdə verməli olduğuna inamını ifadə etmişdi. Çağırışda qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkənin məsuliyyət daşıdığı əks olunurdu.

Amma deyəsən, artıq Ermənistan da reallıqlardan qaçmağın mümkünsüzlüyünü anlayıb. Bu gün, noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçirilməsi məhz bunun göstəricisi sayıla bilər.

Danışıqlar müsbət dəyərləndirilməlidir...

Təbii ki, indiki halda bu görüşdən fantastik nəticələrin gözlənilməsi real həqiqəti əks etdirə bilməz. Çünki hələ də özünün müstəqil iradəsi əlində olmayan Ermənistan “təmsil etdiyi” maraqların da mövqeyini dəqiqləşdirməlidir. Bununla belə sərhəddə keçirilməsi nəzərdə tutulan 5-ci komissya iclası, görüş müəyyən məqamlar üçün təkanverici rola malik ola bilər. Yəni, detalların müəyyənləşdirilməsi imkanlarının müzakirəsi baxımından bu görüşün böyük faydası haqqında danışmağa  dəyər. Eyni zamanda, görüşün vasitəçi olmadan keçirilməsi ən böyük uğurlardan sayılmalıdır. Müzakirə olunacaq detallar isə hər bir halda irəliyə atılmış addımdır.

Bəli, indiki halda, iki ölkənin yaratdığı delimitasiya komissiyasının görüşü müsbət qarşılanmalıdır. Bu, prosesdə dinamikanın olduğunu göstərir. Bu həm də Ermənistanın müəyyən reallıqları dərk etdiyinə ümid formalaşdırır. Qarşıdakı dövrdə Ermənistan konstruktiv mövqe ortaya qoyarsa, ciddi uğurlara belə imza atılması mümkündür...

SADİQ

Paylaş:
Baxılıb: 257 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29