İnsanlara həmdəm olan DOST mərkəzləri
05.12.2023 [10:00]
Qarabağ Regional DOST Mərkəzində yaradılan Reabilitasiya Məntəqəsində bölgədə yaşayan əlilliyi olan şəxslərə müxtəlif növ xidmətlər göstəriləcək
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” - Reabilitasiya Məntəqəsi istifadəyə verilib. Məntəqədə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir. Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, reabilitasiya mərkəzinin yaradılmasında məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.
98,2 faizin üzərində olan vətəndaş məmnunluğu
Son illərdə Azərbaycan həyatın digər sahələrində olduğu kimi, dövlət idarəçiliyində də bir sıra innovativ yeniliklərə imza atıb. Onlardan biri də ölkə ərazisində DOST mərkəzlərinin yaradılmasıdır. Respublikamızda qısa müddətdə insanların dostuna çevrilən DOST konsepsiyası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alıb. Onun təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır. Konsepsiya əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə olunduğu kimi, dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına hesablanıb.
Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, bütövlükdə, 15 istiqamət üzrə 159 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Hazırda ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub. Verilən məlumatlara görə, DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizin üzərindədir.
İndiyədək 7 DOST mərkəzi açılıb. 2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 DOST filialının da yaradılması, beləliklə də, DOST xidmətlərinin əhatə dairəsinin bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulub. 1 saylı DOST mərkəzinin açılışı 9 may 2019-cu ildə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı
Eyni zamanda, “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı hazırlanıb. Həmin proqram üzrə bəhs olunan ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri yaradılacaq. 7 avqust 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin açılışı baş tutub.
Bərdədə istifadəyə verilən Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.
Hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.
Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də “Peşəyönümü və Karyera Mərkəzi”, inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub.
Artıq müvafiq kateqoriyadan olan vətəndaşlar Qarabağ Regional DOST Mərkəzində yaradılan Reabilitasiya Məntəqəsinin fəaliyyətindən bərələnilər. 3 dekabr - Beynəlxalq Əlliliyi olan Şəxslər Günü ilə əlaqədar “RehaPoint”-də “Açıq qapı” günləri keçirilib. “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstərilib. Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçirilib. Onu da vurğulamaq yerinə düşər ki, Reabilitasiya Məntəqəsi infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi planlaşdırılır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

