Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Ayakve” rədd edildi...

“Ayakve” rədd edildi...

06.12.2023 [11:10]

Xarici güclərin Ermənistan parlamenti üzərindən yeni oyunu baş tutmadı

Xəbər verildiyi kimi, bir müddətdir ki, müzakirə predmetinə çevrilmiş “məşhur” qanun layihəsi Ermənistan parlamenti tərəfindən rədd edilib. Belə ki, parlament Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. Hakim “Mülki müqavilə” fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, layihə “Ayakve” vətəndaş təşəbbüsünə məxsusdur. Bir neçə gün öncə Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Daimi Komissiyası Cinayət Məcəlləsinə Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliyinə mənfi rəy vermişdi. Buna baxmayaraq, layihənin plenar iclasın gündəliyinə salınması nəzərdə tutulurdu.

Fransanın yeni müdaxiləsi...

Ümumiyyətlə, belə bir qanunun “gündəmə gəlməsi” siyasi ekspertlər tərəfindən bir neçə istiqamət üzrə izah edilir. İlk növbədə, bu layihə Ermənistanın siyasi dairələrinin yekdil fikrə malik olmamasının göstəricisi kimi ortaya çıxıb. Başqa sözlə, son dövrlərdə aktuallaşan sülh və ya münasibətlərin normallaşması məsələsini yenidən “deaktiv etmək” üçün bəzi güclərə xidmət edən dairələr bu kim yollarla prosesə təsir göstərmək istəyib. Əslində, “qanun layihəsinin” müzakirəsini tələb edənlərin kimliyi hər şeyi ortaya qoyur - bu layihənin plenar iclasa tövsiyə olunması tələbini irəli sürənlər Azərbaycanla sülh bağlanılmasının əleyhinə olan qüvvələr kimi tanınan müxalifətin nümayəndələridir.

Məntiqlə həmin dairələr də prosesin inkişaf trayektoriyasını görür və bunun qarşısıalınmaz proses olduğunu dərk edirlər. İndiki halda sadəcə prosesi uzatmaq belə onların işinə yarayır. Bu bir həqiqətdir ki, Azərbaycanın apardığı siyasi fəaliyyət Cənubi Qafqaz regionuna müdaxilə etməyə çalışan bəzi xarici gücləri zərərsizləşdirib. Xüsusilə, son dövrlərdə fəallığı ilə seçilən Fransanın sülhün bağlanmasına maneə törətməsi yönündəki fəaliyyəti, ən azından indiki halda bu müddətin uzadılmasına çalışması diqqətdən yayınmayıb. Rəsmi Paris bir çox variantlara əl ataraq, hətta danışıqlar prosesini Aİ müstəvisində öz nəzarətinə almaq niyyəti nümayiş etdirərək həyata keçirməyə çalışıb. Amma bütün hallarda bu özünü doğrultmayıb - Azərbaycan regionda davamlı sülhün formalaşdırılması qətiyyətini ortaya qoyub.

Rəsmi Parisin davranışları Ermənistan cəmiyyətində sülhə qarşı qıcıq yaratmaq istəyini də özündə əks etdirib. Bu kimi işəyaramaz “layihələrlə” guya Azərbaycan torpaqlarından könüllü şəkildə Ermənistana köçən ermənilər arasında təbliğat formalaşdırmaq istəyən qüvvələrin istəkləri fiaskoya uğrayıb. Son zamanlarda sosial şəbəkələrin erməni seqmentində, eləcə də xarici KİV-lərin Ermənistanda apardığı sorğular bunu təsdiqləyir - Ermənistan əhalisinin mütləq çoxluğu sülhün vacibliyini önə çəkir, xüsusilə Fransanın apardığı təxribatçı hərəkətləri pisləyir. Bu isə rəsmi Parisin Ermənistandakı spekulyasiyalarının işə yaramamasına şərait yaradır.

İkitərəfli danışıqlar yeni münaqişə axtaranların maraqlarına cavab vermir

Bu kimi təxribatçı “qanun layihəsi”in indiki zamanda gündəmə gətirilməsinin bir hədəfi də var - bu da, ölkələr arasında hazırki müzakirə predmetləri üzrə razılıqların əldə olunmasına mane olmaq niyyətidir. Bəlli olduğu kimi, noyabrın 30-da Azərbaycanın və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət komissiyaları arasında növbəti görüş baş tutmuşdu və növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinmişdi. Eyni zamanda, komissiyalar arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılmışdı. Bu isə özlüyündə yeni mərhələdə sülhün reallaşmasına və tezliklə imzalanmasına gətirib çıxara bilən amillər kimi göstərilirdi. Bu təxribatçı “qanun layihəsi” isə yenidən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan məqamları özünd əks etdirir - təbii olaraq, bu qanun layihəsinin qəbulu iki dövlət arasında danışıqların dayandırılmasını da şərtləndirəcəkdi. Bu danışıqlara mane olmaq istəyənlər dərk edirlər ki, qarşılıqlı müvafiq komissiyaların keçirdikləri görüşlərin müsbət nəticələr verməsi bu problemin aradan qalxmasına şərait yarada bilər. İndiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə olmalarına şərait yarada bilər. Verilən açıqlamalar, səsləndirilən bəyanatlar isə göstərir ki, Ermənistan siyasi dairələri müəyyən mənada bu qənaətə gəlməkdədir - onlar anlayırlar ki, Azərbaycanla sülh imzalanması onların yeganə nicatıdır. Eyni zamanda, Azərbaycanla razılığa gəlinməsi, Cənubi Qafqazda davamlı sülhə nail olunması, təhlükəsizlik arxitekturasının gücləndirilməsi Ermənistan üçün yalnız və yalnız müsbət dividendlər vəd edir. Bu perspektivi görən bəzi “maraqlı dairələr” isə prosesə aktiv şəkildə müdaxilə imkanlarının məhdudlaşacağını anlayrılar. Ermənistanın maraqlarına zidd olan belə layihələrin gündəmə gətirilməsinin bir səbəbi də məhz bundadır...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29