Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Macarıstan önə çıxır...

Macarıstan önə çıxır...

07.12.2023 [10:30]

Budapeşt Aİ-ni də xilas edə bilər?

Makron Orbanla “məsləhətləşmək” istəyir

Son aylarda Avropanın “siyasi gündəliyində” baş verən dəyişikliklər açıq kontekstdə müşahidə olunmaqdadır. Artıq “ qitə”nin həm ritorikası, həm davranışları, həm də siyasi bəyanatları fərqli “ab-havaya” söykənir. Başqa sözlə, Avropanın siyasi-hərbi proseslərin gedişinə baxış bucağındakı fundamental fərqlilik  müşahidə olunur.

Təbii ki, burada əsas dəyişikliklər Qərb Rusiya münasibətləri fonunda Avropa-Rusiya münasibətlərinə edilən kəskin korrektələrdən iberətdir. Qısa müddət öncəyə qədər Ukraynanı “döyüşlərə səsləyən” Avropa bu gün ölü sükuta qərq olub. Xüsusilə, ABŞ-ın Qəzzada baş verənlərin fonunda Ukraynanı ikinci plana keçirməsi Avropa üçün yeni perspektivlər formalaşdırıb. Artıq Avropa ABŞ-ın yedəyində anti-Rusiya kampaniyasının fəal iştirakçısı olmaq istəmədiyini həm əməli, həm də davranışı ilə ortaya qoyur.

Aİ vəziyyəti görür - çıxış yolu isə...

Məsələn, Fransa prezidenti Emmanuel Makronun Macarıstanın baş naziri Viktor Orbanı Parisə dəvət etməsi məsələsi kimi. Belə ki, bu həftənin sonunda Fransa paytaxtında qızğın müzakirələr gözlənilir. Düzdür, bu danışıqlar şərti olaraq Ukraynanın Aİ üzvlüyünə daxil olması “mövzusu” ilə pərdələnsə də, əsas müzakirə predmetinin heç də bu olmayacağı indidən bəllidir. Ən azından Fransa indiki halda Ukraynanın Aİ üzvlüyü perspektivinin olmadığını hər kəsdən yaxşı bilir - dekabrın 14 və 15-də Brüsseldə keçiriləcək sammit zamanı Aİ liderləri ən yaxşı halda Ukrayna ilə üzvlük danışıqlarına başlamaq planını təsdiqləyə bilər ki, bu da ən yaxşı halda Ukraynaya “Aİ üzvlüyünə namizəd” statusu qazandıracaq.

İndiki halda özünü Mərkəzi Avropa kontingentinin “lideri” hesab edən Makronun bütün hesablamaları Rusiya ilə münasibətlərdə daha ilıq yolun seçilməsi, bu və ya digər şəkildə Ukrayna müharibəsinin nəticələnməsi ilə bağlıdır. Makron anlayır ki, Ukrayna müharibənin uzanması daha çox Mərkəzi Avropanın əleyhinə yönəlir. Başqa sözlə, Aİ-nin bu müharibədə əldə edəcəyi hər hansı bir qalibiyyət müzakirə mövzusu belə deyil. Müharibənin uzanması Avropaya ərzaq təhlükəsizliyinin təhdid altına düşməsini, nüvə hədəsini, enerji böhranını “hədiyyə edəcək”. Siyahı uzandıqca Aİ-nin itirdiklərinin sayı-hesabı bilinməyəcək. Müharibənin nəticəsindən asılı olmayaraq Aİ enerji təminatı məsələsində daha ağır şərtlərlə (həm baha, həm də effektsiz enerji təminatı) ABŞ-ın əmrlərinə “tabe olmalı” olacaq. Buna yol verməmək üçün Fransa Rusiya ilə daha isti münasibətə malik Macarıstanın “üstünlüklərindən” yararlanmağa çalışır.

Danışıqlar masası Budapeştdə qurula bilər...

Sirr deyil ki, Aİ-nin kollektiv yekdil qərar proseduruna malik olması təşkilat daxilində bəzi qüvvələrin işini çətinə salıb. İndiki halda Macarıstanın Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların qəti əleyhinə çıxması məsələni daha da qəliləşdirib - Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının prezidenti Şarl Mişeldən Aİ-nin Ukrayna ilə bağlı siyasətinə yenidən baxılmasını tələb edərək, əks halda, Kiyevə 50 milyard avro məbləğində yardımın verilməsinə mane olacağı ilə hədələyib. Bu isə Mərkəzi Avropanın “işinə yarayır”. Onlar Amerikanın açıq istilasından bu yolla xilas olmaq imkanı qazana bilərlər - bunun üçün ilkin şərt isə Rusiya-Ukrayna müharibəsinin bitməsidir.

Bununla bağlı da Macarıstan “əvəzsiz partnyor” rolunu oynaya bilər. Belə ki, dekabrın 1-də Macarıstanın xarici işlər naziri Peter Siyyarto Budapeştin Moskva və Kiyev arasında danışıqlarda vasitəçi ola biləcəyini açıqlamışdı. Bunun həmən ardından isə Rusiyanın “İzvestiya” nəşri yüksək vəzifəli mənbəyə istinadən məlumat yaydı - “Rusiya Ukrayna ilə danışıqlar aparmağa hazırdır. Bu, Qərb ölkələrindən birinin ərazisində də baş tuta bilər”. Mənbənin sözlərinə görə, Macarıstan da iki ölkə arasında danışıqlar üçün platforma ola bilər.

Beləliklə, yeni dövr üçün sülh perspektivi “qapını döyür” - qonaqları bir araya gətirmək üçün ev sahibi də hazırdır. Mənzərə isə tərəflər və müşahidəçi (dəstəkçi də adlandırmaq olar) qrup üçün aydındır:

- ABŞ-da Ukraynaya yardımla bağlı anlaşılmaz bir vəziyyət formalaşmaqdadır;

- Qarşı siyasi cərəyan (respublikaçılar) Ukraynaya yardımın qəti əleyhinədir;

- Qəzza problemi sürətlə Ukraynanın qarşısına keçir və Kiyevlə bağlı “perspektivlər”ə isisna etməyə başlayır;

- ABŞ-ın Avropa siyasətində açıq korrektələr müşahidə edilir.

Yeni dövr üçün ABŞ-ın Ukrayna siyasəti...

Nəzərə alınmalıdır ki, 2024-cü ildə ABŞ-da prezident seçkiləri keçiriləcək. Hazırki dövlət başçısı Co Bayden hətta Donald Trampı “bəhanə etməklə” yenidən namizəd olacağını bildirir, ölkəsinin siyasi mərkəzləri belə onun yenidən seçilmə perspektivini o qədər də yüksək dəyərləndirmirlər. Belə olan halda Avropa post-Bayden dövrü üçün hesablamalarını indidən aparmaq məcburiyyətindədir. Çünki qarşı tərəf - Respublikaçılar son dövrlərdə Ukrayna məsələsinə münasibətdə kifayət qədər açıq oynayırlar. Onlar Ukraynanın ABŞ üçün maliyyə itkisi olduğunu gizlətmirlər. Bu nöqteyi-nəzərdən Rusiya ilə Ukraynanın indidən dil taparaq sülhə gəlməsi daha effektiv variant kimi gözdən keçirilə bilər. Bunun üçün təkan və məkan lazımdır ki, məkan rolunu Macarıstan, təkan rolunu isə Aİ öz üzərinə götürə bilər...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 229 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29