Ekoloji terrorun izi ilə...
08.12.2023 [10:45]
İşğal dövründə ərazilərimizdə ekoloji fəlakət törədənlər, sərvətlərimizi talayanlar məsuliyyətə cəlb olunacaqlar
Təxminən otuz ili əhatə edən işğal dövründə Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın miqyası ölçüyəgəlməzdir. Havadarlarının dəstəyi ilə ərazilərimizi zəbt edən erməni vandalları 11 min kvadratkilometrdən artıq ərazilərimizdə ağlasığmaz vəhşiliklər törədiblər. Həmin dövrdə erməni vandalları tərəfindən məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Azərbaycan təbiətinəvurulan ziyan
İşğal illərində Azərbaycan təbiətinə vurulan ziyanın da miqyası böyükdür. Ermənilər sözün əsl mənasında ekoloji terror törədiblər. Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində bu təhsil ocağının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda erməni vandallarının təbiətimizə vurduğu ziyanı ekoloji fəlakət kimi səciyyələndirib. Forumda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandıran dövlətimizin başçısı işğal dövründə ayrı-ayrı məkanlarda və müxtəlif istiqamətlərdə törədilən ekoloji terror faktlarına xüsusi diqqət çəkib. Prezident İlham Əliyevin azərbaycanlılar yaşayan ərazilərdə törədilən ekoloji terror barədə ifadə etdiyi fikirlər həyəcan doğurur.
Ermənilər 30 il ərzində təbiətin qənimi rolunda çıxış ediblər. İşğal dövründə ölkəmizin meşə fonduna ciddi ziyan vurulub. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektara yaxın meşə fondunu məhv ediblər.
Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır. Mənfur düşmən torpaqlarımızı işğal altına aldıqdan sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Mövcud su anbarlarının qəsdən məhv edilməsi Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terrorun daha bir nümunəsidir. Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Təkcə ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdəki bir sıra su anbarlarında bərpa işləri həyata keçirilir. Bütövlükdə, sözügedən ərazilərdə 9 su anbarı tikilir və yaxud əsaslı şəkildə bərpa olunur. Su layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.
Oxçuçayın vəziyyəti ciddi narahatlıq doğurur
İşğal altında qalan ərazilərimizdəki çayların çirkləndirlməsi də ermənilərin Azərbaycan təbiətinə qarşı apardıqları ekoloji terror siyasətinin tərkib hissəsi olub. Prezident
İlham Əliyev bildirib ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur.
Transsərhəd çay olan Oxçuçay sözün əsl mənasında fəlakət zonasına çevrilib. Bu çay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Azərbaycan ərazisinə yönləndirilir. Oxçuçayın suyu Araz çayına tökülür. Beləliklə, Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan postmüharibə dövründə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Belə misalların sayını artıra da bilərik. Ancaq bəhs olunan faktlar da vəziyyətin nə qədər acınacaqlı olduğu barədə konkret təsəvvür yaradır.
Günahkarlar cəzasızqalmayacaqlar
İşğal illərində Ermənistan ərazilərimizdə həmçinin xarici şirkətləri cəlb etməklə qeyri-qanuni iqtisadi fəaliyyət göstərib. O cümlədən də Qarabağdakı faydalı qazıntı yataqları vəhşicəsinə istismar edilib. Bütövlükdə bəhs olunan ərazilərdə 160-a yaxın qiymətli metal yatağı - qızıl, civə, mis, qurğuşun, sink, habelə daş kömür, alebastr, vermikulit, əlvan və dekorativ daşlar, üzlük daşı yataqları var. Bu yataqlardan ən böyükləri arasında Qızılbulaq qızıl-mis-kolçedan yatağını, Tərtər rayonunun işğal olunmuş hissəsində yerləşən Dəmirli, Canyataq, Gülyataq mis, qızıl və molibden yataqlarını, Kəlbəcər rayonunda Söyüdlü, Ağdüzdağ, Tutxum yataqlarını, Zəngilan rayonunda Vejnəli qızıl yataqlarını və s. qeyd etmək olar. Həmçinin Kəlbəcərdə Mehmana, Şorbulaq qurğuşun yataqları, Kəlbəcər və Laçında Sarıbulaq, Ağyataq, Levçay, Şorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Laçında Çilgəzçay, Narzanlı civə yataqları mövcuddur.
Bu ehtiyatlar bir vaxtlar Azərbaycanın iqtisadi potensialı üçün böyük əhəmiyyət kəsb edirdi, lakin işğalın davam etdiyi uzun illər ərzində ermənilər tərəfindən talan olunaraq xaricə satılıb. Sərvətlərimizin talanmasına cəlb olunan xarici şirkətlər əsasən Avropanın ayrı-ayrı ölkələrini təmsil ediblər. Erməni lobbisinə bağlı olan həmin şirkətlər işğal olunmuş ərazilərdə faktiki olaraq qeyri-qanuni məskunlaşma fəaliyyətini fəal şəkildə dəstəkləyiblər. Bu fəaliyyət, bir qayda olaraq, işğal edilmiş ərazidə təbii ehtiyatların işlənilməsini, işğalçı tərəfə infrastruktur dəstəyinin göstərilməsini və separatçı rejimin həyat qabiliyyətinə iqtisadi dəstəyi özündə birləşdirirdi.
Ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirməklə ekologiyamıza ciddi ziyan vuran şirkətlər öz əməllərinə görə məsuliyyət daşıyırlar. Onlara qarşı hüquqi prosedurlara İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra start verilib. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı müvafiq prosedurlar həyata keçirilir. Məlumdur ki, hüquqi proseslər kifayət qədər vaxt aparır. Amma təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal əməkdaşlıq edilir. Eyni zamanda, işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsinə başlanıb. “Hazırda əsas qayğımız 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir. İşğaldan yenicə azad edilmiş ərazilərdə biz əsas diqqəti mülkiyyətin düzgün qiymətləndirilməsinə, eləcə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı faktların araşdırılmasına yönəltmişik. Oradakı zavodların sahibləri yalnız yerli separatçı liderlər deyil, habelə müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri idilər. Onlar məsuliyyətə cəlb olunmalıdırlar. Prosesin uzanacağını başa düşürük, lakin, eyni zamanda, onları təqib etməyə davam edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

