Beynəlxalq güclərin yeni “müdaxilə” cəhdləri...
13.01.2024 [10:35]
Danışıqlarla bağlı məsələ geosiyasi rəqabətə çevrilməməlidir
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində davam edən prosesin uğurla nəticələnəcəyi ilə bağlı bəzi pozitiv addımlar müşahidə olunur. Xüsusilə, ötən ilin son ayında iki ölkənin rəsmi strukturlarının birgə açıqlama yayması, müvafiq delimitasiya komissiyalarının görüşü, qarşılıqlı təkliflər mübadiləsinin intensivləşməsi məsələnin ikitərəfli formatda həllini aktuallaşdırır. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul edir. Vurğulanmalıdır ki, bu siyasi-iqtisadi reallıqlar özündə sülhü və əməkdaşlığı ehtiva edir ki, söhbət Azərbaycanla münsibətlərin normallaşmasının ardından Ermənistan üçün yaranacaq potensial imkanlardan gedir. Belə bir platforma indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır.
Amma strateji geocoğrafi və geoiqtisadi məkan kimi dəyərləndirilən Cənubi Qafqaz hələ də bir sıra dünya güclərinin maraq dairəsindədir. Bu və ya digər yolla məsələnin həllində iştirak etmək istəyən qüvvələr tez-tez mövzuya müraciət edir, regionda yaranma perspektivi böyük olan dayanıqlı sülhün formalaşmasında “iştirak etmək” istəyirlər.
ABŞ yenidən “aktivləşir”...
Məsələn, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn xarici jurnalistlər üçün onlayn brifinqdə bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyir. “Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin
sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, - ABŞ diplomatı deyib. O bildirib ki, ABŞ-ın Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var: “Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”. ABŞ diplomatı vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.
İki ölkə arasındakı məsələ...
Ortaya qoyulan bu münasibət ilk baxışdan regional bir problemin həllinə beynəlxalq dəstək kimi görünə bilər. Amma prosesin gedişinə diqqətlə və ardıcıl nəzər saldıqda bəzi nüanslar gözə çarpır:
- ABŞ-ın normallaşma prosesinə yenidən diqqət kəsilməsi sülh məsələsini öz “monopoliyası”na almaq istəyindən doğur;
- Lui Bononun İrəvana səfəri fonunda Vaşinqton Ermənistana yenidən təsir göstərmək fikrindədir;
- Ağ Ev məsələnin ikitərəfli formatda həlli perspektivindən narahatdır.
Bütün bunlar isə ABŞ-ın yeni fəallığının sadəcə görüntü olması mənzərəsini formalaşdırır. Başqa sözlə, ABŞ-ın bu “arzusunun” sülh vasitəçisi kimi Ermənistana təsir göstərmək istəyindən doğması mümkün hal kimi ortaya çıxır. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bildirib Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur: “Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik”.
Ermənistan anlayır ki...
İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün Azərbaycanın ortaya qoyduğu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları sülhü daha da əlçatan edib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağda baş tutan atiterror tədbirləri zamanı nümayiş etdirdiyi mövqe bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik. Azərbaycan kifayət qədər açıq və beynəlxalq hüquqa söykənən proqrama əsaslanır - dövlətimizin delimitasiya və demarkasiya məsələləri və digər müzakirə predmetləri üzrə mövqeyi ortadadır. Sadəcə olaraq indiki halda məsələnin real həlli üçün Ermənistan özündə iradə tapmalı və sülhü imzalamalıdır. Rəsmi İrəvan prosesin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Ermənistan özü də dərk edir ki, sülhü imzalamamaqla, Zəngəzur dəhlizinin açılması məsələsinə maneə yaratmaqla yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən kənarda qalmaq təhlükəsi yaşayır.
İkitərəfli təmaslar...
Rəsmi İrəvanın yeganə yolu ikitərəfli təmasların daha da intensivləşdirilməsidir - təsadüfi deyildi ki, bir müddət öncə iki dövlətin rəsmi strukturlarının birgə bəyanatında da göstərilirdi ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcək və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcək üçün nəticəyə hesablanan görüşlər birmənalı şəkildə ikitərəfli təmaslara əsaslanmalıdır. Azərbaycan hər zaman qarşılıqlı görüşlərə hazır olduğunu dəfələrlə dilə gətirib. Yaranan münbit şərait isə sülhün imzalanmasının yaxın perspektiv üçün mümkünlüyünü ortaya qoyur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

