Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf edir
28.04.2012 [09:36]
“Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelle “Yeni Azərbaycan” qəzetinə göndərdiyi məktubda Almaniyadakı yazıları, anti-Azərbaycan çıxışları ölkəsində mətbuat azadlığının, demokratiyanın, siyasi plüralizmin əlaməti kimi təqdim etməyə çalışıb. Biz də hesab edirik ki, “Yeni Azərbaycan” qəzetində və digər mətbuat orqanlarında Almaniya haqda dərc olunan yazılar Azərbaycanda demokratiya, söz azadlığı və plüralizmin əlamətidir”. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına açıqlamasında belə deyib.
Yeni Azərbaycan Partiyası rəhbərliyinin, “Yeni Azərbaycan” qəzetinin Almaniyanı tənqid edən açıqlamalarına, yazılarına indi geniş qiymət vermək istəmədiyini bildirən Əli Həsənov hesab edir ki, bu gün Azərbaycanda siyasi plüralizm, mətbuat azadlığı, demokratiya Avropanın digər ölkələrindən aşağı deyil: “Bəzən Almaniyanın rəsmi nümayəndələrinin, o cümlədən ombudsmanın da Azərbaycanla bağlı müəyyən çıxışları olur. Bunlara da rəsmi münasibət bildirmişik və belə hallar davam edərsə, yenə bildirəcəyik”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Almaniya münasibətləri dövlət səviyyəsində normalıdır, iki ölkənin əlaqələri dinamik inkişaf edir, qarşılıqlı maraqlar var: “Bu maraqlar zaman-zaman təmin olunur. Hər iki tərəf bir-birinə yetərincə tərəfdaşlıq münasibəti göstərir”.
Əli Həsənov Qərb diplomatlarının Bakıda müxalif İctimai Palatanın rəhbərliyi ilə keçirdiyi görüşə də münasibət bildirib: “Azərbaycan cəmiyyətində bəzi Qərb ölkələrinin diplomatlarının və beynəlxalq təşkilat nümayəndələrinin İctimai Palatanın rəhbərliyi ilə görüşməsinə yanaşma birmənalı deyil. Müxtəlif siyasi düşərgələrin məsələyə münasibəti də fərqlidir. Niyə məhz həmin partiyalarla görüşürlər? ümumiyyətlə, bu tipli aksiyalarda iştirak etmək, belə görüşlər keçirmək Qərb diplomatlarının fəaliyyət çərçivəsinə daxildirmi? Mən bunlara indi qiymət verməyəcəm. çünki mən məmuram, şəxsi yanaşmamı deyə bilmərəm, söylədiklərim dövlətin mövqeyi olacaq. Bunun üçün Xarici İşlər Nazirliyi var, lazım olanda belə məsələlərə münasibət bildirir, qiymət verir”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

