Fransanın kor “bucağı”...
01.02.2024 [10:10]
Casus qalmaqalı ilə bağlı yeni faktlar...
Fransanın Azərbaycana qarşı formalaşdırmağa çalışdığı təzyiq vasitələri, kampaniyaları ard-arda ifşa edilir, bumeranq effekt alır. Ötən illərdə müəyyən intensivliklə davam etdirilmiş, II Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra daha da intensivləşdirilmiş siyasi “təzyiq” kampaniyaları ermənipərəst marağa əsaslanmaqla yanaşı, beynəlxalq hüquq ilə ziddiyyət təşkil edib. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransa sonradan daha fərqli “imkanlar” axtarışına çıxdı - BMT TŞ müstəvisində ardıcıl məğlubiyyətin ardından isə “əlacı” AŞPA üzərindən yeni oyunlar qurmağa çatdı. Amma bu dəfə də “seçilən yol” uğurlu sayıla bilməz. Çünki Fransanın yeni “oyunları” da qeyri-peşəkar və səviyyəsiz ştrixlərlə doludur...
Makron hakimiyyətinin neokolonialist siması...
Qeyd edək ki, bir müddət əvvəl həbs edilən casuslardan birinin Fransa vətəndaşı Martin Ryan olması və ötən il dekabrın 4-də Fransa kəşfiyyatının xeyrinə casusluğa görə saxlanılması ilə bağlı məlumatlar yayılmışdı. Yeni məlumatlara görə isə “Kernews.com” mətbuat-radio şəbəkəsi Martin Ryanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsini təqdim edib.
Bildirilib ki, Martin Fransada vergilər və müxtəlif standartlar ətrafında problemlərdən yaxa qurtarmaq üçün Azərbaycana gəlib və burada biznes fəaliyyətinə başlayıb. Müsahibədə Martinin biznes fəaliyyəti üçün Bakını seçməsinin əsaslandırılması belə qeyd edilib: “Bakı Qafqazın mirvarisi, türkdilli xalqı olan Azərbaycanın paytaxtıdır. Bu, çox inkişaf etmiş və zənginləşmiş dünyəvi bir ölkədir. Bakı həm də tam təhlükəsizliyi təmin edən bir şəhərdir. Təcavüz, narkotik və oğurluq yoxdur... Beləliklə, bazar araşdırmasından sonra o, Azərbaycanda varlı təbəqənin olması ilə yanaşı, həm də əhəmiyyətli sayda orta təbəqənin formalaşmasını nəzərə alaraq bu ölkədə məskunlaşmaq qərarına gəlib”.
O ki qaldı, casusluğa, vurğulanır ki, Fransa xüsusi xidmət orqanları Martin Ryanı Bakıda “ziyarətə gəliblər”. Onlar Fransa səfirliyinin iki diplomatı idi (çox güman ki, Azərbaycan tərəfindən ölkədən qovulmuş həmin iki “personan-non-qrata” nəzərdə tutulur). Fransanın DGSE-si (xüsusi xidmət orqanı) üzvü olan bu şəxslər özlərini təqdim edir və ondan onlara işləyərək, məlumat verməsini tələb edirlər. Martin imtina etsə də, ona hədə qorxu gəlinib: “Belə olan halda bu adamlar ona cavab verirlər: “Sənin seçimin yoxdur. Tez bir zamanda bir bədbəxt hadisə baş verə bilər, atanızı və ya ananızı düşünün. İntihar edənlər də olur...” Sonra onlar əlavə edirlər: “Biz sizin biznesinizi məhv edə bilərik, çünki Fransadan gələn mallarınızı gömrükdə bloklaya bilərik və sizi Bakıda didərginə çevirə bilərik”. Martin ilk dəfə imtina edir. Amma təzyiq canavarın ovunun boynunu dişləməsi kimi daimi olur. Və sonda Martin könülsüz olaraq təslim olur”.
Təbii ki, casusluq məsələsindən başqa burada Makron hakimiyyətinin həyasızcasına insanlardan istifadə etmək, şantaj və qorxu altında onları istismar etmək kimi addımları da ifşa olunur. Bu isə neokolonialist Makron hakimiyyətinin əsl simasını bir daha üzə çıxarır.
Fransanın növbəti beynəlxalq hüququ tapdaması faktı...
Müsahibədə deyilir: “Martin Ryan Bakıda bütün restoranlar üçün qida məhsulları, souslar hazırlamaq üçün əsaslar paylayır. Bütün səfirliklər paytaxtdadır. İran restoranına diplomatlar və İran ictimaiyyəti gəlir. Amerika restoranına Amerika səfirliyinin əməkdaşları gəlir. Martinin müştəriləri olan restoran sahibləri onun xəbərçisi olurlar. Məsələn, filankəs gəldi, ofisiantın dediyinə görə stolda belə deyilirdi, ola bilər ki, stolun altında mikrofonlar gizlədilib...”
Beləliklə, Makron hakimiyyətinin, Fransa hökumətinin atdığı bu kimi çirkin addımlar yalnız Azərbaycana qarşı deyil, beynəlxalq konvensiyalara da ziddir. Bu dövlət bir daha beynəlxalq aləmə qarşı oynamağa çalışdığı oyunlarla üz-üzə qalıb. Makron hakimiyyəti xarici dövlətlərə qarşı bu kimi əməlləri ilə beynəlxalq hüququ, beynəlxalq konvensiyaları pozur...
AŞPA-da Fransanın nağıllarına və təzyiqinə uyaraq Azərbaycana qarşı səsləndirilən əsassız “təşəbbüslərə” dəstək verən dövlətlər bu faktı müzakirəyə çıxarmalıdır. Fransanın beynəlxalq imici masa arxasında müzakirə predmeti olmalıdır. Bu ölkənin apardığı qeyri-standart siyasi kurs başda təmsil olunduğu Avropa qarışıq bütün dünyaya ziyan vəd edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

