Makron Ermənistanın “sonunu” hazırlayır
23.02.2024 [10:40]
Fransa prezidenti Paşinyandan öz məqsədi üçün istifadə edir
Dövlətlərin beynəlxalq münasbətlər sistemindəki tutduğu müvafiq yerlərin müəyyənləşdirilməsində əsas göstəricilərdən biri həmin ölkələri idarə edən şəxslərin şəxsi keyfiyyəti, liderlik qabiliyyəti və beynəlxalq hüquqa münasibətidir. Yüksək siyasi baxışa sahib ölkə başçıları xalqının və ölkəsinin mənafeyinə xidmət edən siyasəti ilə dünyada qazandığı müsbət imici həm də ölkəsi üçün təsnifatlandırmış olur. Təsadüfi adamların, siyasəti şəxsi mənafe ilə qarışdıran, milli marağı lokal marağa qurban verənlərin ölkəyə rəhbərlik etməsi isə xalqın və dövlətin faciəsinə çevrilə bilir. İkinci növ ölkə rəhbərləri üçün ən real nümunə Fransa prezidenti Emmanuel Makrondur.
Rəsmi Parisin apardığı anti-Azərbaycan kampaniyalar son dövrlərdə daha intensiv xarakter alır. Son 1 ildə BMT Təhlükəsizlik Şurası platformasında ən azı beş dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması tələbi ilə çıxış edən Makronun bütün cəhdləri başarısızlıqla nəticələndi - bu fiaskolar isə onun real və praqmatik siyasətdən uzaq, təsadüfi və populist birisi olduğu faktını daha da möhkəmləndirir. Siyasətdən uzaq birinin siyasət yürütməsi isə həm Fransa üçün böyük problemlər yaradır, həm də güya “himayə etdiyi” Ermənistanı daha da dalana sıxır.
Bu fakt Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya növbəti “işgüzar səfəri” müstəvisində bir daha nəzərə çarpdı. Paşinyanla görüşündə yenə erməni lobbisinin “əhsən”ini qazanmaq üçün “danışan” Makron dövlət rəhbərinə yaraşmayan birtərəfli açıqlamaları və beynəlxalq hüquqa hörmətsizliyi ilə yadda qaldı. E.Makron Qarabağ erməniləri ilə bağlı yalanlarını “tirajlamaqdan” usanmır. Hansı ki, bu şəxslərin Azərbaycan torpaqlarını könüllü şəkildə tərk etməsi həqiqəti az qala paşinyan administrasiyası tərəfindən belə təsdiqlənir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa prezidentinin iddialarına dair şərhində bildirib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir.
Məsələylə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib ki, Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur. Vurğulanıb ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.
Hər iki dövlət təcavüzkardır
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sözügedən hər iki ölkədə iqtisadi vəziyyət böhranlıdır, ictimai, siyasi sabitlik yoxdur və bu dövlətlərin rəhbərlərinə xalq etimad göstərmir: “Fransada baş verən uzunmüddətli iğtişaşlar, qarşıdurmalar, etiraz nümayişləri, eləcə də Ermənistanda insanların etirazları bunu deməyə əsas verir. Bu mənada, Parisdə Makronun Nikol Paşinyanla birgə mətbuat konfransı keçirib Azərbaycanın əleyhinə uydurma şayiələr yayması, əsassız iddialar səsləndirməsi gülüncdür. Bu boş danışıqlar və bəyanatlar, əsassız iddialar uzun müddətdir səsləndirilir. Bunun səbəbi hər iki dövlətin təcavüzkar olmasıdır. Hər iki dövlət rəhbərinin səriştəsizliyi, siyasi təcrübəsizliyi və xalq tərəfindən dəstəklənməməsidir”.
Millət vəkili deyib ki, bu gün Fransa özünün ən böhranlı dövrünü yaşayır. Artıq bu dövlətin rəhbərinin təcrübəsizliyi öz ölkəsi üçün də, Ermənistan üçün də ciddi problemlər yaradır. “Fransa müstəmləkəçi dövlət kimi tutduğu ərazilərdən qovulmaqdadır. Makron bunu görür və özünün siyasi mövqeyini bərpa etmək fikrindədir. Ancaq bunu hansı dövlətin əli ilə etmək və necə etmək üçün yollar axtarır. Sözsüz ki, bu dövlət Ermənistan ola bilər. Çünki xəyanətkar bir dövlətdən Ermənistandan nəinki Fransa, eləcə də digər dövlətlər uzun müddət bir vasitəçi kimi istifadə ediblər. Ona görə də Makronu Ermənistan xalqının gələcəyi düşündürmür, onun məqsədi Cənubi Qafqazda müəyyən mövqe qazanması və bir vasitəçi kimi dünyaya özünü sübut etdirmək cəhdidir. Ancaq bütün bunlar əvəzsiz cəhdlərdir və makronun anti-Azərbaycan təbliğatı, ermənipərəst mövqeyi Azərbaycan üçün heç bir ciddi təhdid yarada bilməz. Çünki Azərbaycan dövləti güclüdür. Azərbaycan Prezidenti öz xalqının birliyinə və etimadına arxalanır”, -deyə T.Rzayev əlavə edib.
Ermənidən çox erməni təəssübkeşi...
Deputat Cavid Osmanov isə qeyd edib ki, Emmanuel Makronun Paşinyan ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Azərbaycana qarşı əsassız ittihamların növbəti səsləndirilməsi, Ermənistanı bundan sonra da müdafiə edəcəklərini bəyan etməsi bir daha göstərir ki, əsassız iddialardan əl çəkilmir: “Makron bu gün erməni lobbisinin əlində bir alətə çevrilib və ermənidən də çox erməni təəssübkeşliyi daşıdığını nümayiş etdirir. Fransa Ermənistanı müdafiə edərək Azərbaycana qarşı əsassız iddialar səsləndirməklə, Azərbaycanı ittiham etməklə və Ermənistana açıq şəkildə dəstəyini nümayiş etdirməklə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyir. Ermənistana birmənalı olaraq dəstək olması, onlara silah, sursatın verilməsi ilə bağlı Fransa hakimiyyəti tərəfindən səsləndirilən fikirlər onu göstərir ki, Fransa həm də Cənubi Qafqazda sülhə qarşı çıxır. Makron Ermənistanı yeni Ukraynaya çevirir. Vaxtilə Qərb dairələri Vladimir Zelenskini də tərifləyə-tərifləyə Ukrayna dövlətini və millətini qırğına verdilər, indi isə kənardan izləyirlər. Eyni aqibət Ermənistanı da gözləyir. Əlbəttə ki, bütün bunlar, birincisi beynəlxalq hüquqa zidddir və onun siyasətində qərəzli mövqeyi ilə yanaşı, həm də islamofobiya, türkiyəfobiya, azərbaycanafobiya da mövcuddur. Fransa bilməlidir ki, artıq Azərbaycan, o Azərbaycan deyil. Azərbaycan bu gün güclü və qüdrətli bir ölkədir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qüdrəti, gücü daha da artmaqdadır. Təhdid dilində danışmaqla və yaxud hansısa qeyri-real bəyanatlar verməklə Azərbaycana təsir etmək mümkün deyil. Bütün bu bəyanatlar Azərbaycanı öz haqlı yolundan heç vaxt döndərməyəcəkdir”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

