Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lisey və gimnaziyaların sayı artırılacaq

Lisey və gimnaziyaların sayı artırılacaq

17.04.2024 [13:01]

2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib. O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib.

“Paytaxtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Lənkəran və Biləsuvarda peşə təmayüllü liseylərin yaradılması peşəkar kadrların yetişdirilməsinə kömək edir.

İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu gördük. Müsabiqə qalibləri dünyanın ən aparıcı universitetlərinə qəbul olublar. Təkcə ötən il 40 məktəblimiz dünyanın populyar universitetlərinə qəbul olub. Bu hələ ilkin mərhələdir və belə uşaqların sayı artacaq. Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq. Hədəfimiz hər bir bölgədə peşə təmayüllü liseylərin qurulmasıdır”, - deyə nazir vurğulayıb.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30