Qaraqum səhrasından Azərbaycana...
28.05.2024 [10:45]
Havada tozun miqdarı artıb
Son günlər Bakı və Abşeron yarımadasında havada toz dumanı müşahidə olunur. Toz hissəciklərinin konsentrasiyasının normadan çox olduğu deyilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.
G.Abbasova havada müşahidə olunan tozun meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterli olduğunu qeyd edib: “Sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.
İl ərzində ən azı 3-4 dəfə...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən ekoloq Ənvər Əliyev havadakı tozlanmanın transsərhəd xarakterli olması ilə bağlı məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Mərkəzi Asiyada Qaraqum səhrasında baş verən toz burulğanı Xəzər dənizindən keçərək Azərbaycana gəlib: “Qonşu ölkələrin ərazisindən ölkəmizə hava axını ilə qaz qarışıqları və toz hissəciklərinin daxil olmasının başqa səbəbi də mütəmadi olaraq avtonəqliyyatın intensiv hərəkət etdiyi zamanlarda atmosferə atılan tullantıların miqdarının çoxalmasıdır.
Bakı şəhərində tozlu hava şəraiti il ərzində ən azı 3-4 dəfə baş verir. Bu gündən etibarən tozlanmanın səviyyəsi tədricən aşağı düşəcək və atmosfer normal halına qayıdacaq. İnsanlara məsləhət görürəm ki, özlərini qorusunlar, belə havada çöl şəraitində hər hansı idman hərəkətlərinə yol verməsinlər”.
Tozlu hava səhhətimizə necə təsir edir?
Araşdırmalara görə, havanın hər hansı səbəbdən tərkibi dəyişərsə, bu, havanın zəhərlənməsinə də gətirib çıxara bilər. Bu baxımdan havada tozun miqdarının normadan artıq olması insanların səhhəti üçün ciddi problemlərə yol açır.
Həkim Aydın Bağırov bildirib ki, tozlanma təmasının və onun konsentrasiyasının orqanizmə daxil olmasına imkan vermək olmaz. Bu cür havalarda daxil olan toz bronxit telini qıcıqlandırır: “Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər var ki, onlar, orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zəhərli maddələr istehsal edirlər. Toz zəif immunitetli və tənəffüs yollarında problemi olan insanlara daha pis təsir göstərir. Müxtəlif allergiyalar, bronxial astma, böyrək, mədəaltı vəzi, ürək və tənəffüs orqanlarının xəstəlikləri tozun səbəb olduğu ən əsas xəstəliklərdir. Toz xroniki xəstəliklərin ağırlaşmasına və yeni patoloji prosesslərin baş verməsinə, hətta ağciyər xərçənginin yaranmasına belə gətirib çıxara bilir”.
Əsəb sisteminə təsir edir...
Həkimin sözlərinə görə, belə havada mütləq eynəkdən və maskadan istifadə edilməlidir. Çünki tozlu hava göz kataraktası olan xəstələrə də təsirsiz ötüşmür: “Bu cür hava insanların əsəb sisteminə də təsir edir, psixoloji problemlər yaradır və stressə səbəb olur. Xüsusilə meteohəssas insanlar əziyyət çəkir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

