Ruhun qidası...
21.06.2024 [10:40]
Dünya Musiqi Günüdür
Deyilənə görə, musiqi ruhun qidasıdır. Şablon olsa da bu deyimə çox rast gəlmişik. Amma bu gün sübut olunmuş elmi araşdırmalarla musiqinin sağlamlığımıza təsirlərindən danışmaq yerinə düşər. Çünki iyunun 21-i dünyanın 100-dən çox ölkəsində Musiqi Günü kimi qeyd olunur.
Bədənimiz fizioloji olaraq yemək və su içmək kimi, eləcə də psixoloji qidalanmağa ehtiyac duyur. Bu ehtiyacı sosiallaşaraq qarşılasaq belə, musiqisiz bir həyat düşünülə bilməz. Musiqi bəzən çətinliklərdə ortağımız olur, bəzən də sevincimizə sevinc qatır, motivasiyamızı artırır.
“Musiqili reseptlər”
Musiqi ilə müalicənin həyatı daha qədimdən başlayıb. Belə ki, qədim Misirdə və Yunanıstanda həkimlər xəstələri səslərlə müalicə edirdilər. Qədim çinlilər də deyirdilər ki, musiqi ilə bütün xəstəlikləri müalicə etmək olar, hətta xəstə üçün “musiqili reseptlər” də yazırdılar.
Amma ilk dəqiq və ciddi araşdırmalar XIX əsrin sonlarında həkim-nevropotoloq Ceyms Korninq tərəfindən aparılmışdı. Bu gün artıq musiqi terapiyası Amerikanın və Avropanın bir çox tibb mərkəzlərində istifadə olunmaqdadır.
Alman həkimləri Münhendə adi müalicədən başqa xəstələrə musiqi terapiyası da məsləhət görürlər. Belə ki Betxoven, Motsart, Şopen, Bax və digər bəstəkarların əsərlərini dinləmək çox xeyirlidir. Məşhur rus alimləri V.M.Bexterev, İ.M.Seçenov və başqaları isə qeyd etmişdilər ki, musiqi əsəb sisteminə, tənəffüs orqanlarına, qan dövranına böyük təsir edir. Musiqi arterial təzyiqi ya qaldıra, ya da endirə bilərlər. Eləcə də nəbzi də sürətləndirə və ya zəiflədə də bilər.
Beynin neyron şəbəkəsini artıran musiqilər
Amerikalı alimlərin araşdırmasına görə, musiqi terapiyası həm də danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur. Alzaymer, demensiya, postravmatik hadisələr zamanı, müxtəlif xəstəlik sindromlu uşaqların müalicəsində musiqi terapiyası çox aparıcı müalicə üsuludur. Təbii ki, onu mütləq psixiatrik hospitallarda müalicə seansları zamanı tətbiq etmək lazımdır. Motsartın uvertüraları, sonetləri, xüsusilə bəstəkarın 40 nömrəli sonatası beynin neyron şəbəkəsini artırır, əhvali-ruhiyyəni yüksəldir. Barokko üslubunda klassik musiqi çox faydalıdır və beyinin məhsuldarlığını artırır.
Əsəbləri sakitləşdirir...
Bəzi çalğı alətləri də insana müxtəlif cür təsir göstərir. Məsələn, skripka və fortepiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violonçel səsindən ürək ritmi normaya düşür. Bundan başqa, qaboy və klarnet qaraciyərin funksiyasını fəallaşdırır, hərbi marşlar əzələlərin tonusunu artırır, iti tempdə çalınan major musiqi nəbzi yaxşılaşdırır, arterial təzyiqi yüksəldir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

