Artıq sancmağa iynəsi də yoxdur
16.07.2024 [11:00]
“Kirpi” jurnalının çapından 72 il ötür...
Satirik janr daima aktuallıq daşıyıb. Çünki satira xüsusilə, mətbu satira cəmiyyətin güzgüsü olmaq kimi məsul bir vəzifəni çiyinlərində daşıyır. Bəllidir ki, Azərbaycanda satirik mətbuatın əsasını bu janrın ən nəhəng nümayəndəsi - “Molla Nəsrəddin” jurnalı qoyub. “Molla Nəsrəddin”dən yol alan satirik mətbuatımız sonralar da öz varlığını qoruyub saxlaya bildi, hətta inkişaf etdirdi. Məsələn, “Kirpi”, “Mozalan” satirik jurnalları bunun sübutudur.
İyulun 15-də “Kirpi” jurnalının nəşrə başlamasının 72 ili tamam oldu. 1952-ci ildə çap olunmağa başlayan “Kirpi” “Molla Nəsrəddin” ənənələrinə sona qədər sadiq qalıb. Kommunist ideologiysının ən kəskin zamanlarında jurnal satirik məzmunu, karikaturaları və felyetonları ilə o dövrdə mövcud olmuş nöqsanları məsxərə atəşinə məruz qoyurdu.
Karikaturanın inkişafına böyük təkan...
“Kirpi” dövrün, zamanın tələbi idi. Jurnalın nəşrə başlaması karikatura janrının inkişafında da müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin yaranmasına təkan verdi. Əsasən, sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, “Kirpi” jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi.
Məlumdur ki, bu gün dünya karikaturası tamamilə yeni qiyafəyə bürünərək özünü media kimi və ideoloji formada göstərir. Ölkəmizdə isə karikaturanın tarixi və yeni bir janr kimi formalaşması “Molla Nəsrəddin” jurnalının adı ilə bağlı olsa da, bunun inkişafına “Kirpi” jurnalı təkan vermişdi.
3 dəfə məhkəməyə verilmişdi...
“Kirpi” jurnalı dahi Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq qalmağı qarşısına məqsəd qoymuşdu. Satirik jurnalın əsas iş prinsipi cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tapması idi. Mətbuatda Kommunist Partiyasının ideologiyası, siyasəti təbliğ olunduğu bir dövrdə öz kəskin yazıları, felyetonları, karikaturaları ilə tez bir zamanda sevilməyə başladı. Dərgi sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirdi. Jurnalın oxunaqlı olması bu sahəyə peşəkar rəssamların axını ilə müşayiət olundu. Burada Əzim Əzimzadə məktəbini davam etdirən Nəcəfqulu İsmayılov, Tahir Salahov, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız yetişdi. Bir sözlə, “Kirpi” jurnalının çap olunması karikatura janrının inkişafında müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin yaranmasına təkan oldu. “Kirpi” jurnalı cəmi 3 dəfə məhkəməyə verilmişdi. Biri sovet vaxtı, ikisi də müstəqillik dövründə. Ancaq hər 3 məhkəmədə dərginin xeyrinə qərar çıxarıldı.
Nə üçün çox sevilirdi?
Əslində “Kirpi”ni sevdirən çox şeylər var idi. “Kirpi” həqiqəti yazan yeganə jurnal idi. Jurnalın səhifəsində xalqı düşündürən, narahat edən mövcud çatışmazlıqlar dərc edilirdi, nöqsanlar açıq-aşkar göstərilirdi.
“Kirpi”nin bu qədər səs-küy yaratmasının bir səbəbi də o idi ki, jurnal fəaliyyətə başladığı gündən onun rəhbərliyində və yaradıcı kollektivində ictimaiyyət tərəfindən tanınan, nüfuzlu peşə və sənət sahibləri çalışırdılar. Bu da “Kirpi”nin ilk nömrələrindən etibarən, nüfuz, hörmət və şöhrət tapmasında əsas amil idi. Prinsipiallığı və işgüzarlığı ilə tanınan Əvəz Sadıq, ondan sonrakı baş redaktorlar - ömrünün 20 ildən çoxunu “Molla Nəsrəddin” jurnalında çalışan, qocaman jurnalist Qulam Məmmədli, satirik yazıçı Seyfəddin Dağlı, yazıçı Salam Qədirzadə və Şamil Xurşud jurnalın oxunaqlı və qərəzsiz mövqe tutmasına çalışıblar və peşəkar satiriklər dəstəsi yetişdirilməsində böyük əmək sərf ediblər.
“Kirpi” necə yoxa çıxdı?
Jurnal 450 min tirajla çıxırdı və 300 mini abunə yazılırdı. Ancaq “Kirpi” jurnalı 1952-ci ildən 1986-cı ilə kimi çoxminli oxucuların, peşə və sənət adamlarının ən çox oxuduğu və sevdiyi jurnal idi. 1985-ci ildən, daha dəqiq desək, Mixail Qorbaçovun “yenidənqurma”sı, digər ictimai-siyasi, mədəni və təsərrüfat sahələrində olduğu kimi, ədəbi tənqidə, o cümlədən də “Kirpi” jurnalına mənfi təsir göstərdi. Belə ki, həmin dövrlərdən başlayaraq, jurnal ayda iki dəfə yox, bir dəfə dərc olunmağa, ictimai satiranın kəsəri azalmağa başladı. Peşəkar satiriklər və güclü qələm sahibləri redaksiyadan uzaqlaşdırıldı. Nəhayət, ayda iki dəfə və ən azı 350 min tirajla dərc edilən jurnalın əvvəlki şöhrəti büsbütün itdi. İldə 3-4 nömrəsi cüzi tirajla buraxıldı.
Satirik jurnalın son dayağı isə Polad Qasımov idi. O, 1983-cü ildən “Kirpi” satira-yumor jurnalında çalışırdı. 1995-ci ildən isə jurnalın baş redaktoru idi. 2017-ci ilin əvvəlindən -P.Qasımovun vəfatından sonra jurnalın nəşri dayandı. Artıq onun nə izi, nə tozu, nə də sancmağa iynəsi var...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

