İxtisas seçimi başlayır...
31.07.2024 [11:15]
Keçid balları artacaq?
Məlum olduğu kimi, 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarının bütün mərhələləri başa çatıb. Yekun nəticələrə görə, 2 nəfər maksimum - 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ixtisas seçimi avqustun 9-da başlayacaq.
Qeyd edək ki, əvvəlki illə müqayisədə 2024-cü ildə plan yerlərinin sayı artırılıb. Bu il 60 mindən çox abituriyentin tələbə adını qazanacağı ehtimal edilir. Ancaq keçid ballarının artacağı da istisna deyil. Belə ki, ekspertlər plan yerlərinin sayının çoxalmasına baxmayaraq, keçid ballarının artacağını və rəqabətin daha güclü olacağını düşünürlər.
28 minə yaxın yer dövlət sifarişlidir
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, 9-19 avqustda həyata keçəcək ixtisas seçimi prosesində abituriyentlər daha diqqətli olmalıdırlar: “Onlar kortəbii formada seçim etməməlidir, əmək bazarında ehtiyac yaranan ixtisaslar üzrə təhsil almaqları məqsədəuyğundur. Bu, onların gələcəkdə öz karyeralarını qurub əmək fəaliyyətlərini inkişaf etdirmələri üçün vacibdir. Eyni zamanda ixtisaslaşma dövründə yaxşı olar ki, ailə büdcəsi imkan verdiyi halda ödənişli əsaslarla təhsilə üz tutsunlar. Bu il təxminən 60 mindən çox plan yeri ayrılıb. Bu yerlərin təqribən 28 minə qədəri dövlət sifarişli yerlərdir. Demək olar ki, ayrılan yerlərin yarısı dövlət sifarişlidir. Bu da o deməkdir ki, abituriyentlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı daha yüksəkdir”.
3-cü qrupda vəziyyət gərgindir...
Ekspert qeyd edib ki, ən gərgin vəziyyət 3-cü ixtisas qrupundadır: “Burada öncəki illərdə 450 baldan yuxarı formalaşan keçid ballarında kifayət qədər artım olacaq. O cümlədən I ixtisas qrupunun RK alt qrupunda da vəziyyət o qədər yaxşı deyil. 4-cü ixtisas qrupunda da 500 baldan yuxarı ixtisaslarda keçid ballarının artımını müşahidə edəcəyik. 5-ci ixtisas qrupunda da buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik ki, bəzi ixtisaslarda maksimum 6-7 bala qədər artım olacaq”.
Ən yaxşı vəziyyət bu qrupdadır...
E.Əfəndinin sözlərinə görə, ən yaxşı vəziyyət II ixtisas qrupunda olacaq: “Burada 450 bala qədər vəziyyət yaxşıdır. Daha yuxarı ballı ixtisaslarda isə rəqabət mühiti gərgindir. Nəzərə alsaq ki, 4 ixtisas qrupu üzrə təxminən 85 min, V ixtisas qrupu üzrə isə 10 mindən artıq abituriyent var, birinci turda plan yerləri 52 min həddində dola bilər. Qalan plan yerləri isə ikinci turda yenidən müsabiqəyə çıxarılacaq. Bu proses də yəqin ki, avqustun sonuna təsadüf edəcək”.
Builki rəqabət daha güclü olacaq
Ekspert qeyd edib ki, xüsusilə 400-dən yuxarı bal toplayan şagirdlər arasında rəqabət gözlənilir: “Rəqabət daha çox 3-cü və 4-cü qruplarda gərgin keçəcək. Ötən il 350-360 bal toplayan 2000 nəfər olubsa və bu il həmin say 2500-ə yüksəlibsə, bu, o deməkdir ki, ballar artacaq. Yaxud say artmayıbsa, deməli, ballarda artım olmayacaq. Keçən il 2000 nəfər, bu il 1800 nəfər olubsa deməli ballar enəcək. Bunların hamısı statistika jurnalı və “Abituriyent-4” jurnalında əks olunan plan yerləri əsasında məlum olacaq. Ümumi olaraq ortaya belə bir məsələ qoyuruq ki, bu il ötən ilə nisbətən buraxılış imtahanlarında göstərilən yüksək nəticəyə görə istənilən qrupda rəqabət daha güclü olacaq. Bu il aşağı bal toplayan abituriyentlərin çox hissəsi kəsiləcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

