Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir COP29 zamanı bağçaların fəaliyyəti məsələsinə aydınlıq gətirib

Nazir COP29 zamanı bağçaların fəaliyyəti məsələsinə aydınlıq gətirib

10.09.2024 [11:17]

Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı bağçaların fəaliyyəti məsələsinə aydınlıq gətirib.

APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, çalışan analar üçün bağçalar olduqca önəmlidir. Buna görə də COP29 tədbirləri günlərində bağçaların fəaliyyətinin tamamilə dayandırılması nəzərdə tutulmayıb.

“Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri fəaliyyət göstərsin. Çünki çalışan analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda bu fəaliyyət ümumi proses üçün hər hansı problem yaradacağı təqdirdə, müdaxilə oluna bilər.

Çünki normal halda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər”, - Emin Əmrullayev qeyd edib.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31