TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
27.11.2024 [12:36]
COP29 çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb.
TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaş üzərində Yeni Klinikada cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb.
İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinikada, Sabunçu Tibb Mərkəzində, Kliniki Tibbi Mərkəzdə və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar.
Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb. Bura Azərbaycan, Hindistan, ABŞ, Keniya, Çin, Misir, Pakistan, Böyük Britaniya, Zimbabve, Braziliya, Hollandiya, Argentina, Banqladeş, İrlandiya, Konqo, Türkiyə, İordaniya, Malavi, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Beliz, CAR, Danimarka, Kamerun, Kolumbiya, Tonqa, Uqanda, Almaniya, Anqola, Barbados, Belarus, Burkina-Faso, Burundi, Rusiya, Benin, Əlcəzair, İraq, İspaniya, İsrail, İtaliya, Mərakeş, Nepal, Nigeriya, Özbəkistan, Palau, Polşa, Portuqaliya, Qana, Səudiyyə Ərəbistan, Sinqapur, Slovakiya, Ukrayna, Yaponiya, Antiqua and Barbuda, Esvatini Fici, Gürcüstan, İndoneziya, İran, İsveçrə, Kanada, Kiribati, Kosta-Rika, Lesoto, Liberiya, Livan, Malayziya, Maldiv, Mali, Malta, Mavritaniya, Mikroneziya, Norveç, Papua-Yeni Qvineya, Qambiya, Qazaxıstan, Qırğızıstan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Trinidad və Tobaqo, Tunis, Vanuatu və Yunanıstan kimi ölkələr daxildir.
Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik–emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.
Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmət göstərib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

