Ən ali hisslərdən biri...
28.11.2024 [08:51]
Mərhəmətlə yoğrulan cəmiyyətlər!
Ümumdünya Mərhəmət Günüdür
Mərhəmət hissi bu gün dünyada yaşanan bütün sosial və psixoloji ünsiyyət problemlərinin əsas həllidir. Bu duyğu yüksək olan insanların yaşadığı cəmiyyət ilk növbədə sevgisizlik problemini aradan qaldırır, insanlar ünsiyyətin ən ali formasınadək yüksəlirlər. Mərhəmətlə yoğrulan cəmiyyət kin, ədalətsizlik və neqativlə yüklənmir.
Dünya şöhrətli mütəfəkkirlərin, yazıçıların fikrincə, mərhəmət hissi ən ali insani hissdir. Empatiya hissi ilə yaxın məna daşıyan mərhəmət hissi başqasının ağrısını ürəyində hiss etmək mənasında da işlənir. Bəzən mərhəmət hissini empatiya, rəğbət, şəfqət, bağışlama, fədakarlıq kimi hisslərlə eyniləşdirirlər. Lakin mərhəmət hissi qloballaşan dünyada hər gün bir az da yalnızlaşan insanlığın daha çox ehtiyacı olan duyğudur.
Yeri gəlmişkən, noyabrın 28-i Ümumdünya Mərhəmət Günü və ya Ümumdünya Şəfqət Günü kimi qeyd olunur. Bu günün bayram kimi qeyd olunmasının təşəbbüskarı - hind şairi, jurnalist və ictimai xadim Pritiş Nandi sayılır.
Günün keçirilməsində məqsəd hər hansı bir canlıya - insanlara, heyvanlara, bitkilərə zorakılıq etməməkdir. İlk dəfə Mərhəmət Günü 2012-ci ildə Hindistanın Mumbay şəhərində müxtəlif ölkələrin fəallarının iştirakı ilə keçirilib. O vaxtdan bəri Ümumdünya Mərhəmət Günü hər il keçirilir və bu gün mərhəmət prinsiplərinin tərəfdarları dünya əhalisini Sülhə, Sevgiyə və Qarşılıqlı Anlaşmaya çağırır.
Fədakarlıq, mehribanlıq, sevgi....
Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, mərhəmət hissinin insana və ətrafındakılara faydası tərəziyə qoyulmayacaq qədər dəyərlidir. Onun sözlərinə görə, mərhəmət vicdanı rahatladan, bizi insan olmaqdan uzaqlaşdırmayan və sağlam mənəviyyatlı edən vasitədir: “Yaşadığımız dilemmalardan, gördüyümüz çətinliklərdən, qarşılaşdığımız problemlərdən, çiynimizdəki yüklərdən ancaq mərhəmətlə xilas ola bilərik. Mərhəmət hissini bir az da mehribanlıqla müqayisə edə bilərik. Mərhəmət xeyirxahlıqdır, mehribanlıqdır, sevgidir. Bu, şəxsi maraq və xeyir güdmədən başqa insanı başa düşmək istəyidir, bir növ fədakarlıqdır”.
Heyvanlara qarşı amansızlıq edən uşaqlar
Psixoloq qeyd edib ki, uşaqlara kiçik yaşlardan mərhəmət duyğusunu öyrətmək çox vacibdir, çünki mərhəmət hissini tanımadan böyüyən uşaqlar az deyil: “Bunu küçədəki canlılara zərər verən uşaqları gördükcə anlamaq olur. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla vura və qısnaya bilirlər. Bəzən itin qulaqlarını, quyruğunu kəsən, quşların qanadını qoparan uşaqları da görürük. Heyvana mərhəmət hissi olmayan insanın insanlara da mərhəməti olmayacaq”.
Virtual platformaların mərhəmət hissinin itirilməsində rolu
Psixoloqun fikrincə, insanların mərhəmət hissini itirməyinin əsas səbəblərindən biri virtual platformalardır: “Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. Bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətindən istifadə edib pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Beləliklə, bəzən onların kölgəsində qalan, həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara inamımız zamanla yox oldu”.
“Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. Bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətindən istifadə edib pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Beləliklə, bəzən onların kölgəsində qalan, həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara inamımız zamanla yox oldu”
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

