Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Səhiyyə naziri: Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib

Səhiyyə naziri: Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib

31.12.2024 [09:25]

Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alan 17 Azərbaycan vətəndaşından 3-ü müalicələrini Qazaxıstanda davam etdirirdilər. Qazaxıstanlı həmkarların çevik və peşəkar yanaşması nəticəsində onların bu gün Bakıya təxliyə məsələsi müzakirə olunub. Prezident İlham Əliyevin göstərişi ilə iki xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollanıb. Hazırda həmin üç Azərbaycan vətəndaşı Bakıya gətirilib və müalicələrini “Yeni Klinika” tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirirlər. Onların hamısının vəziyyəti ağır-stabildir”.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, xəsarət alan 17 nəfərdən doqquzu bu gün evə buraxılıb. Hazırda reanimasiyaya üç nəfər yerləşdirilib, beş nəfər isə stasionar şəraitdə müalicə alır.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31