MEK ilə Rami Kitabxanası arasında "Qardaş Kitabxanalar Anlaşma Memorandumu" imzalanıb
07.04.2025 [12:32]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 2-6 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olub. Səfər zamanı Hüseyn Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılıb, bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.
Festival çərçivəsində kitabxanalarda süni imtellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılıb, kitabxanalar üçün İT həlləri və avadanlıqlar hazırlayan bir sıra şirkətlərlə görüşlər keçirilib, bu həllərin MEK-də tətbiqi ilə bağlı ilkin razılığa gəlinib. Türkiyənin akademik kitabxanalarının 80%-i ilə sıx əməkdaşlıq edən, kitabxana avtomatlaşdırma sistemləri sahəsində yaradıcı xidmətlər göstərən Yordam şirkəti ilə öz məhsullarının MEK-də təqdimatı üçün razılıq əldə olunub, həmçinin Boclips, EBSCO və digər tanınmış rəqəmsal kitabxanalarla, eləcə də beynəlxalq məlumat bazalarının Türkiyə təmsilçiləri ilə həmin resurslara giriş qaydaları, ağıllı kitabxana idarəetmə sistemlərinin imkanları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində MEK-in direktoru Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu və Avropanın ən böyük Kitabxanalarından olan Rami Kitabxanasının rəhbəri Əli Çelik ilə görüşüb. Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə
Rami Kitabxanasında baş tutan görüşdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ölkənin aparıcı kitabxanalarının rəhbərləri iştirak edib. Görüş əsnasında kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra MEK ilə Rami Kitabxanası arasında "Qardaş Kitabxanalar Anlaşma Memorandumu" imzalanıb.
Sənəd iki təşkilat arasında kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda elmi və mədəni işbirliyi, kitab, informasiya mübadiləsi və elektron kitabxanaların tətbiqi üzrə işlərin aparılması, eləcə də ortaq layihələrin, konfransların, tədbir və simpoziumların keçirilməsi nəzərdə tutulub.
Görüş zamanı MEK-in direktoru türkiyəli həmkarına Azərbaycan xəritəsinin əks olunduğu lövhə və kitablar hədiyyə edib.
Rami Kitabxanasında olarkən MEK rəhbəri burada tətbiq edilən inklüziv xidmət, avadanlıqlar və İT həllərinin funksional-texniki imkanları, həmçinin əski Azərbaycan əlifbasını rəqəmsallaşdırmaq üçün vacib sayılan OCR texnologiyası ilə tanış olub, bu həllərin MEK-də tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

